Bu gün kritik Soçi görüşüdür: gərginləşən Qarabağ mövzusu masada - GƏLİŞMƏ
Tarix: 5-08-2022, 08:43 | Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Soçi görüşü Qarabağda vəziyyətin gərginləşdiyi ərəfəyə təsadüf edir. Ermənistanın üçtərəfli bəyanatın bəndlərini icra etməməsi Bakının haqlı narazılığına səbəb olub və gərginliyin əsas məsuliyyəti də İrəvanın üzərindədir.
Türkiyə ilə Rusiyanın gündəm müzakirələri zəngin olsa da, Qarabağda vəziyyətin gərginləşməsi səbəbindən liderlərin bu mövzunu gözardı etməsi mümkünsüz görünür. Yada salaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan bir gün sonra Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayılar.
Liderlərin digər gündəminə gəlincə, Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələlərinə əlavə olaraq, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq və Akkuyu Atom Elektrik Stansiyası mövzuları müzakirə masasına yatırılacaq. Kritik qlobal problemlərin müzakirə olunacağı görüşdə Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq. Kremldən verilən açıqlamada iki liderin Soçi görüşündə taxıl dəhlizi ilə bağlı müsbət prosesin daha da inkişaf etdirilməsi və qorunub saxlanılması üçün görüləcək işlərin müzakirə ediləcəyi bildirilib. Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən “Razoni” gəmisi avqustun 3-ü axşam saatlarında İstanbula gəlib. 27 min ton qarğıdalı yüklü gəmi bu gün səhər yoxlamadan sonra Livana yola düşəcək. Ukraynadan verilən açıqlamada, ilkin olaraq hər gün 3 gəmi ilə daşımaların davam edəcəyi deyilib. Qarabağ məsələsi də daxil liderlərin müzakirələri və Rusiya-Türkiyə yaxınlaşmasının regiona təsirləri bundan sonra necə olacaq? DİA.AZ bildirir ki, YAP-çı deputat Hikmət Babaoğlu tarixi görüş barədə “Yeni Müsavat”a bunları dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü təkcə region dövlətlərinin deyil, bütün dünyanın diqqət mərkəzində olan tarixi bir görüş kimi qiymətləndirilə bilər. Bu görüş uğurlu alınarsa, Tehranda keçirilən üçtərəfli görüşdə əldə edilə bilinməyənlərin də konkret nəticə ilə sonlanmasına gətirib çıxara bilər ki, bu da özlüyündə Rusiya-Türkiyə münasibətlərində yeni bir səhifə açmış olar. Məsələ ondadır ki, hazırda Rusiya-Türkiyə tandemi yeni dünya nizamının gələcək perspektivləri üçün bir çox strateji məsələləri həll edir. Bunlardan ən vacib olanları sıralasaq, birinci yerə Yaxın Şərqin və Şimali Afrikanın, ikinci yerə Balkanların və Şərqi Avropanın, üçüncü yerə isə Cənubi Qafqazın gələcək strateji şəkillənməsi ilə bağlı siyasi tablonu qoya bilərik. Türkiyə və Rusiya yuxarıda təsvir etdiyimiz geostrateji üçbucaqda gələcək yüzillik üçün öz strateji prioritetlərini uzlaşdırmağa çalışırlar. Ancaq bu uzlaşdırma eyni zamanda həm də ciddi rəqabətdir. Ona görə də proses bəlkə bir qədər ləng, ancaq eyni zamanda pozitiv siyasi iqlimdə ardıcıl və dinamik olaraq davam edir. Nəzərə almaq lazımdır ki, bəhs etdiyimiz geostrateji üçbucaqda baş verənləri idarəetmək həm də ABŞ və Qərbin də maraq dairəsindədir. Eyni zamanda hazırda dünyada baş verən bütün siyasi proseslərdə bir Çin müdaxiləsi, ya da Çin faktoru da axtarmaq lazımdır, elə Yaxın Şərqdə də. Göründüyü kimi, iki qətiyyətli və uzaqgörən siyasi lider çox çətin və mürəkkəb məsələləri müzakirə etməli olacaqlar. Türkiyənin birinci istəyi Astana platformasında Menbic və Tel-rıfatla bağlı əldə edilən razılaşmanın yerinə yetirilməsi ilə bağlı olacaq. Çünki İraq sərhədindən, Məlikiyyədən başlamış Menbicə qədər uzanan sərhəd boyu ərazilərdə 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması Türkiyənin birinci prioritetidir. Əks təqdirdə, Hələbi birdəfəlik unutmaq lazım gələcək ki, bu da Türkiyə üçün qəbul edilən deyil. İkinci prioritet üzrə olan məsələlər də kifayət qədər mürəkkəb və çətindir. Ukrayna-Rusiya müharibəsi bitməmiş Balkanlarda Serbiya-Kosovo müharibəsi təhlükəsi var. Mümkün belə müharibə isə hər şeyin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Hər iki liderin bu mövzuda mövqeləri yenidən nəzərdən keçirmək, yaxınlaşdırmaq cəhdlərinin olması mümkündür. Cənubi Qafqaz mövzusuna gəldikdə isə bu platformada hər iki ölkənin maraqları və mövqeləri son dövrlər tarixində heç olmadığı qədər yaxın və aydındır. Görüş ərəfəsində Azərbaycanın güclü hərbi-siyasi gedişi isə Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan dördbucağında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyini bir daha nümayiş etdirmiş və aktuallaşdırmış oldu. Rəsmi olaraq etiraf edilməsə də, üçtərəfli bəyannamənin qeyri-rəsmi dördüncü tərəfi də var və bu, qardaş Türkiyədir. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməyə başlaması da bunun əyani sübutudur. Ona görə də ən qısa zamanda üçtərəfli bəyannamənin bütün şərtləri yerinə yetirilməlidir ki, qardaş Türkiyə və müttəfiqimiz Rusiya daha mürəkkəb mövzular üçün daha çox enerji sərf edə bilsinlər. Bu hər iki ölkənin strateji maraqlarının lehinə ola bilər”.
BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli Türkiyə ilə əlaqələrin bu şəkildə olmasının Rusiya üçün həyati əhəmiyyət daşıdığını qeyd etdi: “Türkiyə və Rusiyanın gündəliyində müzakirə olunacaq məsələlərin sayı kifayət qədər genişdir və yalnız Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki vəziyyəti, Suriya, Liviya, yük daşınmaları da daxil olmaqla Ukrayna, müdafiə, enerji və ərzaq təchizatı, eləcə də Akkuyu Atom Stansiyasını əhatə etmir. Bu sıraya İranın bölgə dövlətlərinin maraqlarına uyğun gəlməyən davranışlarını və Nensi Pelosinin Tayvana səfəri kontekstində ABŞ-Çin münasibətlərinin gərginləşməsini, gərginliyin ekskalasiya və dekskalasiya perspektivini, yaranmış vəziyyətin bölgədə həyata keçirilməsi nəzərdə tutulan və Çinin də maraqlarına xidmət edən layihələrə təsirini də əlavə etmək lazımdır. Qeyd etdiyim məsələlərlə bağlı ortaq məxrəcə gəlmə ehtimallarını nəzərdən keçirməzdən öncə Türkiyə ilə Rusiya arasında bundan öncə əldə edilən razılaşmaların nə dərəcədə yerinə yetirildiyinə diqqət yetirmək lazımdır. Təəssüf ki, Rusiyanın hələlik yalnız Ukraynadan taxılın daşınması ilə bağlı razılaşmaya əməl etdiyini söyləmək mümkündür. Türkiyənin də Rusiya ilə imzaladığı anlaşma nəticəsində dolayısı ilə icrasına təminat aldığı 10 noyabr 2020-ci il bəyanatının müddəaları, məlum olduğu kimi, indiyədək yerinə yetirilməyib. Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizinə alternativ yolun açılması ilə bağlı öhdəliklər icra olunmayıb. Rusiya Türkiyənin Suriyada ərazi bütövlüyünü və suverenliyini təhdid edən terror qruplaşmalarına qarşı mübarizəsini də bacardığı qədər sabotaj etməyə çalışır və bu məsələdə İranla sinxron hərəkət edir. Liviyada yaranmış hakimiyyət böhranı ilə bağlı məsələdə də Moskvanın mövqeyi aydın deyil. Liviya parlamentinin nümayəndələr palatasının sədri Aqil Salehin Ankaraya səfərindən sonra da bu ölkədə yaranmış böhranın aradan qaldırılması ilə bağlı rəsmi Moskvanın mövqeyi aydın deyil. Baxmayaraq ki, səlahiyyət müddəti başa çatmış Abdulla əl Lafinin gedişində və Fəthi Başaqinin vəzifələrinin icrasına başlamasında həm Ankara, həm də Moskva maraqlı görünür. İranla bağlı məsələlərdə də Kremlin siyasətində ənənəvi riyakarlıq motivləri nəzərə çarpır. Moskva nəinki Zəngəzur dəhlizi məsələsində aşırı geosiyasi hikkə nümayiş etdirən Tehrana təzyiq göstərmir, əksinə, İrandan Türkiyənin regiona təsir imkanlarının azaldılmasında istifadə etməyə çalışır. Amma bütün bunlarla yanaşı, hazırda Türkiyə ilə münasibətlərin, ən azı indiki səviyyədə qorunub saxlanılması Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, Soçi görüşündə Türkiyə və Rusiya liderlərinin bir neçə məsələdə, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki vəziyyət, Ukraynadan yükdaşınmaların davam etdirilməsi, müdafiə sənayesi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı uzlaşmaya nail ola biləcəkləri ehtimalı var. Çünki qeyd etdiyim məsələlərin heç biri Rusiya üçün geostrateji önəm daşımır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
|