Ərdoğana qarşı əzik “6-lıq” - İNCƏLƏMƏ...
Tarix: 7-01-2023, 10:35 | Çap et
Qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri artıq indidən böyük müzakirə predmetinə çevrilib. Son on il ərzində dünya siyasətində mühüm fiqurlardan birinə, regionda isə əsas söz sahibinə çevrilən Türkiyə dövləti, dostlu-düşmənli hər kəsin diqqətindədir. Sevənləri və sevməyənləri ilə birlikdə. Hazırkı Prezident, 2003-cü ildən iqtidarda olan Rəcəb Tayyib Ərdoğan əleyhdarları var gücləri ilə onu çıxdaş etmək üçün ağıl və məntiq çərçivəsindən tutmuş ta ağlagəlməz hər şeyə qədər bütün yolları “dənəsələr” də, sonda görünən odur ki, hakimiyyət sükanını R.T.Ərdoğan idarə edir. Türkiyə cəmiyyətində də hazırkı iqtidara qarşı kəskin əks münasibətin olmaması, üstəlik, xarizma olaraq Ərdoğanın Türkiyənin çağdaş tarixində mühüm siyasi qüvvə kimi özünə möhkəm yer etməsi, Türkiyəni daha müstəqil siyasət aparan və sözü eşidilən dünya güclərinin siyahısına çıxara bilməsi ona olan ictimai dəstəyi də gücləndirib. Türkiyədəki müxalifət qüvvələri isə, bu vaxta qədər bütün seçkilərdə hələ ki, İstanbul və Ankara Bələdiyyə sədrliyini qazanmaqdan başqa heç bir uğura imza ata bilməyiblər. Həm ana müxalifət adlandırılan Cümhuriyyət Xalq Partiyası, həm də digər siyasi qruplaşmalar son 10 il ərzində keçirilən heç bir seçkidə mütləq qələbəyə sevinməyiblər. Xüsusilə, milliyyətçi siyasi düşərgənin əsas yuvası sayılan MHP-nin hazırkı prezident Ərdoğanı dəstəkləməsi həm parlamentdəki yerlərin, həm də ictimai rəyin AKP iqtidarının xeyrinə dəyişməsinə səbəb olub. MHP-nin Ərdoğan iqtidarını dəstəkləməsi, həm də birbaşa müxalifətin səslərinin parçalanmasına və təsir dairəsinin daralmasına gətirib çıxarıb. CHP lideri Kamal Kılıcdaroğlunun hər seçkidə lider olaraq önə keçmək əvəzinə, özünə olan inamsızlıqdan və seçkinin nəticələrindən qorxub arxa planda dayanması, son prezident seçkilərində namizədliyini irəli sürməməsi müxalifətə olan ictimai dəstəyi və siyasi inamı da yerlə bir edib. Bu adamın liderlik qabiliyyətinin olmaması, seçkilərdə məsuliyyəti öz üzərinə götürməməsi, Ərdoğana qarşı tribunalardan boş hay-küy salmaqdan başqa heç nəyə yaramaması CHP-nin hazırkı iqtidara qarşı güc göstərməsini də acı xəyala çevirir. Günü bu gün Türkiyə ictimai rəyində əsas fikir ondan ibarətdir ki, hazırkı müxalifət cəbhəsində Ərdoğana qarşı meydana çıxa biləcək xarizmatik lider yoxdur. Bu məsələdə ictimai rəy tam haqlıdır. Çünki hazırda anti-Ərdoğan cəbhəsində altı siyasi partiyanın birləşdiyi “6-lı masa” adlanan ittifaq, onların liderləri türklərin təbirincə desək, “rəisə” qarşı siyasi mübarizə aparmaq gücündə deyillər. “6-lı masa”da yer alan siyasi qüvvələrin öz aralarında da fikir müxtəlifliyi var. Əvvəla ondan başlayaq ki, altı siyasi partiyadan ikisinin rəhbəri Ərdoğanın keçmiş nazirləridir. Əhməd Davudoğlu və Əli Babacan Ərdoğan hökumətində önəmli siyasi karyera sahibi olublar, sonradan AKP iqtidarını tərk edərək ona qarşı müxalifət mövqeyinə keçiblər. Amma maraqlısı odur ki, bu iki siyasi fiqurun sürətlə təşkilatlanması, böyük və dəbdəbəli ofisə, güclü mühafizə xidmətinə, bahalı maşınlara sahib olması qətiyyən təsadüf sayıla bilməz. Ərdoğanın keçmiş kadrlarının bu şəkildə siyasi səhnəyə ATILMALARI, güclü media dəstəyi istər- istəməz “Davudoğlu və Babacan yenə Ərdoğanın “əlinə çalışır” fikrini gündəmə gətirir. Çünki hər iki adıçəkilən keçmiş nazirlərin zərrəcə də olsun Türkiyə cəmiyyətində sıfır səviyyəsində belə siyasi çəkisi yoxdur. O ittifaqdakı əsas siyasi fiqur sayılan İYİ partiya lideri Meral Akşener də keçmiş MHP-çidir, Türkiyə parlamentində vitse-spiker olub. CHP lideri K.Kılıcdaroğlundan fərqli olaraq bu xanım siyasətçi daha kəskin çıxışları, qətiyyətli mövqeyi ilə öndədir. Amma CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə seçilən HDP-yə, həbsdə olan Səlahəddin Dəmirtaşa loyal münasibəti M.Akşenerlə CHP arasında ciddi fikir ayrılıqlarına yol açıb. Üstəlik, Ərdoğan ilə açıq düşmənçilik aparan qərbdəki qüvvələrin hazırkı iqtidarı devirmək üçün məhz M.Akşenerə dəstək göstərdikləri də hiss olunur. Xüsusilə, mediada Ərdoğana qarşı açıq düşmənçilik edən Fətullah Gülən qruplaşmasının da xanım Akşenərə dəstək göstərdiyi deyilir. Lakin açıq şəkildə görünən odur ki, M.Akşenerin də “Rəisi” üstələmək şansı yoxdur. Həm də unutmaq olmaz ki, əgər Türkiyə siyasətində Ərdoğanı əzib keçəcək bir xarizmatik siyasətçi olsaydı, çoxdan qərbdəkilər onun imicini bəzəyib-düzəyib Ərdoğanla siyasi mübarizəyə atmışdılar. Son vaxtlar İstanbul Bələdiyyəsinin hazırkı sədri, CHP-çi Əkrəm İmamoğlu müxalifətin vahid namizədi kimi daha çox gündəmə gəlir. Bir çoxları İstanbul Bələdiyyəsinə keçirilən son seçkilərdə Ərdoğanın ən yaxın adamı, keçmiş Baş nazir Binəli Yıldırımı üstələyərək böyük səs çoxluğu ilə qələbə qazanan Ə.İmamoğlunun Ərdoğanla seçki yarışında daha şanslı namizəd olduğunu düşünsələr də, "6-lı masa" bu məsələdə də vahid qərarda deyil. Ə.İmamoğlunun öz partiyası onu bu seçkilərdə müxalifətin vahid namizədi kimi Ərdoğanla "döyüşə" atmaq istəmir. Əvəzində İYİ partiya sədri M.Akşener onun namizədliyində israr edir. Görünən odur ki, CHP Ə.İmamoğlunu hazırkı seçkilərdə Ərdoğanla mübarizəyə atmayacaq. Sanki Türkiyə müxalifətində Ərdoğan üzərində qələbə üçün hələ şəraitin yetişmədiyini düşünürlər. Deməli müxalifətin özü bu seçkilərdə qələbəsinə o qədər şübhə ilə yanaşır ki, əsas "silahını" açıq döyüşə atmır, sanki AKP iqtidarının məğlub olması üçün münasib şəraiti gözləyir. Bir sözlə, bu il keçiriləcək seçkilərdə əzik “6-lı masa”nın Ərdoğanı üstələyəcəyi mümkünsüz görünür. Həm də unutmaq lazım deyil ki, Ərdoğanın bu seçkilərdə məğlubiyyəti bütün bölgədəki prosesləri də kökündən dəyişməli olacaq. Vladimir Putinin şəxsi hakimiyyətindən başlamış Ukrayna böhranına qədər, yaxın Şərqdəki proseslərdən başlamış elə bizim Qafqaz bölgəsindəki hazırkı proseslərə qədər HƏR ŞEY DƏYİŞMƏLİ OLACAQ. Ərdoğan həm də hazırkı situasiyada Qərb üçün də önəmli siyasi aktordur. V.Putinlə şəxsi təmasları, Ukraynadakı proseslərə Vladimir Zelenskinin rəğbətini və etibarını qazanan lider kimi müdaxiləsi, taxıl böhranını aradan qaldırması onu bütün tərəflər üçün vacib oyunçuya çevirib. Türkiyə cəmiyyəti də hazırkı hökumətin bəzi nazirlərinin, siyasi mənsublarının adlarının korrupsiya və digər məsələlərdə hallanmasına baxmayaraq, Ərdoğan kursunu dəstəkləyir. Hazırkı ictimai rəy tablosu ən azından indilik belə görünür. Ərdoğanı üstələmək üçün Türkiyə müxalifəti hələ neçə seçki gözləyəcək, artıq onu zaman göstərəcək... Mətləb Salahov -DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
|