Mansur yavaşladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? - GƏLİŞMƏ
Tarix: 28-01-2023, 10:59 | Çap et
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədiyini bəyan edib. Ankarada parkın təməlatma mərasiminə Kılıçdaroğlu ilə birlikdə qatılan Yavaşın dediyi sözlər gündəm olub. O, Kamal Kılıçdaroğlunu işarə edərək onun namizədliyini dəstəkləyib: “İnşallah, buranın açılışını da hamımız birlikdə edərik. Arzumuz odur ki, bura Prezident olaraq gələsiniz”.
Yavaşın bu sözləri müzakirələrə səbəb olub. Adı namizədlikdə hallanan Mansur Yavaşın Kamal Kılıçdaroğlunun lehinə bu iddiasından vaz keçdiyi iddia olunur. Üstəlik Yavaşın “Kılıçdaroğlu mənə görə çox mübarizə apardığı üçün qətiyyən onun önünə keçməyəcəyəm” dediyi bildirilir.
Bütün bunların fonunda Mansur Yavaşın seçkilərdə CHP sədrinin namizədliyini dəstəkləməsi gözlənilir. Hansı ki, Mansur Yavaş Türkiyə müxalifətinin ən şanslı iki namizədindən biri hesab olunurdu.
Türkiyə ictimaiyyətini düşündürən əsas sual da budur: Türkiyə müxalifətinin, “Altılı Masa”nın prezidentliyə vahid namizədi kim olacaq?
DİA.AZ bildirir ki, Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu AYNA-ya müsahibəsində bu və digər mövzular ətrafında danışıb.
- Türkiyə müxalifətinin ən şanslı namizədlərindən sayılan Mansur Yavaş Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkildi. Hamını düşündürən sual budur: “Altılı Masa”nın prezidentliyə vahid namizədi kim olacaq?
- Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri kritik xarakter almaqdadır. Həm Türkiyənin beynəlxalq siyasətdə rolu baxımından, həm də daxili siyasi müstəvidən analiz etdikdə bu qənaətə gəlmək olar. Türkiyədə keçirilən sosioloji rəy sorğularının nəticələrinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın şansı daha yüksəkdir. Müxtəlif reytinq sorğularına Ərdoğan liderlik edir.
O ki qaldı, “Altılı Masa”nın şanslarına, ötən dövrlə müqayisədə onların şansı xeyli azalıb. Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu “Altılı Masa”nın qalib gələcəyi təqdirdə, ölkənin altı siyasi partiyanın rəyi əsasında idarə olunacağını bəyan etdi. Bu açıqlama ictimaiyyət arasında ciddi etirazla qarşlandı. Türkiyə xalqının iradəsini ifadə etməli olan hakimiyyətin altı siyasi partiyanın rəyi əsasında fəaliyyət göstərməsi ilə bağlı iddialar indidən ictimai rəyin diqqətə alınmadığının göstəricisi kimi qiymətləndirilir.
Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın “FOX” telekanalında yayımlanan “Çalar Saat” proqramında qonaq olarkən söylədiyi fikirlər də ciddi qınaq hədəfinə tuş gəlib. Onun “Bayraktar”ı hədəfə alaraq, kəskin tənqidlər səsləndirməsi, Türkiyə hərbi sənayesinin parlaq brendi olan şirkəti gözdən salmaq niyyəti də etirazlara səbəb oldu.
Digər yandan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu namizəd olmaqda israrlı olduğunu nümayiş etdirir və heç kimin xeyrinə geri çəkilməyəcəyi müşahidə olunur. Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın dolayı yolla olsa da, Kılıcdaroğlunu dəstəklədiyini bəyan etməsi bunun bariz nümunəsidir. Öz növbəsində “Altılı Masa”ya daxil olan İYİ Partiyanın sədri Meral Akşener Kılıcdaroğlunun namizəd olacağı təqdirdə, müxalifətin məğlub olacağını açıqlayıb. Onun namizədliyi ilə bağlı “Altılı Masa”da fikir ayrılıqları mövcuddur .
- Əkrəm İmamoğlunun da şansları yüksək qiymətləndirilir. İddialara görə, Ərdoğan İmamoğlunun vahid namizəd olduğunu bilir və məhz bu səbəbdən onun seçkilərdə iştirakına maneçilik törədirlər?
- Əkrəm İmamoğlu da daxil olmaqla, “Altılı Masa” tərəfindən irəli sürüləcək heç bir namizədin Rəcəb Tayyib Ərdoğana qalib gələcəyi qənaətində deyiləm. Çünki Ərdoğanın Türkiyənin daxilində ciddi sosial elektoratı var. O, qlobal miqyasda düşünməyi bacaran və Türkiyəni diplomatik miqyasda uğura aparan bir liderdir. Ərdoğanın peşəkar idarəçiliyinin nəticəsidir ki, həssas geosiyasi şəraitdə Türkiyə öz müstəqilliyini və milli maraqlarını qorumağı bacardı. Onu rəqib namizədlərin oxşar siyasət yürüdə biləcəyinə Türkiyə ictimaiyyətində böyük şübhələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, Türkiyə seçiciləri qarşıdakı seçkilərdə də Ərdoğana və “Cümhur İtifaqı”na etimad göstərəcəklər. Mövcud Türkiyə iqtidarı İslam dünyası ilə, Türk dünyası ilə yüksək münasibətlər qurmaqla yanaşı, beynəlxalq aləmdə də mühüm nailiyyətlər əldə edib.
Öz növbəsində Əkrəm İmamoğlunun bələdiyyə rəhbərliyi dövründə isə İstanbul çox ciddi problemlər yaşayıb. Bunu görmək və etiraf etmək lazımdır. Seçkilərə qatılarkən ondan böyük gözləntilər olsa da, bu, özünü doğrultmadı. İstanbul sel və daşqın fəlakəti ilə üzləşdiyi zaman İmamoğlu tətildə idi. Bu, çox pis bir presedentdir. Məhz elə bunun nəticəsidir ki, İmamoğlu reytinq sorğularında Ərdoğana uduzur. Hesab edirəm ki, Əkrəm İmamoğlu “Altılı Masa”nın vahid namizədi olmayacaq. Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıcdaroğlu olacaq. Hadisələrin gedişatı belə bir qərarın veriləcəyini söyləməyə əsas verir.
- Seçkilər may ayında keçiriləcək. Seçkilərin bir ay ertələnməsi “Cümhur İtifaqı”nın tələbələrin regionlarda səsverməsinə mane olmaq cəhdi kimi qiymətləndirilir...
- Bu iddialar tamamilə absurd və əsassızdır. Əksinə, Ərdoğan həm bundan öncəki seçkilərdə, həm də qarşıdakı seçkilərdə tələbələrin, gənclərin fəal şəkildə seçkilərdə iştirakına çalışır. Türkiyə siyasətində ən çox gənclərlə görüşən, onlara diqqət ayıran lider Rəcəb Tayyib Ərdoğandır. Prezident və gələcək namizəd olaraq AKP-nin sıralarına daha çox gənclərin cəlb edilməsinə, seçkilərdə dəstək olmasına çalışır. Bu, onun hüququdur və heç kim buna müdaxilə edə bilməz.
Təbii ki, seçkilər yaxınlaşdıqca müxtəlif əsassız ittihamlar səsləndirilir ki, bu ittiham da onlardan biridir. Kifayət qədər qüsurlu, mənasız və uydurma bir iddiadır. Etiraf etmək lazımdır ki, gənclər arasında ən çox dəstək qazanan namizəd də Ərdoğan və “Cümhur İtifaqı”dır. Bu mənada onun gənclərin seçkilərdə iştirakından ehtiyat etdiyini yox, bunda maraqlı olduğunu söyləmək olar.
- Region kifayət qədər həssas mərhələyə qədəm qoyur. May ayından sonra Türkiyənin siyasi həyatında hansı dəyişikliklərin şahidi olacağıq? Azərbaycana münasibət necə olacaq?
- Türkiyə xalqı uzagörən xalqdır, ölkə, millət, region maraqlarını hər zaman ön planda tutub. Bu mənada türkiyəli seçicilərin bu dəfə də ədalətdən yana olacaqları qənqətindəyəm. Ehtimallar daha çox Ərdoğanın üzərində olduğu üçün, ilk növbədə onunla bağlı mövqeyimi bildirmək istəyirəm. Ərdoğan qalib gəlsə, onun tərəfindən yürüdülən daxili və xarici siyasət davam edəcək. Dünya miqyasında Türkiyənin rolu daha da artacaq, qardaş ölkəyə qarşı təzyiqlər nisbətən səngiyəcək. Çünki xalq yenidən Ərdoğana etimad göstərərsə, məkrli dairələr artıq bu təzyiqlərin mənasız olduğunu dərk edəcək və Türkiyə ilə daha çox hesablaşmaq məcburiyyətində qalacaqlar. İslam dünyası, türk dünyası, ələxsus da Azərbaycanla münasibətlər inkişaf edəcək. 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər zamanı yanımızda olan Türkiyə bu dəstəyi davam etdirəcək. Yəni, Ərdoğanın hakimiyyətdə qalması Türkiyə üçün də, Azərbaycan üçün də labüddür. O ki qaldı müxalifətin iqtidara gəlməsi ehtimalına, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanla münasibətləri davam etdirəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
|