Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                 

“ABŞ dünya liderliyini itirir, amma onu əvəz edəcək dövlət də yoxdur” - ekspert
Tarix: 9-01-2021, 08:54 | Çap et
“ABŞ dünya liderliyini itirir, amma onu əvəz edəcək dövlət də yoxdur”
Yanvarın 6-da ABŞ Konqresinin Demokratların namizədi Co Baydenin prezidentliyini təsdiqləyəcəyi ərəfədə, Trampın tərəfdarları Baydenin kiçik fərqlə qalib gəldiyi mübahisəli ştatlarda seçici səslərinin nəzərə alınmasını tələb edərək, etiraz aksiyaslarına start verdilər. Tramp və tərəfdarları bir çox ştatlarda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək, seçkilərdəki məğlubiyyəti qəbul etməyəcəklərini bildirdilər.

Nümayişlər əvvəlcə dinc xarakter daşısa da, axşam saatlarından etibarən toqquşmalara çevrildi. Nəticədə, Konqres binasının daxilində Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi. İğtişaşlar səbəbindən tətbiq edilən komendant saatından sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox etirazçını nəzarətə götürdülər. Həmçinin, etirazçılarla polis arasında baş verən toqquşma nəticəsində 4 nəfər öldü, xeyli insan, o cümlədən 14 polis yaralandı. Maraqlı məqam odur ki, ABŞ tarixində prezident seçkilərindən sonra ilk dəfə belə bir hadisə baş verirdi.

AYNA-nın mövzuya dair suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb:

- Donald Tramp elə ilk gündən prezident seçkilərinin saxtakarlıqla keçiriləcəyini iddia etmişdi. Müəyyən siyasi ekspertlər də Trampın seçkidən əvvəl bu cür üsullara əl atacağını proqnozlaşdırırdılar. Əslində, Trampı, haradasa anlamaq olar. Çünki pandemiya səbəbindən Amerikada ilk dəfə idi ki, poçtla səsvermə prosesi keçirilirdi. Tramp da hesab edirdi ki, poçtla göndərilən səsvermələrdə saxtakarlıq həyata keçirilib. Ona görə də bu iddiaların sayı çoxalırdı. Amma nəticədə ABŞ cəmiyyəti Co Baydenin prezident seçilməsini qəbul etmiş və müxtəlif ölkələrdən ona təbriklər gəlmişdi.

Lakin Tramp sona qədər mübarizəsini davam etdirəcəyini bildirirdi. Son nəticədə də tərəfdarlarını Konqres binasının qarşısına dəvət etdi. Amma çox güman özü də gözləmirdi ki, belə bir təxribat baş verə bilər və Konqres binası daxilinə hücumlar edilərək insan tələfatı olar. Hətta, ehtimal edirəm ki, gələcəkdə bununla bağlı məhkəmə prosesi də başlaya və Trampın özünə də cinayət işi açıla bilər. Amma belə görünür ki, Tramp artıq özü də qorxuya düşüb və son açıqlamasında da bildirib ki, seçkilərin saxtalaşdırılmasına baxmayaraq, hakimiyyəti Baydenə təhvil verməyə hazırdır.

- ABŞ tarixində ilk dəfədir ki, prezident seçkilərində iştirak etmiş namizədlərdən biri tərəfdarlarını etiraza səsləyir və seçkilər bu qədər skandallı keçir. Bunun əsas səbəbi nədir?

- Amerikanın yaxın və uzaq tarixinə nəzər salanda, həqiqətən də ilk dəfədir ki, bu cür hadisənin baş verdiyinin şahidi oluruq. Təbii ki, ABŞ seçkilərində əvvəllər də saxtakarlıqlar olub. Hətta, Ameriknın əfsanəvi Prezidenti Avram Linkolnun prezidentliyi dövründə belə, saxtakarlıqlar baş verib. Yaxud da, yaxın tarixi götürsək, 2000-ci ildə vitse-prezident Albert Qorla Corc Buş arasında rəqabət gedirdi. Əslində, seçkiləri Albert Qor udsa da, Amerikada seçki son dərəcə mürəkkəb prosedurlardan keçdiyinə görə, Buş Prezident seçilmişdi. Albert Qor isə çox səs toplamasına baxmayaraq, seçki nəticələrini tanımağa məcbur olmuşdu.

Amma ilk dəfədir ki, belə bir hadisə baş verir və Konqresə hücum edilir. Düzdür, yenə də uzaq tarixə qayıtsaq, 1814-cü ildə Amerika Konqresinə hücumlar edilmişdi, amma o zaman Amerika ilə Böyük Brtitaniya arasında müahribə gedirdi. Yəni, bu şəraitdə ilk dəfə idi ki, belə bir hadisə baş verirdi. Çünki ABŞ özü başqa ölkələrə demokratiya, insan haqları dərsi keçir, başqa ölkələrdə çevrilişlər həyata keçirir və inqilablar törədirdi. Amma indi eyni hadisələr özündə baş verir. Özündə baş verəndə isə bunu çevrilişə və iğtişaşa cəhd kimi qiymətləndirir. Düşünürəm ki, Amerikanın bundan sonra başqa ölkələrə demokratiya dərsi keçməyə haqqı yodur.

- Sizin də qeyd etdiyiniz kimi, geosiyasi, geoiqtisadi proseslərə birbaşa təsir edən, adətən demokratiya, insan haqlarının pozulması adı altında başqa ölkələrdə iğtişaşların baş verməsində ittiham edilən ABŞ-ın özündə belə bir vəziyyətin yaranması, gələcəkdə bu ölkənin özündə belə bir təcrübə formalaşdıra bilərmi?

- Bəli! Amma bu, əslində pis bir təcrübəyə çevrilə bilər. Baxmayaraq ki, hakimiyyət Baydenə təhvil veriləcək, amma onu da nəzərə alaq ki, Amerikada radikallar az deyil və bu radikallar Trampa kifayət qədər dəstək verdilər. Onlar da bundan sonra sakit dayanmayacaqlar. Ola bilsin ki, Baydenin prezidentliyi dövründə də ağır hadisələr baş versin, bundan Bayden sığortalanmayıb. Hətta, yanvarın 6-da baş verən hadisə gələcəkdə başqa hadisələrin çırağını da yandıra bilər. Onsuz da Amerikada ara-sıra toqquşmalar olur, etirazlar edilir və polis özbaşınalığına qarşı aksiyalar keçirilir. Yəni, belə hallar ABŞ-da zamanla yaşanır. Amma Konqresə hücum və Konqres binasının faktiki olaraq ələ keçirilməsi Amerika tarixində ilk dəfədir və bu hadisə gələcəkdə başqa hadisələrin alovlanamsında da rol oynaya bilər. Çünki ABŞ cəmiyyətində radikallıq getdikcə güclənir.

- Baş verənlərdə Trampla yanaşı, ABŞ siyasətində xüsusi rolu olduğu deyilən siyasi ailələr, yaxud maliyyə korporasiyalarının da rolu ola bilərmi?

- Əslində, bizə hər zaman təlqin edilib ki, Amerikanı “dərin dövlət” idarə edir. Amma mən artıq Amerikada varlı ailələrin təsirlərinə, “dərin dövlət”in idarəçiliyinə inanmıram. Əgər, Amerikada “dərin dövlət” olsaydı, 4 il əvvəl Donald Trampın prezident seçilməsini bir yolla əngəlləyər, Ağ Evdə onun rəqibi və daha təcrübəli olan Hilari Klintonun oturmasını təmin edərdi. Amerikada “dərin dövlət” olsaydı, bu son iğtişalar baş verməzdi. Amerikada “dərin dövlət” olsaydı, siyasətçilərinə anladardı ki, NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sanksiyalar bu ölkəni düşmənimiz Rusiya ilə daha da yaxınlaşdıracaq, bu, Amerikanın maraqlarına uyğun deyil. Amerikada “dərin dövlət” olsaydı, Trampa prezidentliyinin son günlərində anladardı ki, “məğlub olmusan, ölkəni qarışdırma”. Amerikada “dərin dövlət” olsaydı, İraqda Səddam Hüseyn rejimini devirib bu ölkəni İranın müttəfiqinə çevirməzdi. Yaxın keçmişə də getsək, Amerikada “dərin dövlət” olsaydı, uzaq Vyetnamda müharibəyə baş qoşmaz, deyərdi ki, “bizə nə kiçik ölkədəki kommunist rejimin qurulmasından?!”, əvəzində on minlərlə gəncini itirdi və yüz minlərlə vyetnamlını öldürdükdən sonra biabırçılıqla bu ölkəni tərk etdi. Demək, bu “dərin dövlət”in idarəçiliyi, varlı ailələrin siyasi proseslərə təsiri haqqında miflər sadəcə olaraq şişirdilib. Yəni, Amerika da digər dövlətlər kimi, normal dövlətdir. Digər dövlətlərdə nə baş verirsə, Amerikada da o baş verir.

- Bəs, bu hadisə ABŞ-a və dolayısı ilə dünyanın nizam-intizamına gələcəkdə necə təsir edəcək, yaxud edəcəkmi?

- Dünyanın nizamı onsuz da qarışıb. “Soyuq müharibə” bitdikdən sonra Birləşmiş Ştatlar hesab edirdi ki, dünyanın fövqəlgücü olacaq və hər şeyi idarə edə biləcək. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, Amerika hər yerə əl yetirə bilmir və özünün çox böyük səhvləri var. İraqa, Əfqasıntana müdaxilə etdi, İraqda atom bombası bəhanəsiylə Səddam Hüseyni devirdi, amma heç nə tapa bilmədi. Nəticədə İraqı üç yerə parçaladı, xaos yaratdı və dediyim kimi, İranla müttəfiqlik etməsinə şərait yaratdı. Yəni, Amerikanın da siyasi idarəetməsi çətinləşib. Ona görə də biz çoxqütblü dünyaya gedirik. Rusiya, Çin, Latın Amerikası ölkələri hərəsi özünə bir qrup yaradıb. Amma bu, o demək deyil ki, çoxqütblü dünya bizim gələcəyimiz üçün daha təhlükəsiz şərait vəd edir. Amerika isə öz fövqəlgücünü itirməyə başlayır və son hadisə onun gücünü itirməsinə bir az da təsir edəcək. Baxmayaraq ki, Amerikanın hərbi büdcəsi çoxdur, böyük ordusu var, dünyada hərbi bazalarının sayı yüzlərlərdir. Amma siyasi proseslərə təsir imkanları getdikcə zəifləyir və bu, onsuz da nizamsız olan dünyanı bir az da nizamsız vəziyyətə gətirir.

- ABŞ fövqəldövlət statusunu itirməyə doğru gedirsə, onu əvəzləyəcək dövlət varmı?

- İqtisadi gücünə görə, Çin bir neçə ildən sonra Amerikanı ötəcək. Ki, bu, artıq faktdır. Ələlxüsus da, Çin hərbi qüdrətini artırmağa davam edir. Buna baxmayaraq, Çin Amerikanı əvəz edə bilməz. Çünki Çin avtoritar bir ölkədir. Biz Amerikanı nə qədər tənqid etsək də, hər halda Amerikada seçki instutu var, insan haqları var, insanlar fikirlərini azad şəkildə ifadə edə bilirlər. Çində isə bunların heç biri yoxdur və ona görə də Çinin liderliyini heç bir ölkə qəbul etməz, hətta yaxın tərəfdaşı Rusiya belə. Amma digər tərəfdən müxtəlif ölkələrin birləşməsindən ibarət müxtəlif mərkəzlər yaranıb, yaranacaq və inkişaf edəcək. Amerikanı isə tək əvəz edə biləcək perspektivdə dövlət olmayacaq.

Hətta, Rusiyanın da buna gücü çatmaz. Çünki Rusiyanın yeritdiyi siyasət ona dost qazandırmır, əksinə düşmən qazandırır. Təsəvvür edin ki, Rusiya Qazaxıstanı strateji müttəfiqi adlandırır, amam digər tərfədən rusiyalı rəsmilər son günlər Qazaxıstan adlı dövlət olmadığını, ərazilərinin onlara aid olduğunu deyirlər. Bununla da strateji müttəfiqlərini özlərindən incik salırlar. Yəni ki, Rusiyanın müttəfiqləri yoxdur və Rusiya müttəfiq istəmir. Rusiyaya, sadəcə olaraq Ermənistan kimi vassallar lazımdır. Amma heç kim də vassal olmaq istəmir. Ona görə də Rusiya Amerikanı əvəz edə bilməz və dolayısı ilə belə bir dövlət də yoxdur. Amma müəyyən mərkəzlər yaranacaq və o mərkəzlər də öz maraqlarını diqtə etməyə çalışacaq. Bu da dünyanı daha da nizamlı şəkilə gətirib çıxarmayacaq.

- Bu qarışıqlıq və nizamsızlıqda Azərbaycan nə etməlidir?

- Azərbaycan ancaq öz işini görməlidir. Bizə lazım olan odur ki, milli və təhlükəsizlik maraqlarmızı qoruyaq ki, heç kim bizi narahat edə bilməsin və bizim maraqlarımız təmin olunsun. Amma biz görürük ki, dünya hazırda toz-duman içindədir və ona görə də bu toz-dumanda ancaq özümüzü qorumalıyıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru