Rusiyada süni defolt Ukraynaya qarşı müharibəni dayandıra bilmir - GƏLİŞMƏ
Tarix: 1-07-2022, 08:18 | Çap et
Qərb xəbər agentliklərinin məlumatına görə, iyunun 27-də Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici dövlət borcunu ödəməkdən imtina edib. Ödənilməmiş xarici öhdəliklərin məbləği qonşu ölkənin standartları ilə müqayisədə cüzidir, ona görə də iqtisadçılar dollar və avro ilə hesablaşmaların qarşısını alan Qərb sanksiyaları səbəbindən yalnız texniki defoltdan danışırlar.
Rusiya Maliyyə Nazirliyi vəziyyəti belə şərh edir: Xarici borc öhdəlikləri tam həcmdə yerinə yetirilib, lakin ödənilən avro və dollarlar beynəlxalq hesablaşma və klirinq sistemlərinin hərəkətləri səbəbindən alıcılara çatmayıb. Sadə dillə desək, Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları dollar və avro ilə hesablaşmaların qarşısını alır, ona görə də baş verənləri defolt, daha doğrusu, borcları ödəyə bilməmək adlandırmaq çətindir.
Elan edilmiş defoltun texniki xarakteri bu barədə məlumat verən “Bloomberg” tərəfindən də etiraf edilir. Nəşr defoltu “Rusiyaya qarşı sanksiya kampaniyasının kuliminasiyası” adlandırır və ən əsası etiraf edir ki, Qərbin sanksiyaları şəraitində dollar və avro ilə hesablaşmalara mane olan Moskva bir neçə ay ərzində öz xarici borcunu ödəmək yollarını tapmışdı, lakin sonunda bunun üçün bütün imkanlar tükəndi.
O da ümumən etiraf olunur ki, yuxarıda sadalanan səbəblərə görə ödənilməmiş borcun məbləği Rusiya üçün əhəmiyyətsizdir - cəmi 100 milyon dollar.
“Reallıqda Rusiyada defolt yoxdur və bu, göz qabağındadır. Bu qərar Rusiya hökumətinin ödəmə qabiliyyətini dəyişmədi”, - deyə iqtisadçı ekspert Vasili Koltaşov vəziyyəti “boşuna havaya atılan kiçik atış” kimi qiymətləndirir. Analitikin fikrincə, elan edilmiş defolt heç bir nəticə verməyəcək.
Yəni iqtisadçıların qənaətincə, ortada Kremlin “hərbi maşını”nın imkanlarına o qədər də xələl gətirməyəcək düşünülmüş aksiya var. diaaz.space-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Rusiyaya qarşı yeganə təsirli sanksiyalar neft və qazın qiymətinin aşağı salınması ola bilər: “Rublun möhkəmlənməsi üçün bu, yeganə tədbirdir. Xarici şirkətlərin Rusiya bazarından çıxarılması və iqtisadi boykotlar təbii ki, öz təsirini göstərəcək, amma dərhal deyil, gələcəkdə. Demək istəyirəm ki, Ukraynada müharibəni dayandırmaq üçün nəzərdə tutulan bu sanksiyaların mahiyyəti və məqsədi baxımından belə uzanan effekt səmərə vermir”.
“Eyni zamanda, karbohidrogen xammalının artan ixracı hesabına ölkənin gəlirləri artır. Neft qiymətləri sanksiyalar səbəbindən xeyli qalxdı. İxrac məhdudiyyətlərinə baxmayaraq, Rusiya nefti Hindistana və Çinə 20-30 faiz ucuz olsa da, satılır. Lakin Rusiya Federasiyası nefti 80-90 dollara da ixrac edirsə və onun hasilatının maya dəyəri 10-14 dollardırsa, fayda göz qabağındadır”, - deyə analitik bildirib.
Onun sözlərinə görə, bu gün biz qaz bazarında Rusiyaya qarşı sanksiyaların əks nəticəsi müşahidə olunur: “Təbii yanacağın qiyməti rekord həddə çatıb və Rusiya onu Avropaya satmaqda davam edir, lakin əvvəlkindən xeyli bahadır. Əgər 2019-cu ildə mavi yanacağın ixrac qiyməti orta hesabla 240 dollar idisə, ötən ilin sonundan bu yana 1000 dollar olub”.
“Bundan əlavə, “The Economic Times” yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiya neftinin tədarükünü 50 dəfəyə qədər (!), Çin isə 56 faiz artırıb. Ona görə də sual yaranır: sanksiyalardan kim uduzdu? Qərbdə - Avropada və ABŞ-da benzin bahalaşır. Mən hələ Rusiya neftinin ərəb ölkələri vasitəsilə Qərbə çatdırılmasının “sol” yollarını demirəm. Amma fakt budur ki, maliyyə faydaları ilə ideyalar qarşıdurmasında pul prioritetdir. Maraqlı tərəflərin dar təbəqəsi mövcud vəziyyətdən pul qazanır”, - deyə Cəfərli vurğulayıb.
Bu tədbirlərin davamı olaraq ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini dərc edib. Buraya Rusiya qızılının ölkəyə idxalına qadağa da daxildir. İstisna kimi, "qanunla nəzərdə tutulmuş" hallar və Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) digər icazələri göstərilir. Yaxın vaxtlarda Böyük Britaniya, ABŞ, Yaponiya və Kanada Rusiya qızılının idxalına qadağa qoyacağını elan edəcək. Böyük Britaniyanın Baş naziri Boris Conson digər G7 üzvlərini boykota qoşulmağa çağırıb.
Müsahibimiz əmindir ki, nəticədə Rusiya yalnız qərbdən cənuba - Hindistana ixracatını həyata keçirəcək: “Fiziki qızıl alışı baxımından Hindistan dünyada liderdir. Hindistan və Çinə qızıl tədarükünü genişləndirməklə Rusiya uduzmayacaq. Bir sözlə, Rusiya iqtisadiyyatı böhrana düşəcək, lakin bu, uzun prosesdir, amma sanksiyaların məqsədi Ukraynada müharibəni elə indi dayandırmaqdır. Amma burada və indi biz sanksiyaların əks effektini görürük - sanksiyalar səbəbindən bahalaşan karbohidrogenlərə tüğyan edən inflyasiya, dünya demokratiyasını təhdid edən qeyri-sabitlik, hökumətlərin mövqelərini sarsıdan, onların seçkilərdə məğlubiyyətinə zəmin hazırlayan vəiyyət. İndi, digər şeylərlə yanaşı, Qərb Rusiyanın süni defoltuna, ödənişlərin rəsmi şəkildə pozulmasına nail olub. Ölkə borcunu ödəyə bilər, amma sanksiyalar onu ödəməyə mane olur. Defolt Rusiya ödəmək istəmədiyi üçün deyil, sanksiyalara görə belə imkandan məhrum olduğu üçün baş verib. Defolt damğası xarici kreditlərdən asılı olan ölkələr üçün ağrılıdır, amma Moskva nə itirir?!”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|