İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib? - ŞOK GƏLİŞMƏ
Tarix: 21-10-2021, 08:52 | Çap et
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb. “Yeni Müsavat”yazır ki, bu haqda İsrailin “Channel 12" telekanalı bildirir. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.
Amma İsrail-İran müharibəsi başlasa, bölgə qan çanağına çevrilə bilər. Bu, bəlkə də üçüncü dünya müharibəsinin başlanması sayıla bilər. Çünki bu savaşda iki tərəf savaşmayacaq, bölgədəki güclər də müharibəyə qoşulacaq. Məsələn, Fələstin, oradakı “Həmas” qüvvələri, Livanda mənzillənmiş “Hizbullah” İran tərəfinə dəstək verə bilər, eyni zamanda Suriyada Əsəd rejimi də müəyyən qədər kömək göstərəcək, həmçinin Yəməndə husilər İranın yanında yer alacaq. İsrailə isə İranla yola getməyən bəzi ərəb dövlətləri gizli şəkildə, kollektiv Qərb isə aşkar şəkildə dəstəyini verə bilər. Bütün bu faktorlar isə İsrail-İran müharibəsi başladığı halda regionun fəlakətə çevrilməsini qaçılmaz edir. Bundan başqa, sərhəd ölkələr, o cümlədən Azərbaycan da bu müharibənin olmasında maraqlı deyil. Əvvəla, bizim İsraillə yüksək səviyyədə münasibətlərimiz var, İranla da hazırda əlaqələr gərgin olsa da, qonşumuzdur və onun müharibə aparması təbii ki, regiona hərtərəfli - iqtisadi, humanitar, qaçqın axını və s. təsirlərini göstərəcək. Ona görə illərdir ki, bir-birini hədələyən İsrail və İranın müharibəyə başlamasını heç özləri də arzulamazlar. Lakin belə görünür ki, savaşın fitili çəkilməkdədir və əgər yayılan məlumatlar səhihdirsə, İsrail 1.5 milyard vəsait ayırıbsa, deməli, qeyri-müəyyən gələcək üşün hazırlıq gedir. Bəs bu xəbər İranın bizə qarşı aqressiyasını heç olmasa azaldacaqmı, yoxsa daha da artıracaq? İsrail İrana hücuma başlasa, Tehranın Azərbaycana qarşı davranışı necə olacaq? Bu müharibə ölkəmizə necə təsir edəcək?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İsrailin İrana qarşı nəzərdə tutduğu nüvə obyektlərinə hücumun fitili çoxdan çəkilib: “Sadəcə, bu günə qədər İsraili dayandıran və hərəkətlərindən çəkindirən Amerika olub. Hər iki ölkənin İranla bağlı fərqli baxışları var. Birləşmiş Ştatlar İranın nüvə silahına yiyələnməsinə xeyli vaxt qaldığını söyləyir, İsrail isə tez zamanda əldə edəcəklərini bildirir. Ancaq ABŞ-ın altılıq sazişindən çıxmasından sonra Tehran uranın saflaşdırılması istiqamətində xeyli addımlayıb və müəyyən nailiyyətlər də əldə edib. Ona görə İsrail hesab edir ki, nüvə obyektlərinə hücumun çox ciddi nəticələri ola bilər”.
Q.Hüseynli İrana hücum ediləcəyi halda növbəti dünya müharibəsinin başlanacağı ehtimalını az sayır: “İrana havadan hücumlar mülki əhaliyə zərər vurmayacaq. Bu mənada lokal xarakterli hərbi əməliyyatların icrasından söhbət gedir. Sözsüz ki, SEPAH-ın ”Qüds" qərargahına və rəhbər heyətinə zərbə endirilə bilər. Bundan sonra İranın hərbi potensialında ciddi zəifləmələrin şahidi olacağıq, amma mülki sənayesi öz yerində qalacaq, dünyada təhlükəli rezonans yaradacağını da güman etmirəm. Dünyanın bir hissəsi sükutla qarşılayacaq, bir hissəsi isə İranın nüvə silahı əldə etmək imkanından məhrum edilməsini dəstəkləyəcək". Politoloqun sözlərinə görə, Azərbaycana təsirləri mümkündür: “Qonşuda olan yanğının digər qonşuya sıçraması təhlükəsi var. Ona görə bunu arzulamırıq. Çünki bölgədə humanitar problemlər başlaya bilər. Panikaya düşmüş əhali qaçmağa başlayacaq. Amma biz bölgəmizdə, qonşumuzda müharibənin olmasını istəmirik”.
Politoloq Azad Məsiyevin sözlərinə görə, İrana qarşı Qərb, İsrail və ABŞ birgə fəaliyyətdədir: “Hətta bəzi siyasətçilər İranı yeri üzündən silmək bəyanatı verirdilər. İsrail və İran arasında böyük düşmənçilik var. Bu konfliktin olmaması üçün diplomatik danışıqlar aparılırdı. Hətta ABŞ və Rusiya təhlükəsizlik şurası rəhbərlərinin görüşü də baş tutmuşdu. Ancaq İsrail öz təhlükəsizliyini təmin etmək üçün İranı neytrallaşdırmaq istəyir və Tehranın nüvə bombası əldə etməsini əngəlləməyə çalışır. Ona görə İranı vurmaq üçün məqam axtarırlar”.
A.Məsiyev qeyd etdi ki, artıq nüvə danışıqları dayanıb və İran bu müzakirələri bərpa etməsə, Tehrana fayda verməyəcək: “Həmçinin müharibə baş versə, Azərbaycana da zərər edəcək. Milyonlarla soydaşlarımız yaşayır, kütləvi şəkildə qaçqın ola bilər. Bəşəriyyət bu münaqişənin qarşısını almalıdır, ABŞ və Rusiya regionda yeni qaynar ocağın yaranmasına imkan verməməlidir. Çünki tək bizə yox, Türkiyəyə də təsir göstərəcək. Odur ki, belə bir fəlakətin baş verməməsi üçün dünya gücləri səylərini artırmalıdırlar”.
Siyasi şərhçi Ramiyə Məmmədova yaxın zamanda irimiqyaslı hərbi əməliyyatlar gözləmir. Onun fikrincə, İsrail tərəfi 1.5 milyard ayrılması haqda informasiyaları sızdırmaqla İranın gözünün odunu almağa və onu nüvə silahı əldə etmək təşəbbüslərindən çəkindirməyə çalışır: “Zənnimcə, əsas strategiya buna hesablanıb. Əlbəttə, İranı vurmaq İsrailin köhnə arzusudur. Lakin hər şey göründüyü qədər primitiv deyil, yaxşı bilirlər ki, bu zərbələr sonra hansı nəticələrə gətirib çıxara bilər. Amma bir müddət əvvəl İranın kimya aliminin sui-qəsdi kimi əməliyyatlar, hansısa nüvə obyektlərinin hədəfə alınması istisna deyil”.
Ekspertin sözlərinə görə, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə belə, nüvə proqramına ciddi zərər gətirməyəcək: “Söhbət yalnız 1-2 illik gecikmədən gedə bilər. Amma dünya gücləri genişmiqyaslı əməliyyatları dəstəkləmir. Azərbaycan da bölgədə müharibə istəmir. Biz 44 günlük savaşdan sonra regionda sülh, kommunikasiyaların bərpası niyyətindəyik. İsrail-İran müharibəsi isə planlarımızı uzunmüddətli ertələyə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00 |
|
|
|
• Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58 |
|
|
|
• Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19 |
|
|
|
• "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17 |
|
|
|
• "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15 |
|
|
|
• Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12 |
|
|
|
• “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
• 19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06 |
|
|
|
• İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03 |
|
|
|
• Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01 |
|
|
|
• “Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00 |
|
|
|
• "Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58 |
|
|
|
• İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• “Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55 |
|
|
|
• Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54 |
|
|
|
• Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46 |
|
|
|
• Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43 |
|
|
|
• Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32 |
|
|
|
• AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23 |
|
|
|
• Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15 |
|
|
|
• Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11 |
|
|
|
• "Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55 |
|
|
|
• Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53 |
|
|
|
• Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48 |
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
|