Qardaş Türkiyə ilə dost İsrail arasında gərginlik - çözüm variantı varmı...
Tarix: 1-04-2021, 10:05 | Çap et
Türkiyə ilə İsrail arasında son aylarda müşahidə olunan yumşalma meylləri yenidən gərginliklə əvəz olunub. Hər keçən gün iki dövlət arasında münasibətlər kritikləşir. Bu vəziyyətin haraya və nə zamana qədər davam edəcəyi sualı isə açıq qalır. Azərbaycanın Türkiyə ilə qardaş, müttəfiq olduğu, həmçinin İsraillə də çox sıx strateji əməkdaşlığı, dostluğu olduğu məlumdur. Bir tərəfdə qardaş ölkə, o biri tərəfdə yaxın dost ölkə. Belə biz vəziyyətdə Azərbaycan bu məsələdə hansı mövqeni tutacaq? Bu iki dövləti barışdırmaq mümkündürmü?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, yeni dünya nizamı quruculuğu gedir və bu, geopolitik qarşıdurmalarla müşayiət olunur: “Artıq bu proses həlledici mərhələyə daxil olub. Təbii ki, indi yeni düzən qurulduğu üçün hər bir dövlət, xüsusən də iddiaçı və iddialı dövlətlər çalışırlar yeni münasibətlər sistemi formalaşmamışdan burada özlərinə layiq, milli maraqlarına cavab verən yerlərini tutsunlar, öz təsir zonalarını genişləndirsinlər. Bu zaman da təbii ki, iddialı dövlətlərin maraqları bir-biri ilə toqquşur, nəticədə gərginliklər yaranır. Buna təbii baxmaq lazımdır. Yəni bu prosesin təbiətindən irəli gələn bir şeydir. Rəqabət olan yerdə gərginliklər zaman-zaman qaçılımazdır. Amma nəzərə alaq ki, artıq uzun müddətdir Türkiyə kollektiv Qərbin-NATO-nun üzvüdür, Avropa Birliyinə namizəd ölkədir, İsraillə strateji münasibətləri var. Bütün bunları və Azərbaycanda da Türkiyə ilə İsrailin birgə, eyni istiqamətdə paralel hərəkət etdiyini nəzərə alsaq, onlar arasında qapalı kanallarla həm siyasi diplomatik, həm iqtisadi, həm kəşfiyyat kanalları ilə danışıqların getdiyini nəzərə alsaq mən düşünürəm ki, müşahidə olunan sərt rəqabət sonucunda da bir uzlaşma ortaya çıxacaq. Çünki böyük güclər də onları bu istiqamətdə uzlaşmaya zorlayacaqlar. Böyük güclər deyəndə mən burada ilk növbədə ABŞ-ı və Böyük Britaniyanı nəzərdə tuturam. ABŞ-ın iki çox yaxın strateji müttəfiqi var. Bunun biri Böyük Britaniyadır, digəri İsraildir. İndi ABŞ-ın başlatmaq istədiyi qlobal və regional siyasətə baxsaq, burada əsas niyyət Avropatlantik xəttin gücləndirilməsidir”.
S.Əkbər qeyd etdi ki, Avroatlatntik xəttin gücləndirilməsinin tərkib hissələrindən biri də NATO-nun kollektiv birgə hərəkət etməsidir. Bu isə o deməkdir ki, ABŞ NATO-nun üzvü olan Türkiyə ilə, strateji müttəfiqi olan Britaniya və İsraillə birgə hərəkət etməlidir: “Qarşıda Çin kimi böyük rəqib və Rusiya kimi böyük strateji milli təhlükəsizlik təhdidi var. Ona görə də bütün bu amillər Amerikanı və onun yaxın strateji müttəfiqlərini Türkiyə ilə uzlaşmağa məcbur edəcəklər. Sadəcə olaraq, bu, müəyyən zaman alacaq. Həm Türkiyə müəyyən maraqların təmin olunması üçün güzəştlərə getməli olacaq, həm də qarşı tərəf. Söhbət kimin maraqlarını haraya qədər inkişaf etdirə biləcəyindən gedir. 11-13 iyun ayında Şotlandiyada böyük yeddilərin görüşü gözlənilir, iyunun sonunda isə NATO-nun sammiti olacaq. Fikrimcə, ilkin razılaşmalar iyunun sonuna qədər əldə olunmalıdır. Ola bilsin çərçivə anlaşması əldə olunacaq, amma çərçivənin içini doldurmaq üçün ayrı-ayrı bölmələr üzrə danışıqlar davam edəcək. Gərginliyin intensivliyi aşağı düşəcək”.
Azərbaycana gəldikdə isə Sülhəddin Əkbər hesab edir ki, ölkəmizin milli maraqlarına uyğun olan Türkiyənin ABŞ və İsraillə strateji dialoqunun olmasıdır. Bu dialoq artıq başlayıb: “Mən düşünürəm ki, sonucda tərəflər bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı güzəştlərə getmək üçün çərçivə anlaşması əldə edəcəklər. Azərbaycanın da maraqlarına bu cavab verir. Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normal olmasında maraqlıdır və zaman-zaman bunu sübut edib, hətta müəyyən təşəbbüslər göstərib ki, münasibətlər normallaşsın. Bizim marağımıza uyğundur ki, Azərbaycanın bir nömrəli müttəfiqi, arxası olan Türkiyə həm İsraillə, həm ABŞ-la anlaşsın, dil tapsın. Belə olarsa, Azərbaycan da Türkiyə ilə birgə hərəkət etməklə kollektiv demokratik dünya ilə birgə hərəkət edər və qarşıdakı böyük toqquşmalarda da öz maraqlarını qoruya bilər. İkinci Qarabağ savaşında Azərbaycan necə uğurlu bir geopolitik şərtləri yaxalayıb Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Çinlə birgə hərəkət etdisə, indi də geopolitik dəyişən şəraitdə yeni vəziyyəti nəzərə almalıdır, artıq ABŞ-ı da nəzərə almalıdır. Supergüc olan Amerikanı nəzərə almadan hərəkət etmək yanlış olar və bu, bizə baha başa gələr. Azərbaycan həm Türkiyə, həm də İsraillə bu günə qədər əldə etdiyi münasibətləri daha da inkişaf etdirməlidir. Biz yeni təşəbbüslərlə çıxış etməliyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
|