“Müharibə yaxınlaşır və o, çox şiddətli olacaq” - Vitali Andriyevski
Tarix: 13-04-2021, 07:47 | Çap et
Deyəsən, Kremlin Ukraynaya qarşı son həftələrdə bu dövlətin şərq sərhədləri yaxınlığında və işğal altındakı Krımdan Rusiya ordusu və texnikasının hərəkəti ilə alovlanan hərbi təhdid ətrafında həyəcan yaratması kifayət etmir. Oxşar hərəkətlər Moldovanın separatçı hissəsi - varlığının qarantı olaraq rus qoşunlarının qanunsuz olaraq yerləşdirildiyi “Dnestryanı Moldova Respublikası”nda (“PMR”) da müşahidə edilir.
Rusiya Federasiyası Moldova ərazisindəki Dnestryanının inzibati mərkəzi olan Tiraspol hava limanı ərazisində hərbi varlığını artırır. Oradan Ukrayna ilə sərhədə təxminən 13 kilometr məsafə var. Bu barədə “Nexta” “Telegram” kanalı məlumat verib.
Qeyd olunduğu kimi, Tiraspol hava limanının ərazisində zirehli BTR-lər karvanının hərəkəti diqqət çəkdi. Rəsmi olaraq, Dnestryanı bölgədə 1700-ə yaxın rus hərbi qulluqçusu var. Bununla birlikdə, kontingentin həqiqi sayı bilinmir. Bunlar SSRİ-nin dağılmasından sonra orada qalan 14-cü Ordunun qalıqlarıdır.
1992-ci ildə Rusiya hərbçiləri hərbi qarşıdurmada Dnestryanı separatçılarının tərəfini tutdular və bu ərazinin Moldova Respublikasından qanunsuz ayrılmasına nail oldular.
Son dərəcə kiçik ərazisinə, əhalisinə və ümumi iqtisadi ödəmə qabiliyyətinə baxmayaraq, Dnestryanı Moldova-Ukrayna sərhədi boyunca 10-15 km-lik ensiz bir zolaqda uzanan və Ukraynanın arxa hissəsindən sürpriz bir hücum üçün ideal tramplin olan bir strateji mövqedə yerləşir. Və bu çətin vəziyyətdə, əlbəttə, sual yaranır: Moldovanın işğal olunmuş hissəsində yerləşən bu rus qoşunlarının və silahlarının potensial münaqişəyə cəlb olunma təhlükəsinin ciddiliyi nə qədər yüksəkdir? Mövzunu AYNA-ya tanınmış xarici ekspertlər şərh ediblər.
Moldovalı tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski:
“Müharibə təhlükəsi var. Təhlükə varsa, deməli müharibə də ola bilər. Rusiya ilə Ukrayna arasında müharibə olacaqmı? Bu gün heç kim bu suala dəqiq cavab verə bilməz.
Rusiyanın öz qoşunlarını Ukrayna sərhədlərinə çəkdiyini görürük. Rusiya ordusunun Ukrayna ordusundan üstün olduğunu başa düşürük. Ancaq eyni zamanda hər kəs Ukrayna ordusunun 2014-cü ildəki vəziyyətdə olmadığını başa düşür. Düşünürəm ki, Kreml ikinci Krım olmayacağını bilir. Müharibə çox sayda itki ilə və şiddətli olacaq. Həqiqətən, Kremlin bunu başa düşdüyünə və bütün hekayənin qılınc səsi ilə bitməyəcəyinə və birbaşa hərbi əməliyyatlara davam etməyəcyinə inanmaq istəyirəm.
Ancaq yenə də Kreml bu müharibəni başlatmağa qərar verərsə, çox güman ki, qarşıya Ukraynanın əhəmiyyətli bir hissəsini işğal etmək vəzifəsi qoyulacaq. Zərbə üç istiqaməti olacaq - Donbass, Xerson və Odessa bölgələri.
