Rusiyanın “Admiral Essen" freqatı İstanbula niyə gedib? – Geosiyasi rəqabətdən hərbi əməkdaşlığa doğru
Tarix: 17-08-2021, 08:34 | Çap et
Rusiya Hərbi Dəniz Qüvvələrinin hazırda Aralıq dənizində xidməti vəzifələrini yerinə yetirən Qara Dəniz Donanmasının "Admiral Essen" freqatı dünən gözlənilmədən İstanbula gedib. Ovqat.com xəbər verir ki, məlumatı “Оперативная линия” adlı Telegram səhifəsi yayıb. Hərbi gəminin hansı məqsədlə İstanbula səfər etdiyi bilinmir. Məlumat mənbəyi sadəcə qeyri-müəyyən ehtimal irəli sürməklə kifayətlənir: “Əgər bu, dostluq və ya işgüzar görüş səfəri deyilsə, gəminin həmin bölgədə buluna biləcək Rusiyanın VIP – şəxslərindən birinin təhlükəsizliyini təmin etmək üçün İstanbula getdiyi istisna edilmir”, - “Оперативная линия” bu qənaətdədir. Ovqat.com-un şərhi Qeyd edək ki, sözügedən gəmi cəmi 9 gün bundan əvvəl (avqustun 7-də) Çanaqqala boğazını keçərək Suriyanın Tartus limanına getmişdi. Onun yenidən geri qayıtması və səfərin məqsədi barədə verilən qeyri-dəqiq açıqlamalar beyinlərdə müxtəlif suallar doğurur. Mümkündür ki, gəmi bu gün Türkiyədə keçiriləcək “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi” ilə əlaqədar İstanbula gəlib. Sərgiyə Rusiyanın ciddi maraq göstərdiyi məlumdur. Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rostex”in prezidenti Sergey Çemezov sərgi öncəsi verdiyi açıqlamada Türkiyə ilə hərbi əməkdaşlıqları genişləndirmək istədiklərini gizlətməmiş, S-400 hava hücumundan müdafiə sistemləri istiqamətində atılan addımların iki ölkə arasındakı işbirliyi üçün əhəmiyyətli olduğuna diqqət çəkmişdi. Çemezov həmçinin bildirmişdi ki, Türkiyə NATO üzvləri arasında Rusiya ilə müqavilə imzalayan ilk və yeganə ölkədir və Moskva ikitərəfli tərəfdaşlığımızın inkişafında maraqlıdır.
O, həmçinin bildirmişdi ki, Rusiya Türkiyə ilə müdafiə sənayesi və aviasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Türkiyənin son illər müdafiə sənayesində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayan Çemezovun fikrincə, Ankara, müdafiə və aerokosmik sənayedə son 20 il ərzində böyük məsafələr qət edib. “Bildiyimə görə, 2000 -ci illərin əvvəllərində Türk texnologiyasının müdafiə sənayesindəki payı əhəmiyyətsiz səviyyədə idi, amma bu gün bu nisbət 70% -ə yaxındır və bu da sözügedən siyasətin yüksək səmərəliliyini göstərir”, - Çemezov belə demişdi. Türkiyə ilə müdafiə sənayesinin müxtəlif sahələrində əməkdaşlığı müzakirə etməyə hazır olduğunu qeyd edən Çemezovun fikrincə, bu cür əməkdaşlıqların detalları yalnız danışıqlar zamanı tərəflərin qarşılıqlı razılaşmaları ilə əldə edilə bilən məsələlərdir: “Türkiyə ilə Rusiya hərbi təyyarələrin birgə istehsalına dair danışıqların apara bilər və biz bu əməkdaşlığa hər zaman açığıq. Bilirik ki, Türkiyə özünün beşinci nəsil TF-X qırıcı təyyarə layihəsini həyata keçirmək niyyətindədir. Təyyarə sistemlərinin hazırlanması və istehsalı sahəsindəki imkanlarımızla türk ortaqlarımıza yeni döyüş təyyarəsi yaratmağa kömək etməyi düşünə bilərik".
İki dövlətin birgə helikopter istehsalı ilə bağlı danışıqlar apara biləcəyini deyən Çemezov bu məsələnin də Türkiyənin istəyindən asılı olduğunu vurğulamışdı: “Əlbəttə ki, belə bir ehtimal var. Bununla belə, daha çox addımların atılması üçün Türkiyənin açıq bir təkliflə çıxış etməsi lazımdır. İlk addımı atan kimi bu sahəni dəstəkləməyə və inkişaf etdirməyə hazır olacağıq ”. Rusiyanın Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edə biləcəyi digər bir sahənin PUA istehsalı ilə bağlı ola biləcəyini deyən Çemezov bildirib: “Türkiyənin pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsində güclü imkanlara sahibdir. Rostex” mülki İHA texnologiyasında da təcrübəyə malikdir. Şübhəsiz ki, türk həmkarlarımızla potensial təmas nöqtələrimiz var və burada təkcə müdafiə sahəsində deyil, həm də sivil sahədə də layihələrin həyata keçirilməsi üçün öz həll yollarımızı təqdim edə bilərik”. Qısası, Türkiyə ilə müdafiə sənayesi sahəsində çox şeyləri bölüşə biləcəklərini bildirən Rusiya yetkilisinin də mövqeyindən aydın olur ki, Moskva Ankara ilə yeni hərbi əməkdaşlıq ittifaqı yaratmağa can atır. Bu gün İstanbulda fəaliyyətə başlayacaq “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi-2021” bu istiqamətdə atılacaq addımlar üçün platforma ola bilər. Təsadüfi deyil ki, “Rostex” də sərgidə fəal iştirak etmək qərarına gəlib. Mümkündür ki, bugünkü fuarda Rusiyanın hərbi sənaye kompleksinin önəmli şəxsləri iştirak etsin və onların mühafizəsi üçün ölkənin Hərbi Dəniz Qüvvələri də cəlb olunsun. "Admiral Essen" freqatı da bu səbəbdən İstanbula lövbər sala bilər. Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə bilinən Оперативная линия” Telegram səhifəsinin “VIP – şəxslərdən biri” deyərkən məhz bunu nəzərdə tutduğunu güman etmək olar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiyanın yeni nəsil hərbi gəmilərindən sayılan “Admiral Essen" freqatı 2019-cu ildə keçirilən “Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nə də qatılmış və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdı. Sirr deyil ki, ABŞ-ın bir müttəfiq kimi Türkiyəyə ədalətsiz yanaşması Ankaranın da Moskva ilə əlaqələri gücləndirməsinə əsaslı zəmin yaradır. Ümumiyyətlə, ABŞ-ın Allahın ümidinə buraxdığı Əfqanıstanda baş verən son hadisələr onun bütün müttəfiqlərini ciddi şəkildə narahat edir, yeni hərbi ittifaq alternativləri barədə düşünmək məcburiyyətində qoyur. Ukrayna, Gürcüstan, Moldova kimi NATO tərəfdaşları ABŞ-ın bu etibarsızlığının ağır nəticələri ilə üzləşə bilərlər və hətta Kiyevin artıq yeni alternativ arayışına girdiyinə, Çinlə münasibətlərini gücləndirməyə çalışdığına dair məlumatlar dolaşır. Ankara isə neçə ildir, Vaşinqtonun iç üzünü görüb və öz yolunu müstəqil davam etdirməyə qərar verib. Rusiya ilə Türkiyə arasında hərbi-streteji yaxınlaşma hər iki ölkəni Orta Asiyadan tutmuş Qafqazlara qədər coğrafiyalarda qarşılıqlı anlayış əsasında ortaq müdafiə və təhlükəsizlik planı hazırlamağa həfəsləndirə bilər. Son zamanlar Rusiyanın Ermənistanla hərbi əməkdaşlığını artırma çalışmalarına, onun müdafiə imkanlarını gücləndirmə səylərinə də, zənnimizcə, bu konteksdə nəzər salınmalıdır. Məqsəd Cənubi Qafqaza iddialarını açıq şəkildə ortaya qoyan Türkiyəyə təzyiq göstərərək, hərbi əməkdaşlıq üçün dialoq qapılarını açmaq da ola bilər. Xatırladaq ki, “Beynəlxalq Müdafiə Sənayesi Sərgiləri” 1993 -cü ildən Türkiyə Silahlı Qüvvələri Vəqfi tərəfindən təşkil olunur və Ankarada, yaxud İstanbulda keçirilir. Builki sərgi isə İstanbulda olacaq, avqustun 17-də başlayıb, 20-nə qədər davam edəcək. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
|