Rusiyaya qarşı nəhəng savaş hazırlığı: - Amma hakimiyyət qərarlı, xalq könülsüz
Tarix: 2-04-2021, 10:42 | Çap et
2021-ci ilin əvvəlindən Ukraynanın işğalda olan Donbass bölgəsində vəziyyət gərginləşməkdədir. Mart ayında separatçılarla Ukrayna Ordusu arasında hərbi insidentlər daha da çoxalıb. Mütəmadi olaraq Donbassda atəşkəs pozulur. Rəsmi olmasa da, yanvar ayından bu yana lokal insidentlər nəticəsində Ukraynanın 30-a yaxın hərbçisinin həlak olduğu bildirilir. Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyi istisna edilmir. Artıq rəsmi Kiyevin əraziləri işğaldan azad etməsi uğrunda hərbi əməliyyatlara başlayacağının ilkin işartıları da görünməkdədir.
Qeyd edək ki, bu günlərdə Ukrayna Ali Radası Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı qətnamə qəbul edib. 308 deputatın lehinə səs verməsi ilə qəbul edilən sənədə görə, mövcud gərginləşmənin məsuliyyəti Rusiyanın üzərinə düşür. Ali Radanın deputatları dünya birliyini Donbassdakı vəziyyətlə bağlı dərhal fikir bildirməyə çağırıblar.
Martın 26-da isə Ukrayna Prezidenti Vladimir Zelenski son həftələrdə Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən “Normandiya Dördlüyü” ölkəsinin nümayəndələri ilə təcili məsləhətləşmələr edib. Bu baxımdan, Fransa, Rusiya və Almaniya liderləri qərar veriblər ki, məsələni müzakirə etmək üçün videokonfrans keçirsinlər. Konfransda Zelenskinin iştirakı gözlənilmir.
Siyasi şərhçilər hesab edirlər ki, yazın sonu və ya yay aylarında Ukraynanın müharibəyə başlayacağı qaçılmaz ola bilər. Bəs, Ukrayna və ukraynalılar müharibəyə hazırdırlarmı?
Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya maraqlı məqamları anladıb. Onun sözlərinə görə, müharibənin başlaması istisna deyil: “Ukrayna təmas xəttinə hərbi qüvvələrini, texnikasını cəmləşdirib. Ukrayna mediasında ciddi şəxslərin açıqlamalarından belə anlaşılır ki, Rusiya da qoşunlarını bölgəyə yığıb. Çox güman ki, hərbi əməliyyatlar olacaq. Amma məsələ ukraynalıların müharibəyə hazır olub-olmamasındadır”. Jurnalistin qənaətincə Ukraynanın siyasi hakimiyyəti müharibəyə hazır görünür: “Zelenski hakimiyyəti ərazilərin Rusiya işğalından azad edilməsini istəyir. Siyasi dairələr hər gün bəyanat verirlər və açıq şəkildə bildirirlər ki, müharibə ilə Donetski, Luqanskı separatçılardan təmizləmək lazımdır. Eyni zamanda, Krımı Rusiyadan geri qaytarmaq mütləqdir. Amma siyasi hakimiyyətin istəyi ilə xalqın istəyi eynidirmi, bunu söyləmək çətindir. Müşahidələrimə əsasən deyə bilərəm ki, ukraynalılar müharibə əhvalında deyillər. Ukraynalıların çoxu döyüşməyə meylli deyil, bir çoxları deyir ki, onlar üçün müharibə maraqsızdır”.
“Bizim Vətən müharibəsində necə idi? Ana, ata öz oğlunu səfərbərliyə aparırdı ki, torpaqlarımız uğrunda döyüşmək, işğaldan ərazilərimizi azad etmək lazımdır. Vətənpərvərlik ruhu bizdə yüksəkdir. Azərbaycan İkinci Qarabağ müharibəsini Prezident İlham Əliyevin uğurlu siyasəti, mükəmməl ordu quruculuğu və xalqın birliyi, gənclərin Qarabağ sevdası ilə qazandı. Bütün Azərbaycan gəncləri silaha sarıldı. Amma ukraynalılar belə deyil”, - journalist bildirib.
“Əlbəttə, Ukrayna vətəndaşları demək olmaz ki, ölkələrini sevmirlər. Bu, əsla belə deyil. Əhalinin 90 faizi Rusiyaya səmimi şəkildə nifrət edir. Lakin müharibə istəmirlər. “Sabah müharibə olsun, Krımı geri qaytaraq, ərazi bütövlüyümüzü bərpa edək”, - demirlər. Təbii, Kiyev müharibə qərarı versə, qanunlara görə səfərbər olacaqlar. Amma qalib gələcəklərmi, bu suala birmənalı cavab vermək çətindir”, - deuə Camalbəyli vurğulayıb.
Müharibə başlayacağı təqdirdə Ukraynanın qalib gəlməsi ehtimalına gəlincə, mühasibimiz qeyd edib ki, Kiyev haqq savaşında beynəlxalq birlikdən dəstək gözləyir: “Əlbəttə, dünya birliyi Kiyevi dəstəkləyəcək, xüsusilə də, Avropa. Qərb Ukraynaya münaqişə başlayandan dəstək verib – həm siyasi cəhətdən, həm maliyyə cəhətdən, həm də silah-sursat baxımından. Çünki Rusiyanın zəiflədilməsi Qərbin hər zaman marağında olub. Eyni zamanda, bölgənin əsas gücü olan Türkiyə ilə müəyyən qədər silah sənayesi baxımından əməkdaşlığı genişləndiriblər. Demək olar ki, Ukrayna Ordusu Rusiyaya güc göstərməyə qadirdir”.
“Lakin burada bir detal var – Zelenski hakimimiyyəti qətiyyətlidirmi? Məncə, Azərbaycan hakimiyyəti qədər qətiyyətli deyil. Məsələn, Azərbaycan Prezidenti Qarabağla bağlı sonacan qətiyyət nümayiş etdirdi, İkinci Qarabağ müharibəsində bütün beynəlxalq təzyiqlərə baxmayaraq, qətiyyətini ortaya qoydu. Amnma Zelenskidə inanmıram ki, belə qətiyyət olsun. Müharibədə hər zaman hakimiyyətin, xüsusən də ölkə liderinin qətiyyəti qələbədə rol oynayır. Bir də vacib nüans xalqın birliyi, vətənpərvər ruhudur. Dediyim kimi, rəsmi Kiyev müharibədə tam qətiyyətli deyil, xalq isə müharibəyə meyl etmir. Bu səbəbdəndir ki, siyasi hakimiyyət müharibədən başqa çıxış yolu görməsə də, gözlənilən müharibədə beynəlxalq birliyin tam dəstəyini də istəyir. Yəni, nəticənin olmasını arzulayır. Sabah müharibə başlayacağı halda Ukrayna qalib gələcəkmi, bu barədə konkret fikir demək çətindir”, - deyə soydaşımız əlavə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
|