Baydenin tarixlə bağlı tarixi səhvi: - İtirən Ankara yox, Vaşinqton oldu
Tarix: 26-04-2021, 16:35 | Çap et
ABŞ Prezidenti Co Bayden 1915-ci il Osmanlıda baş verən hadisələrə qiymət verərkən bunu “soyqırımı” adlandırdı. Ermənilərin uydurmaları əsasında hadisələrə 40 ildən sonra “erməni soyqırımı” deyən ilk ABŞ lideri olan Bayden bəyanatı ilə Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ekspertlər hesab edirlər ki, Baydenin saxta soyqırım iddiasına verdiyi qiymət rəsmi Ankara üçün heç bir hüquqi məsuliyyət yaratmır. Amma bu, ölkələr arasında münasibətlərin soyuqlaşmasına səbəb olmaqla yanaşı, Vaşinqtonun Türkiyə kimi müttəfiqi itirməsi anlamını verir.
Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən deputat Rasim Musabəyov deyib ki, Baydenin “soyqırımı” tanıması tarixi saxtakarlığa aldanmaq, tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil.
Onun sözlərinə görə, ümumiyyətlə, tarix tarixçilər tərəfindən araşdırılmalıdır: “Siyasətçilər siyasəti kənara qoyub tarixi hadisələrə qiymət verməli, bunu şərh etməli deyillər. Baydenin açıqlaması timsalında biz gördük ki, siyasətçilər öz peşələrini yaddan çıxarıblar, təbliğatla məşğul olmağa başlayıblar. ABŞ Prezidentinin bəyanatı məntiqsiz, cəfəng, heç bir nəticəsi olmayan açıqlamadır. Və Türkiyə üçün sözügedən bəyanat hüquqi məsuliyyət yaratmır, yarada bilməz”.
“Bundan nəinki ABŞ, heç ermənilər və Ermənistan da fayda götürməyəcək. ABŞ-da yaşayan bir qrup dələduz ermənilər bu məsələni özləri üçün “çörək ağacı”na çevirmişdi. Baydenin açıqlamasından sonra ermənilərin əlindən bu fürsət də çıxmış oldu. Eyni zamanda, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə normal qonşuluq münasibəti yaratması, ölkəni inkişaf etdirməsi şansı var idi. Amma ABŞ Prezidentinin məlum açıqlamasından sonra Ermənistan yəqin ki, 4-5 il də bununla məşğul olacaq ki, inkişaf fürsətini də əllərindən çıxaracaqlar. Bu baxımdan Ermənistan heç nə qazanmır”, - Musabəyov əlavə edib.
Deputat vurğulayıb ki, ABŞ Türkiyəni belə qərarla geri sala bilmədi, əksinə özünə ziyan etdi: “Sabah Əfqanıstanda, Yaxın Şərqdə Qara dənizdə və digər məsələlərdə Vaşinqtonun Ankaraya ehtiyacı yaranacaq. O zaman görün, Bayden Ərdoğana zəng edib necə dəstək istəyir”.
Azərbaycanın məsələyə baxışına gəldikdə, R.Musabəyov hesab edir ki, rəsmi Bakı bu məsələdə hər zamankı kimi Ankaranın yanındadır: “Prezident İlham Əliyev dərhal türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi, Türkiyənin yanında olduğunu bildirdi. Xarici İşlər Nazirliyi səviyyəsində Baydenin açıqlaması pislənildi. Bakı hər zaman olduğu kimi, bu dəfə də Ankaraya dəstəkdir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin də bəyanata münasibəti mənfi oldu ki, bu da bir daha göstərir ki, biz əbədi dost və qardaş ölkəyik. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olaraq başqa mövqe sərgiləyə bilməzdi”.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov AYNA-ya söyləyib ki, Co Baydenin 1915-ci il hadisələrinə “soyqırımı” deməsi müasir ABŞ tarixi üçün utancverici haldır: “Yaxşı olardı ki, Bayden adminstrasiyasındakılar dönüb öz tarixlərinə baxsınlar. ABŞ-ın tarix boyu hindulara qarşı necə soyqırımı törətməsi hər kəsə bəllidir. Yaxud da, Amerikanın digər xalqlara, əfqanlara, vyetnamlılara qarşı vəhşilikləri barədə yüzlərlə faktlar var. Tarixində belə ləkə olan bir ölkənin başçısının saxta iddialara “soyqırımı” deməsi tarixi ironiyadır”.
“ABŞ-ın əvvəlki prezidentləri bunu demək istəyirdilər, amma demirdilər. Bu məsələdən Vaşinqton hər zaman Ankaraya qarşı təzyiq kimi istifadə edirdi: “Bax, “soyqırımı” tanıyarıq”. Artıq bu təzyiq vasitəsi ABŞ-ın əlindən çıxdı, Bayden bunu dedi. ABŞ Prezidenti niyə indi dedi, əsas məsələ budur. Hesab edirəm ki, Türkiyənin son illər apardığı xarici siyasət fərqlidir. Türkiyə son illərdə Ağ Evin istədiyi kimi yox, özünün bildiyi və milli maraqlarını təmin edən xarici siyasət aparır. Əlbəttə, bu, Amerika “dərin dövlətini” qane etmirdi”, - politoloq əlavə edib.
Analitik hesab edir ki, Baydenin hadisələri “soyqırımı” adlandırması ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur: “Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb”.
“1915 hadisələrinə siyasətçilər deyil, tarixçilərin qiymət verməli olduğu halda, Baydenin bu addımı sözsüz ki, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti əlavə bir çalar olacaq. Türkiyənin milli maraqları əsasında müstəqil siyasəti həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzunun azaldığı dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq regionda Vaşinqtonun milli maraqlarına zərbə ilə nəticələnəcək”, - Z.Məmmədov bildirib.
Politoloq onu da vurğulayıb ki, Baydenin ədalətsiz yanaşması təbii ki, Azərbaycanla ABŞ arasında münasibətlərə də mənfi təsir göstərəcək: “Çünki Azərbaycan Türkiyəyə qarşı atılan istənilən addımı təbii olaraq özünə qarşı atılmış addım kimi qəbul edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
|