Faydasız sülh təklifləri və Kremlin son ümidi: - “Ukrayna genişmiqyaslı hücuma keçəcək”
Tarix: 4-06-2022, 10:52 | Çap et
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davam etdiyi vaxtda atəşkəs və sülh əldə edilməsi istiqamətində müxtəlif dairələrdən təkliflər irəli sürülür. Müxtəlif qeyri-rəsmi məlumatlara əsasən, Avropa ölkələrinin bəziləri müharibənin tezliklə dayandırılmasını və Ukraynanın Rusiya ilə sülh danışıqlarına başlamasını məqbul sayırlar.
Sülhlə bağlı ilk təklif İtaliyadan gəlib. Belə ki, Ukrayna mətbuatında yer alan məlumatlara görə, İtaliya Ukrayna üçün dörd mərhələdən ibarət “sülh planı” hazırlayıb.
- BMT-nin nəzarəti altında atəşkəs və münaqişə xəttinin aradan qaldırılması;
- Ukraynanın qısa müddətdə Aİ-yə daxil olması və NATO-ya daxil olmadan neytral statusu;
- Beynəlxalq səviyyədə tanınmış sərhədlərlə bağlı mübahisələri həll etmək üçün Ukrayna ilə Rusiya arasında Donbass və Krımın "mübahisəli əraziləri" haqqında saziş;
- Silahlara nəzarət və münaqişələrin qarşısının alınmasını təmin etməli olan Avropada sülh və təhlükəsizlik haqqında yeni çoxtərəfli müqavilə.
Növbəti mərhələnin həyata keçirilməsi üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə hər mərhələdə baxılması nəzərdə tutulur.
Bu, qeyri-rəsmi məlumatlara görə, Romanın "sülh planı"dır. Sözügedən təklifi Ukraynanın qəbul edib-etməyəcəyi sual altındadır. Bir çox ekspertlər Ukrayna rəsmilərinin açıqlamalarına əsaslanaraq bildirirlər ki, İtaliyanın təklifi Kiyev üçün məqbul sayılsa da, Moskva üçün qəbuledilməz görünür.
Yeri gəlmişkən, üç Avropa İttifaqı ölkəsinin – Almaniya, İtaliya və Fransanın Ukraynanın kapitulyasiyası üçün plan təklif etdiyi barədə məlumatlar var. Belə ki, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib ki, bu ölkələrin addımları Rusiya xüsusi xidmət orqanlarının bütün dünyada “Rusiyanı alçaltmayın” şüarı altında keçirdiyi “qlobal əməliyyat”la əlaqəlidir.
“Bu memi səsləndirmək şərəfi Rusiya Prezidenti Vladimir Putinin köhnə dostu, Fransa lideri Emmanuel Makrona həvalə edilib. O, artıq bunu mayın 9-da dilə gətirdi. Bu çağırış belədir: "Rusiyanı aşağılamayın, onu köşəyə sıxışdırmayın, gəlin obyektiv olaq, qan tökülməsini dayandırmağa kömək edək". Artıq bu kimi fikirlər bir neçə həftədir səsləndirilir”, - deyə Piontkovski bildirib.
Analitikin sözlərinə görə, bu kampaniya Avropada böyük uğur qazanıb: "Bunun İtaliyanın planı olduğu üzə çıxıb. İtaliya Baş naziri Mario Draqi bu planda tək deyil, Makron və Almaniya Kansleri Olaf Şolz da burada iştirak edir. Bu, Ukraynanın təslim olmasını nəzərdə tutan plandır”.
Piontkovskinin sözlərinə görə, oxşar ssenari vaxtilə Gürcüstanda da həyata keçirilib: "2014-cü ildə belə bir plan Ukraynaya da təklif olunub. İndi onlar yenidən Putin üçün Ukraynanın daha bir böyük hissəsini təmin etmək istəyirlər. Yəni Donbass və Krımdan başqa, Xerson və Zaporojyeyə də göz dikiblər. Planın bəzi detalları Moskvanın maraqlarına uyğun gəlir".diaaz.space-ın məlumatına görə, Avropada yaşayan tanınmış azərbaycanlı politoloq Rauf Mirqədirov AYNA-ya şərhində deyib ki, İtaliyanın "sülh planı" Rusiya tərəfindən qəbul edilməyəcək, çünki həmin planda Kremlin əleyhinə bir çox məsələlər var: "Ümumiyyətlə, hər bir müharibə sülhlə nəticələnir. Ukrayna reallıqları nəzərə alır. Zelenski bəyan edir ki, Ukraynanın məqsədi işğalda olan bütün ərazilərin, o cümlədən də Krımın azad edilməsidir. Ona görə hazırda hansısa sülh planlarının reallaşacağı inandırıcı görünmür".
