"Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                 

Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari: - böyük güclər münaqişədə maraqlıdır
Tarix: 5-07-2022, 10:26 | Çap et
Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari:
Qaraqalpaq Muxtar Respublikasında iyulun 1-də başlayan etiraz aksiyaları şiddətlənir. İğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib. Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası Qazaxıstanın Manqistau, Aktyubinsk və Kızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistan ərazisinin 40 faizindən ibarət olan respublikada təqribən 500 min qaraqalpaq yaşayır. Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb və 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub. Sonra isə bilavasitə Rusiya Federasiyasına tabe etdirilib. 1936-cı ildə Vilayət Özbəkistan SSR-in ərazisinə daxil edilib.

Sovet İttifaqı dağılandan sonra, 1992-ci ildə Qaraqalpaq Muxtar Vilayətinə Qaraqalpaqıstan Muxtar Respublikası statusu verilib. 1993-cü ildə imzalanmış müqaviləyə görə, Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibində qalır, sonra suverenliyini əldə etməkdə sərbəst olur. Bu, Özbəkistan Konstitusiyasında müvafiq müddəa ilə təsbit edilib.

İndiki etiraz aksiyalarının səbəbi isə Özbəkistan Konstitusiyasına ediləcək əlavələr və dəyişikliklərdir. Belə ki, Konstitusiyanın 70, 71, 72, 74 və 75-ci maddələrinə dəyişikliklər edilməsi, Qaraqalpaqıstanın suveren statusdan və Özbəkistanın tərkibindən çıxmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur. Dəyişikliklərin təşəbbüskarı Özbəkistan Prezidenti Şafkat Mirziyoyevdir.

Ümumiyyətlə, Konstititusiyaya təqribən 200 əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, onların arasında dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da var.

Mirziyoyev etiraz aksiyalarından sonra Qaraqalpaqıstanın suverenliyinin qorunacağını deyib. Prezident iyulun 3-də Qaraqalpaqıstanın inzibati mərkəzi Nukus şəhərinə yollanaraq yerli hakimiyyət strukturlarının rəhbərləri və ağsaqqallarla görüşüb. Yerli ali qanunverici orqan olan Jokarqı Kenesdə çıxış edərkən Mirziyoyev deputatlara xitabən deyib: "Konstitusiyaya dəyişikliklər və əlavələri siz təklif etdiniz, siz belə təşəbbüs göstərdiniz, siz imzaladınız, siz çıxış etdiniz və siz də təsdiqləyərək qəbul etdiniz. Özbəkistan Konstituasiyasındakı 70, 71, 72, 73, 74 və 75-ci maddələrdə Qaraqalpaqıstanla bağlı olan dəyişikliklər qaraqalpaq xalqı narazı olarsa, qəbul edilməyəcək".

Lakin Qaraqalpaqda ixtişaşlar səngimir. Bir sıra ekspertlər burada baş verən gərginlikdə maraqlı xarici dairələrin rolunun olduğunu qeyd edirlər. Əsas oxlar isə Rusiyaya yönəlir. Analitiklər hesab edirlər ki, Özbəkistanda vəziyyətin gərginləşməsində maraqlı olan Kreml üçün Qaraqalpaqda baş verənlər göydəndüşmə olub.

Respublikada baş verənlərə Rusiyadan reaksiya gəlib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, Özbəkistanın daxili işidir: "Özbəkistan bizim müttəfiqimiz, dost ölkə, çox vacib tərəfdaşdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir”.

Avropa İttifaqı (Aİ) da Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib ki, Aİ Özbəkistan Konstitusiyasına təklif olunan düzəlişlərin dərcindən sonra Qaraqalpaqıstanda baş verən zorakılıq hadisələri ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırır.

"Biz insan tələfatından dərin təəssüf hissi keçirir və prosesləri yaxından izləməyə davam edirik. Biz Prezident Mirziyoyevin təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara operativ reaksiya vermək üçün atdığı addımları etiraf edirik. Hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Mətbuat katibi qeyd edib ki, Aİ Özbəkistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır: "Aİ-nin Özbəkistanla güclü və inkişaf edən tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləyirik və onu beynəlxalq normalara və ən yaxşı təcrübələrə əsaslanaraq vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında bu prosesi davam etdirməyə çağırırıq". diaaz.space-ın məlumatına görə, baş verənləri AYNA-ya müsahibəsində şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Qaraqalpakıstanda baş verənlərin səbəbləri bəllidir:

- Konstitusiya dəyişikliyində regionun suverenliyi ilə bağlı dəyişiklik nəzərdə tutulmuşdu. Hazırkı statusa görə respublika Özbəkistanın tərkibindən çıxmaq hüququna malikdir. Yeni dəyişiklikdə isə bu hüquq Qaraqalpaqıstanın əlindən alınır. Bu, ixtişaşların artmasına, vəziyyətin gərginləşməsinə səbəb oldu. Ümumiyyətlə, dünyada separatçı meyillər artıb ki, bundan da müəyyən qüvvələr istifadə etməyə çalışırlar. Görünür ki, Özbəkistan hakimiyyəti bunun qarşısını almaq üçün Konstitusiyada dəyişiklik etmək istədi.

- Amma Qaraqalpaqıstanda buna qədər separatçı addımlar müşahidə edilməyib. Bölgənin Özbəkistan tərkibindən çıxmaq hüququ olsa da, buna gedildiyinin şahidi olmamışıq...

- Bəli, Qaraqalpaqıstanda əslində separatçılığa meyl çox azdır. Əlbəttə, azsaylı çevrə var ki, onlar radikal mövqedədirlər. Ümumilikdə isə xalq Özbəkistanın tərkibində qalmağa razı idi, hansısa ciddi problem yox idi. Olan problemlər də sosial vəziyyətlə bağlıdır, hansı ki, bu, təkcə Özbəkistanda yox, Qazaxıstanda, digər dövlətlərdə də var. Yəni ki, sosial problemlərlə bağlı siyasi şüarlarla etiraza qalxmaq zəmini yoxdur. Konstitusiya dəyişikliyi məsələsi Qaraqalpaqıstanda siyasi proseslərə təkan verdi. Müəyyən desturiktiv qüvvələr isə yaranmış durumdan istifadə etməyə başladılar. Şayiələr yayılmağa başladı ki, guya Özbəkistan hakimiyyəti Qaraqalpaqıstanın ümumiyyətlə statusunu ləğv etmək istəyir, vilayətə çevirmək niyyətindədir, milli atributlar ləğv ediləcək və s. Bu şayiələr böyüdü və sonunda vəziyyət gərginləşdi. Əsas sual budur ki, bu şayiələri yayanlar kimlərdir?!

- Vəziyyətin gərginləşməsində, ixtişaşların qarşısıalınmaz hala gəlməsində Rusiyanın əlinin olduğu iddia edilir...

- Qaraqalpaqıstanda fəallar var ki, onlar separatçı çağırışlar edirlər. Məsələ burasındadır ki, həmin fəallar həmçinin özlərini türkpərəst kimi təqdim edirlər. Onlar heç də Rusiyayönümlü siyasətdən danışmırlar. Şüarları da budur ki, türk dövlətləri məsələyə qarışsınlar, yaranmış vəziyyəti tənzimləməyə kömək etsinlər. Düzü, mən yaranmış vəziyyət deyirəm, amma orada daha sərt ifadələrdən istifadə edilir. Məsələn, Qaraqalpaqıstandakı bəzi fəallar, separatçılığa meyilli şəxslər bunu "münaqişə" adlandırırlar. Amma burada münaqişə yoxdur. Dönə-dönə bu fikrimi bildirirəm ki, yaranmış vəziyyət münaqişə deyil.

- Qaraqalpaqıstandakı fəalların türk dövlətlərinə müraciəti necə nəticələnəcək?

- Əlbəttə, türk dövlətləri Qaraqalpaqıstanda baş verənləri münaqişə saymadığı üçün həmin fəalları dəstəkləməyəcəklər. Çünki bu, Özbəkistanın daxili işidir və buna heç kəs qarışmamalıdır. Baş verənlərini münaqişəyə çevirmək düzgün olmaz. Məsələni ümumiləşdirmək, yolverilməzdir. Belə gərginliyi ümumiləşdirib münaqişə adı ilə beynəlxalq aləmə təqdim etsən, separatçılıq daha da artacaq. O vaxt bizim Qarabağ məsələsində də bu hal yaşandı. Qarabağda baş verənlər də münaqişə deyildi, daxili gərginlik idi. Lakin bir çox qüvvələr bunu münaqişə vəziyyətinə gətirib çıxardılar, beynəlmiləlləşdirdilər. Nəticədə problemin həlli 30 il uzandı.

- Məsələ burasındadır ki, Rusiya mediasında da Qaraqalpaqıstandakı hadisələr "münaqişə" kimi tirajlanır...

- Bəli, əksər Rusiya qəzetlərində, saytlarında gərginlik münaqişə kimi təqdim edilir. Əfsuslar olsun ki, bu, təkcə Rusiya mediasında yox, Qərb mətbuatında da "münaqişə" adlandırılır. Görünür ki, maraqlı güclər hadisələri münaqişə kimi təqdim etməyə çalışır. Vaxtilə Qarabağda baş verən ssenarinin Qaraqalpaqıstanda təkrarlanmasını istəyənlər var. Həm Rusiyada, həm də Qərbdə. Belə anlaşılır ki, beynəlxalq güclər münaqişədə maraqlıdırlar. Çünki münaqişələrə müdaxilə etməklə münaqişə baş verən ölkələrdə maraqlarını güdürlər. Azərbaycan bunu yaşayıb, keçmiş Qarabağ münaqişəsindən nə qədər istifadə etdilər. İndinin özündə də Qarabağda münaqişənin qaldığını iddia edən dairələr var. Rusiya tərəfindən də, ABŞ-dan da Qarabağla bağlı müəmmalı bəyanatlar verirlir. Yəni ki, beynəlxalq güclər münaqişələrdən yararlanmağa çalışırlar. Regionlarda münaqişələr olmalıdır ki, onu idarə edə biləsən. Təəssüflər olsun ki, Qaraqalpaqıstanla bağlı da bu cəhdlər mövcuddur.

- Gərginlik nə ilə nəticələnə bilər?

- Hesab edirəm ki, Özbəkistanın kifayət qədər potensialı var ki, vəziyyəti nəzarətə alsın. Özbəkistanın resursları məsələyə kənar müdaxilələrin qarşısını almaq üçün yetərlidir. Yəqin ki, Özbəkistan hakimiyyəti gərginliyin azalmasına nail ola biləcək. Qaraqalpaqıstanın əvvəlki statusunun saxlanılması ilə razılıq yaranacağı mümkündür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru