“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq” - FAKT BUDUR!
Tarix: 3-06-2022, 08:04 | Çap et
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketində, nəhayət, neft embarqosu məsələsini razılaşdırıb. Aİ-nin qərarına görə, Rusiyaya qarşı sanksiyaların altıncı paketi, boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək.
Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərləri sistemi ilə həyata keçiriləcək. Bu da, əsasən, Macarıstan və Çexiyanın tələbatını ödəmək üçün nəzərdə tutulub. Digər Avropa ölkələri isə rus neftindən tam imtina edəcək.
Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42 faizi Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7 faizini təmin edir. Eyni zamanda altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWIFT sistemindən təcrid edilib. Bundan başqa, Aİ Ukraynaya 9 milyard avro yardım ayırıb.
İddialara görə, Rusiya iqtisadiyyatı Avropa İttifaqının altıncı sanksiya paketindən daha çox təsirlənəcək və ilin sonunda defolt vəziyyətinə düşəcək. Lakin əks qənaətdə olanlar da var və onlar hesab edirlər ki, Rusiyanı iqtisadi baxımdan çökdürmək asan məsələ deyil və bunun üçün illərlə zaman tələb olunacaq. DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.
Türkiyənin Mərmərə Universitetinin professoru, siyasi şərhçi Emirhan Göral deyib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarda ən çox çətinlik çəkdiyi sahə enerji sektorudur: “Məhz buna görə də Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqı ilə ABŞ və Böyük Britaniya arasında müəyyən fikir ayrılıqları hökm sürür. Əslində Kremldə belə hesab edirlər ki, Avropa Rusiya neftindən asılılığına son qoya bilməz və bu xüsusda onlar digər iqtisadi sanksiyaların təsirlərindən yayına biləcəklər”.
“Avropada fərqindədirlər ki, neft embarqosu tətbiq etmədən Moskvanı zəiflətmək mümkün deyil. Bu səbəbdən enerji sahəsi ilə bağlı sanksiyalar gündəmə gəldi. Moskva bu gün çətin seçim qarşısındadır. Avropa Rusiya neftindən imtina edərsə və alternativ bazarlar taparsa, bu, dünya miqyasında rus neftinə olan marağı azaldacaq”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert Rusiyaya qarşı neft embarqolarının effektiv olacağı qənaətində deyil: “Təsəvvür edin ki, bu qərar verilən kimi dünyada neftin qiyməti sürətlə bahalaşmağa başladı. Görünən odur ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə Rusiyaya qarşı neft embarqolarını davam etdirə bilməyəcək. Mövcud şəraitdə Rusiya onsuz da bu nefti satacaq. Düşünürəm ki, İtaliya və Fransa üçüncü ölkələr vasitəsilə aranı qarışdıraraq rus neftini almaqda davam edəcək. Avropa İttifaqı bu və ya digər şəkildə Rusiyadan neft idxal etməyə məcbur qalacaq”.
“Təbii ki, ABŞ Səudiyyə Ərəbistanı ilə təmas quraraq neft tədarükünü artırmağa çalışacaq. Rusiyaya qarşı təzyiqlər fonunda, hətta Venesuelaya qarşı sanksiyaların yumşaldılması da müzakirə mövzusudur. Bütün hallarda tərəflər çıxılmaz durumdadır və nəticə ya Avropa İtitfaqı, ya da Rusiya üçün sarsıdıcı olacaq”, - Göral söyləyib.
Əlavə edib ki, bəzi Avropa dövlətlərinin alternativ neft tədarükü imkanları yoxdur: “Çexiya, Slovakiya və Macarıstan Avropanın ortasında yerləşir. Coğrafi mövqeyinə görə Rusiyadan kənarda neft tədarük etmək şansları yoxdur. Bəzi Avropa dövlətləri sona qədər təzyiqlərini davam etdirəcək və bu da öz növbəsində Moskvanın əlinə oynayacaq”.
Politoloq Şahin Cəfərli isə qeyd edib ki, Aİ Rusiyada neft-qaz almaq məsələsində əsas maneələrdən olan Macarıstanı razı salmağı bacarıb: “Altıncı sanksiya paketinin qəbul olunmasına qarşı çıxan ölkələrdən biri Macarıstan idi. Onlar iddia edirlər ki, Rusiyadan neft idxalını dayandırmaq imkanları yoxdur. Budapeşt üçün artıq formul tapılıb. Dəniz yolu ilə neftdən imtina ediləcək, əvəzində quru yolu ilə Rusiyadan neft idxalı davam edəcək. Bu gün Macarıstan da daxil olmaqla bəzi Avropa ölkələrinin dənizə çıxışı yoxdur. Bu, kifayət qədər ciddi qərardır və Rusiya iqtisadiyyatına ölümcül zərbə vuracaq”.
Cəfərli hesab edir ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukrayna məsələsində sona qədər dirəniş göstərəcək: “Altıncı sanksiya paketində Ukraynaya növbəti vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda ABŞ Prezidenti Ukraynaya yardım məsələsində təkbaşına qərar vermək hüququ əldə edib. Kiyevə dəstək davam edir və yəqin ki, bundan sonra da davam edəcək”.
“Rusiya isə həm müharibənin yükünü çəkməli, həm də sanksiyaların təsirindən qorunmalıdır. Təbii ki, hadisələr bu şəkildə davam edərsə, yekunda Rusiya iqtisadiyyatı çökəcək. Amma bunun üçün nə qədər zaman tələb olunduğu dəqiq bilinmir. Hər şey Qərbin birgə səylərindən və mübarizəsindən asılı olacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|