Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                 

Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı? - TƏHLİL
Tarix: 25-01-2021, 09:06 | Çap et
Rusiyanın Avropaya qaz kəmərləri: Moskva ilə Vaşinqton anlaşdımı?
Rusiyanın Mərkəzi Avropaya qaz nəqlini nəzərdə tutan və tikintisində yer alan şirkətlərə ABŞ-ın sanksiyalar tətbiq etdiyi “Şimal axını-2” qaz kəmərinin inşası yenidən bərpa olunub.

Ovqat.com xəbər verir ki, bunu tikintinin operatoru “Nord Stream 2” şirkəti jurnalistlərə verdiyi açıqlamada bildirib.

Məlumata görə, şirkətə məxsus "Fortuna" borudöşəmə gəmisi Danimarka sularında "Şimal Axını-2" qaz kəmərinin tikintisinin bərpası üzrə işlərə yenidən başlayıb. “İşlər əldə olunan razılıqlara uyğun şəkildə gedir", - deyə şirkətdən bildiriblər.

“Marinetraffic” gəmilərinin izlənməsi portalının məlumatına görə, "Fortuna" gəmisi hazırda kəmərin yaxınlığındadır, borunun çəkilməsi zonasında Rusiyanın çoxfunksiyalı "Vena" təminat gəmisi və "Katun" yedək gəmisi də fəaliyyət göstərir. Bundan başqa, "Murman" da qaz kəmərinin çəkilmə yerinin həndəvərindədir.

Xatırladaq ki, hardasa 1 həftə əvvəl Tramp hakimiyyəti “Şimal axını-2” layihəsinə sanksiyaları genişləndirmək qərarı almış və ABŞ Dövlət Departamentinin sabiq sədri Mayk Pompeo Co Bayden administrasiyasının da boru kəmərinin inşasına qarşı çıxacağını bildirmişdi. Bundan sonra “Nord Stream 2” təmir bəhanəsilə "Fortuna" gəmisini tikinti sahəsindən geri çəkmişdi. Kəmərin sifarişçisi “Qazprom” da yaydığı bəyanatda “Şimal axını-2” layihəsinin tamamən dayandırılması ehtimalını istisna etməmişdi. İndisə birdən-birə “Fortuna”nın tikinti sahəsində görünməsi Rusiya ilə ABŞ arasında hansısa razılığın əldə olunması fikrini ağla gətirir.

"Şimal Axını - 2" layihəsi Rusiyanın sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kub metr olan iki kəmərin tikintisini nəzərdə tutur. 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” şirkətinin ABŞ-ın mümkün sanksiyaları səbəbindən boruların çəkilməsindən imtina etdikdən sonra bu layihədə işlər müşkülə düşmüşdü. Uzun danışıqlardan sonra 2020-ci ilin dekabrında “Nord Stream 2” şirkəti Almaniyanın müstəsna iqtisadi zonasında 2,6 km boru xətti salmaqla inşaatı bərpa etsə də ABŞ-ın sanksiyaları da genişləndirməsi kəmərin çəkilişində yenidən fasilələrin yaranmasına yol açmışdı.

Hal-hazırda qaz kəmərinin 2 460 km-dən 2 300 km-dən çox hissəsi çəkilmişdir ki, bu da borunun ümumi uzunluğunun 94% - ni təşkil edir. Kəmərin Danimarka sularında 120 km, Almaniyanın sularında 28 km-dən bir qədər çox hissəsi çəkilməmiş hissə qalıb. Kəmərin hardasa 150 km-lik son hissəsinin salınması xeyli zaman ala bilər. Zira bundan əvvəl “Fortuna” gəmisi gündə cəmi 350 metr kəmər inşa edirdi. Deməli, 1 km kəmərin çəkilişi 3 gün vaxt aparır. Deməli, heç bir fasilə verilmədən eyni sürətlə inşaata davam ediləcəyini fərz etsək belə, 160 km-lik məsafə 450 günə çəkilə bilər.

Məlumat üçün bildirək ki, Avropanın illik qaz tələbatı 500 milyard kub metrə yaxındır. Rusiyadan müxtəlif kəmərlər vasitəsilə qitəyə ildə 200 milyard kub metr qaz idxal olunur ki, bu göstərici tələbatın 40%-dən çoxuna bərabərdir. İqtisadçıların fikrincə, istənilən qaynaqdan 30%-dən çox qaz alınması təbii inhisarçılıq yaradır və alıcını satıcıdan asılı vəziyyətə salır. Rusiyanın mövcud ixrac göstəriciləri ilə həmin limiti çoxdan keçdiyi ortadadır və ona qarşı tətbiq olunan sanksiyaların əsas səbəbi də bundan qaynaqlanır.

Rusiyadan Avropaya qaz nəql edən kəmərlər

“Şimal axını” – illik qaz həcmi 55 milyard kub metr. Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qaz nəql edir. “Şimal axını-2” layihəsinin də ona paralel və eyni həcmdə çəkilməsi nəzərdə tutulur.

