“Rus xalqı Putini o halda devirib asacaq ki...” - İNCƏLƏMƏ...
Tarix: 15-06-2022, 11:00 | Çap et
Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə 4 aydır ki, davam edir. Bu müddətdə Rusiyanın təcavüzkar siyasəti səbəbindən kollektiv Qərb tərəfindən misli görünməmiş sanksiyalar tətbiq olunub. Altı paketdə tətbiq edilən embarqoların davamının gələcəyi gözlənilir. Sanksiyalar səbəbindən iqtisadiyyatı iflic olan, böhrana yuvarlanan Rusiya hələlik dirəniş göstərməkdə, işğalçı müharibəni davam etdirməkdədir.
Müharibə başlayanda, sanksiyalar tətbiq olunanda əksər yerli və xarici analitiklər proqnozlaşdırırdılar ki, bu, Prezident Vladimir Putin iqtidarının sonu ilə nəticələnəcək. Slavyan qardaşları olan ukraynalıların qırğınına və sosial vəziyyətinin ağırlaşmasına görə rus xalqının küçələrə çıxacağı, eyni zamanda, sanksiyalar səbəbindən var-dövlətini itirən məmur-oliqarxların saray çevrilişi edəcəyi gözlənilirdi.
Lakin mart ayında azsaylı insanların etiraz aksiyaları təşkil etməsini nəzərə almasaq, demək olar ki, kütlə ayağa qalxmadı. Eyni zamanda, saray çevrilişinə cəhd müşahidə olunmur. Yəni ki, hazırkı duruma görə, proqnozlar özünü doğrultmur. İşğalçı müharibə isə şiddəti ilə davam edir. Onu da qeyd edək ki, azsaylı politoloqlar Rusiyanın yaxınlarda çöküşünün mümkün olmadığını, orta və uzun müddətdə isə bu çöküşün qaçılmaz olduğunu dilə gətirirdilər. DİA.AZ-ın məlumatına görə, Rusiyada baş verə biləcək daxili gərginliklərlə bağlı fikirlərini AYNA ilə bölüşən Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri deyib ki, sanksiyaların qısa müddət ərzində Rusiyanın iri şəhərlərində təsirləri müşahidə olunmayacaq:
- Sanksiyaların acı nəticələri ilə rus xalqının qarşılaşması üçün bir neçə ay lazımdır. Payız aylarında ruslar ölkələrinin iqtisadi çöküşünü soyuducularında və ailə büdcələrində hiss etməyə başlayacaqlar. O vaxtadək də Rusiyanın müharibəni müəyyən qədər dayandırması potensialı var. Ayrıca, bir nüansı diqqətdən qaçırmamaq lazımdır ki, Rusiya dövlət büdcəsinin 60 faizinə qədərini enerji daşıyıcılarından gələn gəlirlər təşkil edir. Nəzərə alaq ki, bu gün neft və qazın qiyməti fantastik səviyyədədir. Dünya bazarında enerji daşıyıcılarının qiyməti ilə bağlı qeyri-müəyyənlik müşahidə olunur. Bu, Rusiyanın bir çox itkilərini kompensasiya etməyə şərait yaradır.
Bütün hallarda isə hesab edirəm ki, bir neçə aydan sonra Rusiya xalqı sosial çətinlikləri hiss etməyə başlayacaq. Xüsusilə, bir çox istehsalat müəssisələri xammal və detallar olmadığı üçün bağlanmalı olacaq. Bu, Rusiyada işsizliyin artmasına, sosial durumun ağırlaşmasına gətirib çıxara bilər. Amma bunu qarşıdakı 1-2 ay müddətinə gözləmək olmaz.
- Sanksiyalar nəticəsində külli miqdarda maliyyə itirən siyasi elitanın, oliqarxiyanın Putinin yanlış siyasətinə qarşı çıxması, onu devirmələri ehtimalı nə qədərdir?
- Açığını deyim ki, Rusiya siyasi elitasında Putini devirə biləcək fiqurlar mövcud deyil. Keçmiş KKB sistemində müstəqil siyasi iradəyə malik, ağıllı siyasi şəxslər olurdu ki, onlar hakimiyyət darələrində olanda bu, Kreml rəhbərliyi üçün təhlükə yaradırdı. Putinin hakimiyyəti dövründə belə şəxslər siyasi komandada təmsil olunmadı. Putin elə bir komanda formalaşdırıb ki, orada onu siyasi hakimiyyətdən uzaqlaşdıra biləcək, saray çevrilişinə nail ola biləcək fiqurlar mövcud deyil. Belə şəxslər nə Rusiya ordusunda, nə də Rusiya xüsusi xidmət orqanları daxilində var. Putin hakimiyyətinə zaman-zaman potensial təhlükə törədəcək şəxslər isə zərərsizləşdiriliblər. İndinin özündə hansı şəxslər potensial təhlükə kimi görünürsə, Putin onları "təmizləməklə" məşğuldur. Kimini vəzifədən uzaqlaşdırır, kiminə qarşı cinayət işi qaldırılır və s. Bu baxımdan, düşünmürəm ki, siyasi hakimiyyət içərisindən hansısa qruplaşma çevrilişə cəhd təşəbbüsü etsin.
