Lavrovun Türkiyəni hədəf alan açıqlaması - erməni damarı yoxsa...
Tarix: 14-04-2021, 08:53 | Çap et
Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən erməni xislətini ortaya qoyub. Bu dəfə Lavrov Türkiyəni hədəfə alıb. Ermənipərəst nazir mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib ki, Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.
Rusiya XİN başçısı ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə keçidini də pisləyib. O “Vaşinqtonun Ukraynada hansı məqsədlər güddüyünü bilmirəm”, - deyə açıqlama verib. Aydındır ki, Türkiyənin Kiyevə siyasi və hərbi dəstəyindən Moskva narazıdır. Amma nədənsə bu narazılığı ermənipərəst Lavrov dilə gətirdi.
Xatırladaq ki, Rusiyanı qıcıqlandıran əsas məsələ Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri olub. Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ukraynanın şərqindəki vəziyyətə toxunan Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. Türkiyə prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə Ərdoğan “vacib element” adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb.
Görüşü təhlil etsək görərik ki, Ərdoğan münaqişənin hərb yox, sülh yolu ilə həllinə üstünlük verdiyini deyib. Belə isə Lavrov hansı qızışdırıcılıqdan danışır? Rusiya-Türkiyə arasındakı gərginliyin səbəblərindən biri də ABŞ gəmilərinin Qara dənizə girməsidir. Azərbaycan tərəfini düşündürən suallardan biri də budur ki, iki tərəfdaş ölkə arasında münasibətlərin gərginləşməsi Dağlıq Qarabağdakı vəziyyətə necə təsir edəcək? Münasibətlər korlansa, Rusiyanın Qarabağ, Suriya və Liviyada Ankara ilə əməkdaşlığı riskə girə bilərmi?
Mövcud durumu qiymətləndirən politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya rəsmiləri başlarını itirib, ünvanı da səhv salıblar: “Ərdoğanı bu cür mesajlarla qorxutmaq olmaz. Nəinki Türkiyə, bütün normal dövlətlər, o cümlədən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi hesab edir. Türkiyə müstəqil dövlətdir, Ukrayna ilə əlaqələri intensivləşdirir, Ukraynaya silah satır, Krımın ilhaqını tanımır. Ancaq o da faktdır ki, Ərdoğan Zelenski ilə görüşündə Rusiya əleyhinə heç bir fikir səsləndirmədi və Rusiyanın adını belə çəkmədi. Etik qaydalara əməl etdi. Ancaq görünür, Türkiyənin Ukraynaya verəcəyi dəstək Rusiyanı bu şəkildə qıcıqlandırıb. Gəlib başqa ölkənin torpağını işğal edib, digər bir ölkəyə qarşı isə ittihamlar səsləndirir. Bu, Türkiyəni qorxutmaq məqsədi daşıyır. Ardınca Rusiyanın əl atdığı yollara baxın, öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb, pandemiya baxımından təhlükəli yer olduğunu bildirib. Bir qədər sonra Türkiyə pomidorunun idxalına da qadağa qoya bilərlər. Pomidor qadağasını Azərbaycana qarşı da istifadə edirdi, ancaq o mərhələ artıq geridə qaldı. İndi Rusiyadan kimsə qorxmur, çəkinmir. Rusiya özünü düşünsün ki, bu cür siyasətlə özündə mərkəzdənqaçma meylləri güclənə bilər”.
Politoloq vurğuladı ki, Ukrayna ilə savaş Rusiyanın özünə də baha başa gələ bilər: “Getdikcə digər dövlətlərdən Ukraynaya dəstək artır, Krımı Ukrayna ərazisi kimi tanıyırlar. Rusiya artıq kimisə təkləyə bilməz, Türkiyə ətrafında türkdilli dövlətlərin ciddi bir bloku yaranır. Azərbaycan da Rusiyanın siyasətindən narazıdır. Prezident İlham Əliyev də aprelin 13-də beynəlxalq ekspertlərlə keçirdiyi görüşdə bildirdi ki, «İsgəndər» raketləri ilə bağlı Putinlə danışıb, lakin o, heç bir aydınlıq gətirməyib. Rusiya artıq heç kimi qorxuda bilməz. Doğrudur, bir çox ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Lakin Rusiya müxtəlif ölkələrdə separatçılara dəstək verəndə, torpaqları ilhaq edəndə anlamalıdır ki, heç kim onun yanında dayanmayacaq”.
Ukrayna məsələsində Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin, bu iki ölkənin Suriyada, Liviyada, Qarabağdakı əməkdaşlığına zərbə vura biləcəyi ehtimalına toxunan politoloq vurğuladı ki, onsuz da Rusiya Qarabağda Azərbaycana kifayət qədər problem yaradıb: “Rusiya Suriyada İdlib şəhəri ətrafında Türkiyəyə müəyyən problemlər yaratmaq istəyə bilər. Hesab edirəm ki, bir müddət sonra Rusiyada Zelenskinin Türkiyəyə səfərini unudacaqlar və başa düşəcəklər ki, Türkiyə ilə əməkdaşlıq Rusiya üçün vacibdir. Rusiya ilə əməkdaşlıq da Türkiyə üçün vacibdir. Rusiyanın beynəlxalq aləmdə elə çox dostu yoxdur. Türkiyə isə rəsmi Moskva üçün strateji tərəfdaşdır ”.
ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiyanın Türkiyədən narazılığına münasibət bildirən E.Şahinoğlu dedi ki, bu məsələdə Türkiyə qınana bilməz: “Qara dənizə giriş qaydalarla tənzimlənir, onlardan Türkiyə də kənara çıxa bilməz. Türkiyə boğazların qapısını bağlaya bilməz. ABŞ gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiya Türkiyəni qınaya bilməz. Ərdoğan Zelenski ilə görüşdə də açıq dedi ki, müharibənin əleyhinədir. Belə olan halda, Rusiya Ərdoğandan nə istəyir ?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
|