Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                     Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi .....                 

Pentaqondan Moskvaya kritik siqnal: - ABŞ və Rusiya orduları Ukraynada toqquşa bilər
Tarix: 3-04-2021, 09:21 | Çap et
Pentaqondan Moskvaya kritik siqnal:
ABŞ-Rusiya qarşıdurmasının növbəti plasdarmı Ukrayna ola bilər. Daha doğrusu, elə 2014-cü ildən strateji müharibə arsenalına çevrilən Ukraynanın başı üzərində yeni qara buludlar dolaşmaqdadır. “Yeni Müsavat” bildirir ki, iki supergücün mübarizəsində Qərbdən rəsmi Kiyevə açıq siyasi dəstək ifadə olunsa da, bu, hələlik sözdə görünməkdədir.

Yəni Ukrayna Rusiya qarşısında öz gücünə dayanmağa məhkum edilib. Halbuki Qərb və ABŞ daha böyük dəstək vəd etmişdilər. İndi isə Donbas istiqamətində vəziyyətin gərginləşməsi ilə ABŞ-dan Ukraynaya yenə dəstək vədləri gəlməkdədir. Belə ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub. ABŞ müdafiə naziri öz ölkəsinin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı səylərinə dəstəyini bir daha ifadə edib. Ostin Ukraynanın şərqində Rusiyanın təxribatçı hərəkətlərini pisləyib və martın 26-da 4 əsgərin ölümü ilə bağlı ukraynalı həmkarına başsağlığı verib. ABŞ müdafiə naziri deyib ki, onun ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir və Ukraynanı Rusiya ilə qarşıdurmada yalnız buraxmayacaq.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib. Ancaq faktiki onu tək buraxıb. Pentaqon rəhbərinin ukraynalı həmkarı ilə sonuncu telefon söhbətindən sonra Vaşinqton Kiyevə nə kimi dəstək olacağı maraqla gözlənilir. Rusiya ilə hərbi qarşıdurma olacağı təqdirdə ABŞ Ukraynanı yenə yalqız buraxacaqmı?

Hər halda budəfəki açıqlama Vaşinqtondan Moskvaya olduqca ciddi siqnaldır və Baydenin gəlişi ilə başlayan ikinci “soyuq müharibə” dövrünə təsadüf edir. Bu, o deməkdir ki, ABŞ və Rusiya hərbi qüvvələri Ukraynada toqquşa bilərmi? Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib ki, Rusiyanın Ukraynanın şərqindəki addımları ötən ilin iyulunda ATƏT-in vasitəçiliyi ilə əldə olunmuş sabitliyi pozur.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a sözlərinə görə, Rusiya göz qorxudur və müharibə aparmaq istəmir: “Çünki müharibələrdən yorulub. Onu da yaxşı bilir ki, Ukrayna ilə açıq müharibə NATO ilə burun-buruna dayanmaq demək olacaq. Üstəlik, Ukrayna ordusu 7 il əvvələ baxanda indi daha mütəşəkkildir, hazırdır. Doğrudur, Rusiyanın potensialı onu çox üstələyir, müqayisə oluna bilməz, amma ABŞ səhvini təkrar etməyəcək, bu dəfə dəstəyini artıracaq”.

Ekspert güman edir ki, Ukrayna Azərbaycanın 44 günlük müharibəsindən ruhlanıb: “Amma fərq budur ki, onlarla döyüşən erməni yox, rusdur. Kiyev NATO və ABŞ-ın real dəstəyini aldığına əmin olmasa, irəli getməyə çalışmayacaq. O baxımdan rus silahlarına qarşı Ukraynanın savaşı məğlubiyyətə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Çin, Rusiya və İran arasında bir mərkəzləşmə gedir və bölgədə müharibənin alovlanması ehtimalını hələlik istisna edirəm”.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir. Onun sözlərinə görə, ABŞ 2014-cu ildən fərqli olaraq Ukraynanı Rusiya təcavüzündən qorumaqda israrlı görünür: “26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra aşağıdakı addımlar atıldı: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxladı; ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Rusiya və Ukrayna ordularının Baş Qərargah rəisləri ilə telefon söhbəti apardı; ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığının səviyyəsini yüksəltdi; ABŞ, Britaniya və Kanadanın Kiyevdəki hərbi attaşeləri Ukrayna müdafiə naziri və Ukrayna ordusunun ölkənin şərqindəki birləşmiş qüvvələrinin komandanı ilə görüş keçirdi; NATO qərargahında üzv dövlətlərin səfirlərinin toplantısı çağırıldı; ABŞ və Ukrayna müdafiə nazirləri Ostin və Taran arasında telefon söhbəti oldu. 2014-cü ildə Krımın ilhaqı zamanı və Donetsk-Luqansk vilayətlərində aqressiv separatizm baş qaldırarkən ABŞ bu cür diplomatik aktivlik göstərməmiş və Rusiyanı çəkindirəcək hər hansı addım atmamışdı”.

Ş.Cəfərlinin fikrincə, Tramp dövründə qlobal miqyasda zəifləmiş mövqelərini bərpa edəcəklər: “İndi Rusiyanın növbəti aqressiv cəhdlərinin qarşısını ala bilməsələr, onda bu sözlərin inandırıcılığı qalmayacaq və həyata keçirəcəkləri strategiya ilk başdan zərbə alacaq. Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır”.

Politoloq Qabil Hüseynlinin azpolitika.info-ya geniş müsahibəsində dediyinə görə, hazırda Ukrayna cavab zərbəsi hazırlayır: “Əlbəttə, Ukrayna Baş Qərargahının hansı tədbirləri nəzərdə tutduğunu mən bilmirəm, amma bildiyim qədər Ukrayna ilk növbədə Donetsk və Luqansk vilayətlərini bir-birindən ayıraraq Rusiya ilə sərhədlərə çıxmaq, dövlət sərhədini bütünlüklə nəzarətə götürmək istəyir. Bundan sonra Luqansk və Donetskdəki separatçılar, eləcə də ərazidəki rus hərbçiləri ilə məsələni birdəfəlik həll etmək niyyətindədir. ”Normand beşliyi"nin prinsipləri, eləcə də Minskdə olan əlavə razılaşmalar da buna icazə verir".

Analitik hesab edir ki, Ukrayna tək deyil, Kiyevin arxasında NATO, ABŞ dayanır: “Əgər Rusiya Ukrayna ilə bu şəkildə davranmağı sürdürsə, zənnimcə, çox qorxulu nəticələrlə üzləşəcək. Hər halda, Rusiya Ukraynaya hücum etməyə çalışsa, NATO qüvvələrilə üz-üzə dayanmalı olacaq”.

Ukraynalı politoloq Taras Berezoveç də bildirib ki, ölkəsinin müttəfiqləri vəziyyətin təhlükəli olduğunu başa düşürlər: “Yalnız onların Ukrayna rəhbərliyini düzgün istiqamətləndirə biləcəklərinə ümid qalır. Rəqib kiminlə iş gördüyünü gözəl bilir. Hər şey həddən artıq ciddidir”.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru