Tərəzinin hansı gözü ağır basacaq: “F-16”-sız Türkiyə, Türkiyəsiz Amerika - İNCƏLƏMƏ...
Tarix: 18-07-2022, 10:38 | Çap et
ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Müdafiə büdcəsində “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244, əleyhinə 179 deputat səs verib.
Bundan əlavə, ABŞ Prezident Administrasiyası “F-16” təyyarələrinin Türkiyə tərəfindən “Yunanıstan ərazisi üzərində təkrar icazəsiz uçuşlar” üçün istifadə edilməməsi üçün atılan addımların ətraflı təsvirini təqdim etməli olacaq.
ABŞ Konqresinin Senatı da müdafiə büdcəsi layihəsinin öz versiyasını təsdiq etməlidir. Bundan sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya çağırılacaq. Hər iki palata razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, bundan sonra sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək.
Qeyd edək ki, Baydenin və komandasının iqtidara gəlişindən sonra Türkiyəyə qarşı təzyiqlər artıb. Bunun da Ankaranın müstəqil siyasət yürütməsi ilə bağlı olduğu heç kimə sirr deyil. İddialara görə, gələn il keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində təzyiqlərin daha da artacağı, Bayden administrasiyasının Türkiyə müxalifətinə fəal dəstək verəcəyi gözlənilir. DİA.AZ xəbər verir ki, AYNA mövzu ətrafında ekspertlərlə həmsöhbət olub.
Türkiyənin Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, ABŞ uzun müddətdir bu siyasətini davam etdirir: “Təəssüf ki, Amerika daim subyektiv siyasət yürüdür. Son dövrlər isə bu siyasətini artırıb. Bununla Amerika bir daha etibarsız bir dövlət olduğunu sübuta yetirdi”.
“Təbii ki, burada əsas məqsəd Türkiyəni zəiflətmək və iqtidara öz adamları vasitəsilə sahiblənməkdir. Hesab edirəm ki, bu məqsədlərinə nail ola bilməyəcəklər. Türkiyədə həm seçkilərin taleyinə, həm də ölkənin gələcəyinə türk xalqı qərar verəcək”, - deyə analitik bildirib.
Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu hesab edir ki, ABŞ Konqresinin Türkiyədəki çevriliş cəhdinin ildönmü ərəfəsində belə bir verməsi təsadüfi deyil: “2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatı Türkiyədə çevrilişə cəhd etdi. Məlumdur ki, bu terror qruplaşması ABŞ və Qərb dövlətləri tərəfindən himayə olunur. FETÖ-nün rəhbərliyində təmsil olunan terrorçuların da əksəriyyəti məhz Amerikaya sığınıb”.
“Belə bir gündə ABŞ Konqresinin “F-16” qırıcılarının Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləməsi təsadüfi deyil. Amerika uzun zamandır Türkiyəni özünün görmək istədiyi formaya salmaq istəyir. Bu istiqamətdə qardaş ölkəyə qarşı müxtəlif cinahlardan hücumlar təşkil edilir. Türkiyənin terror təşkilatları üzərindən imtahan edilməsi, ABŞ-ın Suriyanın şimalında və digər ərazilərdə müxtəlif terroçu qruplaşmalara, YPG, PPK və digərlərinə açıq dəstəyi aydın şəkildə söyləməyə əsas verir ki, okeanın o tayından idarə olunan təzyiqlər Türkiyədə öz adamlarını iqtidara daşımağa hədəflənib”, - deyə həmsöhbətimiz söyləyib.
TİAM direktorunun dediyinə görə, ABŞ hökuməti Türkiyə ilə daha sıx əməkdaşlığı istəsə də, oradakı lobbi təşkilatları buna mane olur: “Yunan və erməni diasporları bu məsələdə xüsusi fəallıq nümayiş etdirir. Hər vəchlə Amerikanın Türkiyəyə “F-16” qırıcılarını satmasına əngəl törədirlər. Baxmayaraq ki, bu diaspor təşkilatlarının təxribatları ABŞ-ın dövlət maraqlarının da üzərində dayanır, onlar rahat şəkildə bu fəaliyyətlərini davam etdirə bilirlər”.
“Lakin bir məqam da var ki, Türkiyə bu gün kifayət qədər güclü və dünyada söz sahibi olan dövlətdir. Xarici siyasətdə milli maraqlar hər şeydən üstün tutulur və bundan sonra da güclənməkdə davam edəcək. Hətta Amerika “F-16” qırıcılarını verməsə də, Türkiyə təhlükəsizlik məsələlərini həll edə bilir və bundan sonra da edəcək. Burada strateji planda uduzan Amerikanın özü olacaq. Yekunda Vaşinqton və müttəfiqləri məyus olacaq. Şübhəsiz ki, bu oyunları ilə Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Əksinə, bu cür davranışlar Türkiyəni daha da gücləndirəcək”, - deyə Nüsrətoğlu vurğulayıb.
Əlavə edib ki, ABŞ və Qərbin Türkiyədə iqtidarı dəyişmək ssenarisi də nəticəsiz qalacaq: “Amerika özünə bağlı bir Türkiyə dizayn etməyə çalışır. Bu, bəlli bir həqiqətdir. Təbii ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında iqtidar komandası kifayət qədər güclüdür və daxildə ciddi dəstəyi var. Müxtəlif təzyiq alətlərindən, eləcə də FETÖ, PKK, YPG və digər terrorçu qruplaşmalardan istifadə edərək, Türkiyəni zəiflətməyə çalışırlar. Lakin birmənalı şəkildə söyləmək olar ki, buna nail ola bilməyəcəklər. Yəqin ki, Türkiyə xalqı qarşıdakı seçkilərdə Ərdoğan və onun komandasına etimad göstərəcək”.
İstanbul Aydın Universitetinin təmsilçisi, “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da o qənaətdədir ki, ABŞ və müttəfiqlərinin hücumları Türkiyənin güclənməsinə verilən reaksiyadır: “Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, dünyada və regionda baş verən hadisələr fonunda tutduğu ədalətli mövqe Türkiyəni öz forpostu rolunda görmək istəyən ABŞ-ın və Qərbin maraqlarına cavab vermir. Türkiyəyə qarşı davamlı təzyiqlər, qardaş ölkəyə qarşı yönələn terror qruplaşmalarına qucaq açılması, eləcə də “F-16” qırıcılarını satmaqdan imtina etməsi bir daha göstərir ki, Qərb regionda Türkiyə kimi güclü, nüfuzlu bir dövlətin olmasından təşviş keçirir”.
Müsahibimiz düşünür ki, hətta “F-16” qırıcılarını almasa belə, bu, Türkiyənin müdafiə qabiliyyətini nəinki sarsıtmayacaq, heç zəiflətməyəcək də: “Bu gün Türkiyə Silahlı Qüvvələri NATO-nun ikinci güclü ordusu statusundadır. Ona qarşı təzyiqlər nəticəsiz olmaqla yanaşı, əslində ABŞ-ın da maraqlarına cavab vermir”.
Yunan və erməni lobbisinin fəaliyyətindən bəhs edən İGİB sədri qeyd edib ki, ABŞ kimi qüdrətli bir dövlətin bu qüvvələrin diqtəsi ilə hərəkət etməsi təəssüf doğurur: “Türkiyəyə təzyiq edənlər bir zamanlar Osmanlı dövləti ilə savaşda məğlub olanlardır. Həmin qüvvələr onda Osmanlını paramparça edib, onu bir dövlət olaraq yox etmək istəyirdi. Bununla da türk dövlətini dünyanın siyasi xəritəsindən silmək istəyirdilər. Həmin döyüşlərdən daha güclü, müstəqil və söz sahibi olan Türkiyə Respublikası yarandı. Torpaq itkilərinə baxmayaraq, Osmanlının yerində demokratik bir dövlət quruldu. Bu da Türkiyənin dostlarını sevindirdi, onu özlərinə arxa, dost bildilər, düşmənləri isə bu günədək Cümhuriyyətin ayağının altını qazmaqdadır. Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, “dünya beşdən ibarət deyil” və okeanın o tayındakı qüvvələr bununla barışsalar, yaxşı olar”.
“Türkiyədə seçkilərin taleyinə xalqın özü aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərləri və seçki ənənəsi olan bir ölkədir. Türkiyə xalqı kimə və kimlərə səs verəcəksə, onlar həm icraedici, həm də qanunverici orqanda təmsil olunacaqlar. Türkiyənin dünya miqyasında qazandığı mövqe, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsi Ərdoğan iqtidarının aktivinə yazılır. Yəqin ki, bu seçkilərdə də Ərdoğan və komandası qalib gələcək. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdə Türkiyənin mənəvi və siyasi dəstəyi danılmazdır. Təbii ki, bir qardaş ölkə olaraq Türkiyənin güclənməsi, qüdrətlənməsi Azərbaycanın da maraqlarına uyğundur və əminik ki, qardaş ölkə daha da sürətlə inkişaf edəcək”, - deyə Şahbazlı fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|