İranın qaz bazarında oyunçu olması Rusiyaya sərf edirmi - TƏHLİL
Tarix: 26-10-2021, 09:21 | Çap et
İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışan İsrailin təşəbbüsü ilə Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərləri arasında görüş gözlənilir. Əsas mövzu İranın nüvə silahı əldə eləməsinə xeyli yaxınlaşması ilə bağlı olacaq.
Bu mövzuda danışan israilli mütəxəssis Mixail Finkel maraqlı bir fikir söyləyib: “Rusiya sırf öz iqtisadi maraqları naminə İranı dəstəkləyir. Burada strateji məsələ rus iqtisadiyyatının sağ qalmasıdır. Bu gün İrana nüvə silahı yarada bilməməsi üçün preventiv zərbə endirilərsə, Avropanın ən böyük qaz tədarükçüsü üçün ciddi problemlər yarana bilər. Bu halda İranda inqilab baş verə bilər. Çünki İran xalqı Xamneyiyə nifrət edir. Ölkədə çevriliş ola, rəhbərlik dəyişə, İran ərazisindəki Azərbaycan torpaqlarından imtina edə, oradakı azərbaycanlılar öz azadlığına qovuşa bilər. İrana yeni demokratik hökumət gələ, sanksiyalar ləğv oluna, Avropa ölkələri ilə əməkdaşlıqlar qurula bilər. Bu halda Rusiyanın qaz biznesi çökə bilər. İranın hazırda sanksiyalarla dolu status-kvosunun saxlanılması Rusiyanın marağındadır. Faktiki olaraq ”Qazprom" hazırda monopoliya yaradıb. İranda hakimiyyət dəyişikliyi Rusiya üçün təkcə qaz deyil, müxtəlif ərazilərdə alıcının itirilməsi ilə nəticələnə bilər".
İsrailli mütəxəssis nə qədər haqlıdır? İranın qaz bazarında Rusiyaya rəqib olmaq imkanları varmı? Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, İranın belə imkanları var: “Hələ keçən əsrin 80-ci illərində keçmiş SSRİ İranın qaz potensialını özünə ən ciddi təhlükə olaraq görürdü. Buna görə də İranda 1979-cu il çevrilişini dəstəkləyib, ölkənin sanksiyalara məruz qalmasına, təcrid olunmasına rəvac verdi. İndi də İranın sanksiyalardan azad bir ölkə kimi öz qaz sənayesini inkişaf etdirmək imkanı əldə etməsi Rusiyaya sərf etmir”.
Qeyd edək ki, İran özünün elan etdiyi qaz ehtiyatlarının həcminə görə dünya lideridir. Onun təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 34 trilyon kubmetr həcmində qiymətləndirilir. Düzdür, rusiyalı ekspertlər İranın açıqladığı rəqəmləri ciddi şübhə altına alırlar, lakin dünyada qəbul olunan budur ki, cənub qonşumuz qaz ehtiyatlarının həcminə görə ilk sırada dayanır.
İranın, eləcə də dünyanın ən böyük qaz yatağı “Cənubi Pars” yatağıdır. Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatlarına görə, 14 trilyon kubmetr qaz və 18 milyard barel qaz kondensatı ehtiyatlarına malik olduğu təxmin edilən Cənub Pars Təbii Qaz Sahəsi dünyada olan təbii qaz ehtiyatlarının da 8 faizini təşkil edir.
2015-ci ildə - İrana qarşı sanksiyalar yumşaldılmağa başlayanda Tehran qaz ixracı imkanlarını sürətlə genişləndirəcək plan hazırlayıb icrasına başladı. Ölkədə neft-qaz hasilatı ilə məşğul olan şirkətlərə gündəlik hasilatı artırmaq tapşırığı verildi.
Ümumilikdə, İranda qaz istehsalının (məşəllərdə yanan və neft quyularına vurulan qazla birlikdə) 2020-ci ilə qədər sutkada 1 milyard - 1 milyard 100 milyon kubmetrə (ildə 365-400 milyard kubmetr) çatdırılması nəzərdə tutulurdu. Həmin vaxt İran sutkada 680 milyon kubmetr (ildə təxminən 248 milyard kubmetr) xam qaz və 550 milyon kubmetr məişət qazı istehsal edirdi. İranda istehsal edilən məişət qazının 300 milyon kubmetri (sutkada) “Cənubi Pars”da hasil olunur və bu rəqəmin 2020-ci ilə qədər iki dəfə artırılması planlaşdırılırdı.