Qaldı ki, Rusiyadakı müxalif qüvvələrə, bu gün müxalif qüvvələr demək olar ki, yoxdur. Müxalifət demokratik ölkələrdə güclü olur ki, Rusiyada demokratiyadan əsər-əlamət yoxdur. Müxalif düşüncəli insanları bir araya gətirə biləcək şəxslər isə zərərsizləşdirilib. Onlar ya öldürülüblər, ya həbsxana divarları arasındadırlar.
- Bəs, xalqın ayağa qalxması və inqilab etməsi ehtimalı...?
- Bilirsiniz, rus xalqı tarixən bütün çətinliklərə dözə bilən, səbrli xalq kimi yetişdirilib. Rus xalqı üçün hər zaman imperiya siyasətinə dəstək nümayiş etdirilib. İmperiya siyasətinin davamlı olması üçün ruslara "xarici düşmən" yaradılıb. Bu, Rusiya hakimiyyətinin tarix boyu siyasətinin tərkib hissəsi olub. "Xarici düşmən" amili ilə sonadək mübarizə aparmaq və qələbə qazanmaq naminə rus xalqı məhrumiyyətlərə alışdırılıb. Məsələ burasındadır ki, rus xalqı Rusiya dövləti kimi düşünüb - imperiya siyasətindən yana olub. Başqalarının torpaqlarını işğal etmək, Rusiya ərazilərinin böyüməsi üçün hər çətinliyə dözmək həvəsində olublar. Halbuki əraziləri niyə işğal etdiklərini anlamırlar. Bunu heç Rusiya dövlətinin özü də bilmir. Bu gün ucu-bucağı bilinməyən Rusiya əraziləri mövcuddur ki, buralarda nə yaşayan var, nə də o ərazilər əkilib-biçilir. Əlavə ərazilər nə Rusiyaya, nə də ruslara lazımdır. Sadəcə imperiya təfəkkürü Rusiya dövlətinə də, ruslara da işğalçılıq etməyi aşılayır.
Ona görə də xalqın müharibə getdiyi zaman qalxıb Putini devirəcəyi inandırıcı deyil. Rusiya məğlub olarsa, vəziyyət dəyişəcək. O zaman xalq ayağa qalxıb Kreml rəhbərliyindən haqq-hesab soruşacaq – “bu müharibə nəyə lazım idi” deyə sorğu-sual başlayacaq. Beləliklə, nəinki xalqın Putini devirməsi, hətta Qırmızı Meydanda asmasının da şahidi ola bilərik. Müharibənin davam etməsinin, Putinin Ukrayna ərazilərinin işğalının mütləq gerçəkləşdirilməsi prinsipinin də arxasında bir növ bu amil dayanır.
- Ruslarda slavyan qardaşlarının soyqırımının həyata keçirilməsinə etiraz da görmədik...
- Bu olmayacaq, ukraynalıların, slavyan qardaşlarının öldürülməsinə rusların etirazını gözləmək lazım deyil. Birincisi, bəzi Avropa ölkələri ilə yanaşı, rusların özləri ən böyük irqçilərdir. İrqçiliyin başında dayanan xalqların ən birincisi, bəlkə də, rus xalqındır. Məgər qafqazlılara "qaralar" demirlərmi? Yaxud da, Orta Asiya xalqlarına, türklərə alçaldıcı ifadələr işlədən ruslar deyilmi? Rusiya xalqı özündən başqa bütün xalqları, eyni zamanda qardaş slavyanları da özlərinin nökəri gözündə görüb. Ruslar zəhmətkeş xalq olmayıb, onlar üçün işləyən hər zaman ukraynalılar, qafqazlılar, digər xalqlar olub. İkinci Dünya müharibəsində həlak olanların böyük əksəriyyəti qeyri-ruslar idi, amma təltifdə ruslar öndə olub.
Demək istədiyim odur ki, Rusiyanın hansı siyasəti olubsa, ona dəstək verən xalq olub. Ruslarda ifrat millətçilik, şovinizm, xəstə təfəkkür hər zaman olub. Bu gün rusların böyük əksəriyyəti slavyan qardaşları olan Ukrayna xalqına nifrət püskürür. Sosial şəbəkələrə baxın, ukraynalılar haqqında nələr yazırlar. Təsəvvür edin ki, rus qadınlar Ukraynaya işğalçı müharibəyə yollanan oğlanlarına, ərlərinə ukraynalı uşaqları belə, öldürməyi tövsiyə edən şərhlər yazırlar. Bu, rus təfəkkürüdür. Rusiya dövləti ilə rus xalqını ayırmaq, "müharibəni edən hökumətdir, sadə ruslar günahsızdırlar" demək vicdansızlıqdır. Ona görə də imperiya təfəkkürlü xalqın ukraynalıların soyqırımına etiraz edəcəyini düşünmək sadəlövhlükdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|