Donbass və Xerson bölgəsi nizami rus ordusunun hücumuna məruz qalacaq və Rusiya ordusu Dnestryanı tərəfdən Odessa bölgəsini işğal edə bilər. Dnestryanıdakı Rusiya ordusunun hərbiçilərinin demək olar ki, hamısı Rusiya vətəndaşlarıdır. Onların sayı, təxminən 10 min nəfərdir. Ukrayna üçün problemlər yaratmaq və Ukrayna ordusunun diqqətini özünə yönəltmək üçün kifayət bir rəqəmdir. Nəzərə alınmalıdır ki, Dnestryanı tərəfdən bir hücum olmasa belə, Ukrayna bu tərəfdən gələn təhlükəni nəzərə almalı və ordusunun bir hissəsini bu istiqamətdə saxlamalı olacaq.
Eyni zamanda, Dnestryanı müharibədə Rusiyanın tərəfində iştirak edərsə, Moldovanın bu bölgənin onun ərazisi olduğunu və Prezidentin Dnestryanı əraziyə girmək əmrini verəcəyini xatırlaya biləcəyi istisna edilmir. Kreml hərbi əməliyyat planlaşdırarkən bu variantı da nəzərə almalıdır.
Sadaladıqlarım yalnız pis ssenarilərdir. Ancaq təəssüf ki, hələ yaxşı ssenarilər yoxdur. Təəsüf ki, yalnız Kremldə olanların sağlam düşüncəsinə və bu qarşıdurmanın nəzarət altına alınmadığı təqdirdə dünya müharibəsinin başlanğıcı ola biləcəyini başa düşən kollektiv Qərbin siyasi iradəsinə ümid etmək olar”.
Ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda:
“Tanınmayan “PMR” həqiqətən Ukrayna üçün potensial bir təhdiddir, ancaq Rusiyanın keçmiş 14-cü Ordusunun orada yerləşən bölmələrinə görə yox. Hərbi mütəxəssislər daha çox Dnestryanıdan Ukrayna ərazisinə nüfuz edə biləcək təxribat qrupları tərəfindən təhdid olma ehtimalını qiymətləndirirlər. Əlbəttə ki, bu təxribatlar Rusiya-Ukrayna sərhədinin digər hissələrində Rusiyanın mümkün genişmiqyaslı hücumu fonunda baş verə bilər.
Digər məsələlər də ciddi bir təhlükə yaradır. Birincisi, bunlar Dnestryanıdakı Rusiya qrupu tərəfindən həyata keçirilən müxtəlif təbliğat və təşviqat səyləridir. İkincisi, bu, hazırkı vəziyyətdə Ukrayna ilə Moldova arasında düşmənçilik yaratmaq cəhdidir. Onsuz da Moldovanın paytaxtının mərkəzində qaçırılan ukraynalı hakim Çaus ilə vəziyyətdən sonra müəyyən bir anlaşılmazlıq var Kiyev ilə Kişinyov arasında.
Düşünürəm ki, Rusiya bu günlərdə, ehtimal ki, ən çox Avropa Birliyinə qoşulmağa yönəldiyi sadə bir səbəbə görə Ukrayna ilə Moldova arasındakı ziddiyyətlərin inkişafında həyati dərəcədə maraqlıdır.
Xatırladım ki, Dnestryanıda Kolbasna kəndi yaxınlığında Avropanın ən nəhəng sursat anbarları var. Çox yüksək partlayıcı potensiala sahibdir. Bu, həm Ukrayna, həm də Moldova üçün ciddi bir təhdiddir. Buna görə də deyərdim ki, bu gün Ukrayna ətrafında vəziyyət həqiqətən gərgindir, lakin 2014-cü ildən fərqli olaraq Ukrayna silahlı qüvvələri və Ukrayna vətəndaşları Rusiya təcavüzünü dəf etməyə daha hazırdırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
|