Hasilatla yanaşı, İran hökuməti ixrac infrastrukturunun yaradılmasına da hazırlaşırdı. Türkiyəyə ildə 10 milyard kubmetr, İraqa 9 milyard kubmetr qaz ixrac edən İranın 2015-ci ildə illik 30 milyard kubmetrlik ixrac müqavilələri vardı. Lakin sanksiyalara görə ixracı təmin etmək mümkün olmurdu. 2018-ci ilədək İran İraqa ixracın artırılması, həmçinin Pakistan və Çinə qaz ixracının təmin olunması istiqamətində aktiv danışıqlar apararaq bir sıra razılaşmalar əldə etdi. Həmçinin ölkə maye qaz istehsalı müəssisələri yaratmaqla maye qaz bazarına da daxil olmağı planlaşdırırdı. Bu məqsədlə illik gücü 10,5 milyon ton LNG istehsalı olan layihə hazırlandı, 2,5 milyard dollar sərmayə yatırıldı. Layihənin 2018-ci ildə yekunlaşması nəzərdə tutulurdu. İranın digər potensial ixrac istiqaməti Asiya bazarıdır. 2014-2015-ci illərdə İrandan Pakistana “Sülh kəməri” adlandırılan kəmərin çəkilməsi ilə bağlı ilkin razılaşmalar əldə olunmuşdu. Kəmərin genişləndirilməklə Hindistan və Çinə qədər uzadılması müzakirə olunurdu. Lakin sabiq ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar bu planın reallaşmasını əngəllədi.
İranın Türkiyə üzərindən Avropaya qaz kəməri çəkmək üçün maliyyə imkanları məhduddur. Bu, ümumiyyətlə, sərfəli hesab olunmur: “Cənubi Pars”dan Türkiyə sərhədinə qədər gedəcək 1850 km uzunluğunda ölkədaxili magistral boru kəmərinin inşasının maliyyə tutumu ilkin olaraq 6 milyard dollar hesablanmışdı. Kəmər boyu qurulmalı olan 17 kompressor stansiyasının köməyi ilə sutkada 110 milyon kubmetr qaz nəqlinin illik xərci isə bir milyard dollardan çox təşkil edə bilər.
Lakin indi vəziyyət kəskin şəkildə dəyişib: Bu ilin avqustunda İran Xəzər dənizində nəhəng qaz yatağı aşkarladığını elan edib. “Khazar Exploration and Production” şirkəti ehtiyatların “Çaluş” yatağında aşkar edildiyini açıqlayıb. Şirkətin baş icraçı direktoru Əli Osulinin sözlərinə görə, ilkin qiymətləndirmə işləri göstərib ki, yatağın ehtiyatları təqribən 3,4 trilyon kubmetrdir. İran mənbələri bildirir ki, “Çalus” yatağının ehtiyatları o qədər böyükdür ki, Avropanın qaza tələbatının 20 faizini təmin edə bilər.
Maraqlıdır ki, İran yeni yatağın işlənməsi və hasilatında Rusiya və Çinin köməyinə ümid edir. Belə ki, “Qazprom” şirkəti hələ 2017-ci ildə İranda qaz hasilatına sərmayə qoyulacağına dair planlarını açıqlayıb. Rusiya nəhəngi İranda maye qaz istehsalının qurulmasında maraqlıdır. Lakin İranla Rusiya arasında iqtisadi əməkdaşlığa dair beş ilə yaxındır hazırlandığı açıqlanan strateji müqavilə hələ də imzalanmayıb. Çinlə isə belə müqavilə 2021-ci ilin martında imzalanıb və Pekinə İranın neft-qaz və neft-qaz kimya sənayesində ciddi üstünlüklər təmin edir. Bu müqavilə neçə illərdir dondurulmuş İran-Pakistan-Çin qaz kəməri layihəsi üzrə fəaliyyətlərin aktivləşməsi üçün əlverişli zəmin yaradır. Məlumdur ki, İranın əsas qaz yataqları cənub əyalətlərindədir.
Onlardan ölkənin şimalına kəmərlə qaz nəqli iqtisadi baxımdan səmərəli olmadığına görə İran Türkmənistandan ildə 8-9 milyard kubmetr qaz alır. Xəzər dənizindəki yataqların işlənməsi ölkənin şimal əyalətlərinin qaz təchizatını tam təmin etməyə imkan verər. Eyni zamanda İran cənub əyalətlərindən Çinə, Pakistana, hətta Hindistana qaz nəqli üçün infrastruktur yaratmaq üçün əlavə maliyyə mənbəyi əldə edə bilər.
Sanksiyalar İranın neft-qaz sektoruna xarici şirkətlərin cəlb etməsinə imkan verməyib. 2016-cı ildə ölkə 45 neft və qaz yatağını xarici şirkətlərə təqdim etməklə bu sahəyə 185 milyard dollar invesitisiya cəlb etməyi hədəfləyirdi. Lakin bu, baş tutmadı. Sanksiyalardan sonra Fransanın “Total” şirkəti “Cənubi Pars” yatağında işləri dayandırıb, layihədən çıxdı. Çinin CNPC şirkəti də 2019-cu ildə eyni addımı atmağa məcbur oldu. Lakin 2020-ci ilin sonunda şirkət yenidən yatağa qayıtdı və hətta “Total”ın 50,1 faizlik payını satın almaqla yataqdakı iştirakını 80,1 faizə çatdırdı. İranın Neft Nazirliyi çinlilərə istehsal olunan bütün qazın dəyərinə 9 il 15 faiz endirim tətbiq edib. Bunun qarşılığında Çin “Çalus” yatağının işlənməsinə, həmçinin Türkmənistan üzərindən Çinə gedən qaz kəmərinin çəkilməsi üçün kredit ayıra bilər.
Bir sözlə, Çinin İranın neft-qaz sənayesində işləmək sahəsində geniş təcrübəsi var. BMT xətti ilə İrana qarşı sanksiyalar tətbiq olunduqdan sonra belə Çin İranın neft-qaz sənayesində iştirakını dayandırmayıb.
Rusiyanın isə İranda qaz hasilatını artırmaq planlarında iştirakı gözlənilən hesab olunmur. Çünki hər iki variant - İranın həm Avropa, həm də Asiya qaz bazarında oyunçuya çevrilməsi, şübhəsiz ki, birinci növbədə Rusiyaya sərf etmir. Son 20 ildə hər iki istiqamətə ixrac kəmərləri çəkməyə 10 milyardlarla dollar sərf edən Moskva həm Avropa, həm də Asiya bazarındakı hökmran mövqelərinin zəifləməsini qəbullanmaq niyyətində deyil. Rusiyadan Çinə çəkilən “Sibirin gücü-1" kəməri fəaliyyətdədir, hazırda ”Sibirin gücü-2" kəmərinin tikintisi həyata keçirilir.
Onu da qeyd edək ki, İranın sanksiyalardan qurtulub qaz ixracına başlamasında Azərbaycanın ciddi rolu ola bilər. Belə ki, İranın şimalından qazın ilkin mərhələdə Avropa bazarına çıxarılması üçün hazır infrastruktur yaradılıb: Azərbaycan qazını Türkiyə və Avropaya daşıyan TANAP-TAP sistemi ilə illik 15 milyard kubmetr qaz nəqli imkanı var. İran ilkin mərhələdə bu infrastrukturdan bəhrələnməklə əldə edəcəyi gəlirləri artıq mövcud olan marşrutla yeni kəmərin çəkilişinə sərf edə bilər. Digər tərəfdən, Azərbaycan Xəzər dənizində qaz hasilatı sahəsində ən müasir texnologiyalara əsaslanan 27 illik təcrübəyə malikdir. Lazım olduqda bu təcrübəni İranla bölüşmək, öz infrastrukturunu nəql üçün təqdim etmək Azərbaycanın da maraqlarında ola bilər. Bunların reallaşması üçünsəTehran hökumətinin Azərbaycanı dost gözündə görərək, əməkdaşlığı dərinləşdirmək üçün real addımlar atması yetərlidir... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|