Analitikin qənaətincə, qarşıdakı müddətdə - iyul-avqust aylarında Ukrayna qoşunları böyük miqyasda hücuma keçəcək: "Bu, demək olar ki, bütün hərbi ekspertlərin ehtimallarıdır. Hazırda Ukrayna Ordusu hərbi mobilizasiya aparmaqdadır. Yüz minlərlə şəxsi heyət hərbiyə cəlb edilib. Onların hazırlanması, döyüşə göndərilməsi üçün ən azı üç ay vaxt lazımdır. Bu, ümumi qaydadır. Artıq bir aydan çoxdur ki, bu mobilizasiya həyata keçirilir. Rusiyanın əsas məqsədi odur ki, iyul-avqust aylarınadək ciddi uğur əldə etsin və özü üçün daha əlverişli sülh danışıqlarına başlasın. Çünki Rusiyanın da resursları o qədər böyük deyil. Yaxın aylarda Rusiya ən yaxşı halda 200 min nəfərədək qüvvəni döyüşə göndərə bilər. Kreml rəhbərliyi çox gözəl anlayır ki, canlı qüvvə itkisi baxımından döyüşlər Rusiyanın xeyirinə olmayacaq. Bu baxımdan, Rusiya daha lokal uğurlar əldə etmək istəyir ki, Ukraynanı danışıqlar masasına oturmağa məcbur edə bilsin".
"Diqqətlə baxsaq, görərik ki, müxtəlif rəsmilər səviyyəsində Moskvanın Kiyevlə danışıqlara hazır olduğu barədə bəyanatlar verilir. Ukrayna tərəfi isə bu bəyanatları rədd edir, döyüş əməliyyatlarını davam etdirəcəyini bildirir. İyun ayı ərzində Rusiya lokal uğurlar əldə edib və Ukraynanı danışıqlar masasına oturmağa məcbur edə bilməsə, Ukrayna Ordusunun bütün cəbhəboyu genişmiqyaslı hücumunun şahidi olacağıq. Hər şey bu döyüşün nəticələrindən asılı olacaq", - deyə həmsöhbətimiz söyləyib.
Qərb dövlətlərinin sülh danışıqları ilə bağlı təkliflərinə gəlincə, siyasi şərhçi xatırladıb ki, hələlik təkcə İtaliyanın "sülh planı" elan olunub: "Bu planın əslində Rusiyanın xeyirinə olan tərəfləri yoxdur. Planın Rusiya üçün yeganə sərfəli bəndi odur ki, Ukrayna neytral statusa keçir. Plan belədir: Rusiya bütün işğal etdiyi ərazilərdən çıxır, Krım, Donetsk və Luqansk Ukraynanın tərkibində geniş muxtariyyət alır. Təsəvvür etmək çətin deyil ki, Putin bu şərtlərə razılıq versə, Rusiyada nələr baş verəcək".
Mirqədirov hesab edir ki, Kreml rəhbərinin indiki şəraitdə o şərtlərə razı olması mümkün deyil: "Krım "Rusiyanın ayrılmaz tərkib hissəsi" elan olunub. Rusiya Konstitusiyasına görə, ölkə ərazisinin verilməsi qeyri-mümkündür. Əgər Putin həmin şərtlərə razı olarsa, Rusiyada çox böyük böhran yaşanacaq. İnsanlar soruşacaqlar: "bu müharibə nə üçün idi?", "qurbanlar niyə verildi?", "nə üçün ölkəmiz misilsiz sanksiyalar altına düşdü?", "nə üçün dünyada rusların vəhşi, qaniçən obrazı formalaşdı?" və s. Rusiya cəmiyyəti bu sualların cavabını o zaman başa düşə bilərlər ki, ölkələri qalib gəlib, əraziləri artırsın. İmperiyanın bərpası uğrunda ruslar hər şeyini qurban verməyə razıdırlar. Heç nə əldə edilmədən çox şeyləri itirmək Rusiya cəmiyyətini özündən çıxaracaq. Bu baxımdan, Rusiyanın İtaliyanın sülh planını qəbul etməsi real görünmür".
"Bir də Türkiyənin təklifləri var ki, bu təkliflərin Ukraynanı qane etdiyini düşünmürəm. Çünki Türkiyə atəşkəsin əldə olunmasını və sonra danışıqların başlanmasını təklif edir. Bu, rəsmi Kiyev üçün məqbul sayıla bilməz. Ukrayna tərəfi atəşkəsə o halda razıdır ki, fevralın 24-dən sonra işğal olunmuş ərazilərdən Rusiya qoşunları çıxsın, müharibədən əvvəlki status-kvo bərpa edilsin. Ondan sonra, bəli, Kiyev danışıqlara razılaşa bilər. Hələlik müharibənin dayandırılması ilə bağlı ortada olan təkliflər bunlardır ki, həmin təkliflər tərəfləri masaya əyləşdirməyə yetmir", - deyə müsahibimiz vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|