“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar” - GƏLİŞMƏ
Tarix: 16-05-2022, 10:59 | Çap et
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanı hədələyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq.
“Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyəti və xalqından asılıdır. Bununla belə, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər addımlar atmağa məcbur olacaq”, - deyə bəyanatda qeyd olunur.
Finlandiyadan verilən cavab xarakterli bəyanatda isə ölkənin NATO-ya üzvlüyünün heç kəsə qarşı yönəlmədiyi vurğulanır. Belə ki, Finlandiyanın Prezidenti Sauli Niinistö hökumətin saytında dərc olunan "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirir" başlıqlı məqaləsində diqqətə çatdırıb ki, ölkəsinin təhlükəsizlik təminatı hakimiyyətin ən vacib hədəfidir: "Bu istiqamətdə vaxtında və müvafiq addımlar atılır".
Prezident bəyan edir ki, NATO-ya üzvlük hökumətin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərarıdır: “NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”.
"Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq. Ölkəmiz Rusiya ilə praktiki məsələləri həll etməyə, müzakirəyə davam etməlidir, necə ki, NATO üzvü olan Norveç bunu edir. Bizim konstruktiv xəttimiz hər zaman təqdir olunur”, - Sauli Niinistö vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: “Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu daha da tanınacaq. Bu, tarixi bir qərardır, lakin Finlandiyanın NATO-ya üzvlüyü ilə ölkə siyasətində dəyişiklik olmayacaq. Finlandiyanın təhlükəsizliyi xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məqsədi olaraq qalacaq”.
Dünya siyasi gündəmində diqqətlər isə Finlandiya Prezidentinin məqaləsindən daha çox Rusiya XİN-in hədələyici tondakı bəyanatına yönəlib. Bildirilir ki, əgər Rusiya Finlandiyaya da güc tətbiq etməyə başlayarsa, bu, dünya müharibəsi demək olacaq. diaaz.space xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı əvvəlcə dünya müharibəsi iddialarının düzgün olmadığını deyib: “Baş verənlərin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı yönündəki proqnozları qəbul etmirəm. Dünya müharibəsi anlayışı odur ki, bir çox ölkələr, hətta bütün qitələr bu müharibəyə qatılır. Bunun üçün bütün Avropa ölkələri, ABŞ, Çin, Avstraliya, hətta Afrika da bu müharibəyə qatılmalıdır. Bu, gözlənilən deyil. Çünki Rusiyanın hazırda heç bir müttəfiqi yoxdur”.
“Kimdir Moskvanın müttəfiqi? Pekinmi? Xeyr! Çin Rusiyanın müttəfiqi deyil. Rusiyanın müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) ölkələrdir ki, bu ölkələr də Rusiyanın yanında dayanmır, boyun qaçırırlar. İstər Ermənistan olsun, istərsə də Qazaxıstan olsun, istərsə də digərləri. Ona görə də dünya müharibəsi iddialarına qatılmıram”, - deyə həmsöhbətimiz bildirib.
Rusiyanın Finlandiyanı hədələməsinə gəldikdə, analitik hesab edir ki, bu, blef xarakterli mənasız hədədir: “Rusiya hansı ordu ilə Finlandiyaya hücum edəcək? Hazırda Rusiya Ukrayna müharibəsində nələrsə əldə etmək üçün Suriyadakı 30 minlik qoşununu qaytarmaq istəyir. 30 minlik ordu ilə Finlandiyanın üzərinə gedəcəklər?!”.
“Nəzərə almaq lazımdır ki, Finlandiya hərbi baxımdan Ukraynadan daha güclüdür. Bu baxımdan, düşünürəm ki, Rusiya XİN-in hədə xarakterli bəyanatı boş, arxasında reallıq olmayan bir bəyanatdır”, - deyə Qasımlı vurğulayıb.
Onun fikrincə, Rusiya Finlandiyanı belə bəyanatlarla çəkindirmək istəyir: "Amma bu da mənasızdır. Çünki hamı bilir ki, Rusiyanın əlində hansı silahlar var, ordusu nəyə qadirdir, gücü nədir və s. Hər kəsə, elə Rusiyanın özünə də aydındır ki, Ukraynada bataqlığa girib. Hələ Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın ikinci cəbhə açması, Finlandiyaya hücum etməsi inandırıcı deyil. İkinci cəbhə açsalar, əksinə, bu, Rusiyanın tamamilə darmadağın olması deməkdir. Bununla Rusiya Ukraynaya dolayısı ilə yardım etmiş olar. Bu, Putinin ikinci ən böyük səhvi olardı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|