“Mavi axın” – illik qaz həcmi 16 milyard kub metr. 2003-cü ildə Türkiyəyə qaz ixrac etmək məqsədilə çəkilib. 25 illik müqavilə bağlanıb. Müqaviləyəyə əsasən, Türkiyə qaz almasa belə, pulunun 75%-ni ödəməlidir.

Urenqoy-Pomari-Ujqorod boru xətti (Ukrayna) – illik 85 milyard kub metr. Hələ Sovet İttifaqı dağılmamışdan xeyli əvvəl – 1978-ci ildə layihəsi cızılan və Avropanın müxtəlif bankları vasitəsilə maliyyələşdirilən bu kəmər Rusiyaya qarşı bütün qaz embarqolarının əsasını, əsl səbəbini təşkil edir. 2014-cü ildə Ukraynanın bir sıra bölgələrinin işğalı ilə başlayan qaz savaşları həm Qərbi, həm də Rusiyanı enerji nəqlində şaxələnmə siyasətinə sürüklədi. Qərb bir qaynaqdan qaz almağın enerji təminatını təhlükə altına saldığını anladı və alternativ layihələrə daha çox önəm verməyə başladı. Rusiya isə Ukrayna ilə arasında yaranan konflikt səbəbindən Avropaya qaz nəqlində başqa marşrut arayışlarına girdi. Beləcə, “Cənub axını”, “Türk axını” və “Şimal axını-2” kimi başqa layihələr üzərində işlədi. Məqsədi isə Ukrayna marşrutundan tamamilə imtina etmək idi. Zira Ukrayna ilə bağlanan qaz nəqli müqaviləsi 2019-cu ildə sona çatır və Kiyev bu marşrutdan ya imtina, ya da özünə sərfəli tranzit tarifi tətbiq edə bilərdi.

Bütün boru kəmərləri layihələrində ciddi əngəllərlə qarşılaşan Rusiya 2019-cu ildə yenidən Ukrayna ilə razılaşmaq məcburiyyətində qaldı. Yenilənən qaz müqaviləsinə görə, Rusiya bu xətt üzrə 2020-ci ildə 65 milyard kub metr, bu ildən başlayaraq 2024-cü ilə qədər isə illik 40 milyard kub metr həcmində qaz ixrac edəcək.

“Türk axını” – illik qaz həcmi 31.5 milyard kub metr. İnşası hələ tamamlanmamış bu kəmərlə nəql olunacaq qazın yarısının - 15,75 milyard kub metrinin Türkiyəyə, digər yarısının isə Avropaya ixrac edilməsi planlaşdırılır. Ötən il Türkiyə Rusiyadan aldığı qazı yarıbayarı azaltmaqla bu kəmərin taleyini şübhə altında aldı. “Qazprom”-un məlumatına görə, 2019-cu ildə Türkiyə Rusiyadan aldığı qazı 36% azaltmış, 2020-ci ildə bu azalma daha böyük olmuşdu. Ötən ilin ilk yarısında əvvəlki ilə nisbətdə Türkiyəyə qaz ixracı 8.11 milyard kub metr qaz ixracı 4.73 milyard kub metrə düşmüşdü. Bu isə 40%-dən çox azalma deməkdir. Avropa Birliyi də “Türk axını” ilə qitəyə nəql olunacağı düşünülən miqdarın tələbatı aşdığını bildirərək, faktiki sözügedən layihənin ətrafındakı şübhə haləsini bir qədər də böyütmüşdü.

Təsadüfi deyil ki, ötən ildən etibarən Rusiyanın qaz ixracında azalma təkcə Türkiyədə deyil, Avropa ölkələrində də özünü büruzə vermişdi. Rəsmi statistikaya görə, ötən ilin ilk yarısında Rusiyadan Almaniyaya 26,98 milyard kubmetrdən 20,13 milyard kubmetrə, ümumilikdə Qərbi Avropaya isə təbii qaz ixracatı 75,3 milyard kubmetrdən 60,09 milyard kubmetrə enmişdi. Eyni dövrdə Şərqi Avropaya ixracat isə 20,88 milyard kubmetrdən 17,73 milyard kubmetrə düşmüşdü.

Əsas alternativ

Avropaya qaz nəqlində problemlərlə qarşılaşan Rusiyanın son illərdə Çinə yönəlməyə başladığı sezilir. 2019-cu ildə istifadəyə verilən “Sibir gücü” layihəsi 30 illiyinə bağlanıb və bu müddət ərzində Rusiyaya 400 milyard dollar qazanc gətirəcəyi düşünülür. Altay dağlarının ətəklərindən çəkilməsi planlaşdırılan “Sibir gücü-2” layihəsi də təxminən eyni həcmdə və dəyərdə olacaq.

Mümkündür ki, Rusiyanın bu alternativi onun yeni bazarlara çıxışını və Çinlə daha çox yaxınlaşma ehtimalını yaratdığından Vaşinqtonun Rusiya qarşısında müəyyən güzəştlərə getməyə vadar etsin.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru