İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                 

Türkiyə Özal siyasətinə qayıdır? - “Bu, uğur gətirəcək”
Tarix: 4-01-2021, 08:46 | Çap et
Türkiyə Özal siyasətinə qayıdır?
Türkdilli ölkələr üzərində Türkiyənin geosiyasi və geoiqtisadi təsirlərinin artması müşahidə olunur.

Bu da son illər rəsmi Ankaranın xarici siyasətdə türk dünyası ilə inteqrasiya siyasətinə üstünlük verməsi ilə bağlıdır. 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının əsas konsepsiyasını Yeni Osmançılıq ideologiyasını təşkil etdiyindən Türkiyənin xarici siyasətində müsəlman dövlətləri ilə yaxınlaşma prioritet təşkil edib.

Ancaq güclü ərəb dövlətləri terrorçuluğa qarşı mübarizədə nəinki Türkiyəyə dəstək vermədi, hətta AKP-nin Yaxın Şərqdə və Şimali Afrikada yürütdüyü siyasətə qarşı çıxdılar. Lakin Türkiyə Şimali İraqda, Suriyada, Liviyada uğurlu antiterror əməliyyatları keçirməklə, İslam dünyasının geosiyasi güc mərkəzlərindən birinə çevrildi. Hazırda bu təsirin Qaqauziyadan Qırğızıstana qədər türk dilli xalqların yaşadığı geniş coğrafi məkanda yayılması müşahidə olunur.

Ona görə də ekspertlər Türkiyəni həmin bölgələrdə Rusiyanın əsas rəqibi adlandırır. Bu, mərhum prezident Turqut Özalın 1993-cü ildə həyata keçirmək istədiyi siyasətə dönüş kimi də şərh olunur.

“Türkiyənin liderliyi ələ alması Qərbi narahat edir”

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd etdi ki, Türkiyə həm ərəb coğrafiyasında, həm də türk dünyasında ciddi geosiyasi nüfuz qazanıb. Bu proses özünü daha çox Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə göstərməkdədir. Ancaq bir sıra böyük dövlətlər Türkiyənin güclənməsini qısqanclıqla qarşılayır və bu təsirin artmasına mane olmağa çalışır:

“Türkiyə Yaxın Şərqdə və xüsusilə qonşu olduğu ərəb ölkələrində özünü geosiyasətini yürüdüb və hazırda bu proses edir. Sadəcə, Türkiyənin bir müsəlman dövləti olaraq liderliyi ələ alması Yaxın Şərqdə olan siyasi rejimləri və onlara dəstək verən Qərb ölkələrini narahat edir. İlk növbədə, ABŞ, onun Yaxın Şərqdəki müttəfiqi olan İsrail və bəzi Avropa Birliyi ölkələri də Türkiyənin siyasətini qısqanclıqla qarşılayır. Ona görə də Türkiyənin islam coğrafiyasında nüfuzunun qarşısını almaq üçün bir neçə ildir ki, mübarizə aparılır. Bir tərəfdə, Qərb dairələri tərəfindən yaradılmış diktatura rejimləri, digər tərəfdə onlara hamilik edən ölkələr Türkiyənin nüfuzunun yayılmasına qarşı dirəniş göstərir. 2011-ci il “Ərəb baharı” hadisələri də göstərdi ki, Türkiyənin və hakimiyyətin başında dayanan Rəcəb Tayyib Ərdoğanın nüfuzu çox böyükdür. Hələ də müsəlman dünyasında prezident Ərdoğanı islam lideri, türk lideri kimi qəbul edirlər. Həm Ərdoğan amilini, həm də Türkiyə amilini Yaxın Şərqdə olan bütün müsəlmanlar qəbul edir. Bu prosesin uzun müddət davam edəcəyini düşünürəm. Eyni zamanda, İran məsələsini də diqqətdən qaçırmaq olmaz. Türkiyənin bölgədə təsirinin artmasına İran da mane olmağa çalışır. İran çalışır ki, Yəməndə, Bəhreyndə, İraqda, Livanda, Suriyada Türkiyə uğur qazanmasın. Ancaq Türkiyənin islam coğrafiyasında nüfuzdan düşdüyünü söyləmək mümkün deyil. Pakistan başda olmaqla, bir sıra ölkələr Rəcəb Tayyib Ərdoğanı İslam lideri kimi qəbul edir. Sadəcə, Qərbin maraqlarına xidmət edən bəzi amillər buna mane olur. Türkiyənin türk dünyasında aktivləşməsinə gəlincə, bunun üçün ciddi mühit mövcuddur. Türkdilli xalqlar arasındakı dil və mədəniyyət yaxınlığı, insanların qan qohumluğu Türkiyənin bu bölgədə fəaliyyəti üçün münbit şərait yaradır. Türkiyə xarici siyasətində müəyyən dəyişikliklər edib ki, burada da uğur Azərbaycandan keçir. Çünki türk dünyasının Türkiyədən sonra ən güclü ölkəsi Azərbaycandır. Türkiyənin türk dünyasına çıxışı üçün Azərbaycan əsas geosiyasi amildir”.

“Qarabağın azadlığı Mərkəzi Asiya ölkələrini cəsarətləndirdi”

Politoloq hesab edir ki, Türkiyənin Mərkəzi Asiyada fəallaşaraq uğur qazanmasında başlıca rol oynaya biləcək amillərdən biri Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində ciddi nailiyyət əldə etməsi ilə bağlıdır:

“Doğrudur, bu münaqişə tam həll olunmasa da Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun və digər ərazilərinin Türkiyənin siyasi dəstəyi ilə azad olunması türkdilli dövlətləri daha da cəsarətləndirdi. Çünki Qarabağdakı müharibə Türkiyənin gücünü ortaya qoydu. Türkiyənin gücünü həm də türkdilli ölkələr gördü. Bu da onlarda əminlik yaratdı ki, Rusiyaya qarşı bir alternativ var. Bu da onların qan qohumu olan Türkiyədir. Zamanında Türkiyədən məsafə saxlayan Özbəkistan kimi ölkələr çox sürətlə Ankara ilə yaxınlaşmağa başladı. Bu gün Qazaxıstanın əleyhinə çox sərt ritorikalar səslənir. Ona görə də Qazaxıstan Rusiyadan müdafiənin yeganə alternativini artıq Avroatlantik məkanda deyil, məhz Türkiyədə görür. Bu məsələdə Qarabağ müharibəsi ciddi rol oynayıb. Nəticədə, Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyadakı türk dövlətlərinə çıxış imkanı əldə edir ki, bu da Yaxın Şərqə alternativ yolun açılması deməkdir. Həmçinin, Türkiyə bu yol vasitəsilə Hindistana, Pakistana aparan nəqliyyat dəhlizinə sahib olur. Avropa ilə Çin arasındakı “Bir kəmər-Bir yol” nəqliyyat və ticarət dəhlizi məhz Türkiyə və Azərbaycan keçir. Bu yolun davamında Qazaxıstan, Türkmənistan kimi dövlətlər iştirak edir. Bunu nəzərə alan AKP iqtidarı potensial imkanları dəyərləndirərək milliyətçilərlə birlikdə türk dünyasına açılış siyasətini ortaya qoyub. Bunun da çox ciddi uğurlar gətirəcəyini düşünürəm. Həmin proseslər regionda digər güc mərkəzlərinə qarşı Azərbaycanın Türkiyə ilə birlikdə imkanlarını artıracaq. Çünki pandemiyadan sonra formalaşacaq yeni dünya düzənində əsas yerlərdən birini başda Türkliyə olmaqla türk dünyası tutacaq. Böyüyən Çinin qarşısında, Türkiyənin əleyhinə çıxan ABŞ və Avropa Birliyinin fonunda, bütün cəbhələrdə Türkiyəyə rəqib mövqe tutan Rusiyanın qarşısında , Yaxın Şərqdə Türkiyə ilə rəqabət aparan ərəb diktarorlarının, Türkiyəyə düşmən kimi davranan İran-fars siyasətinin qarşılığında türk birliyinə ehtiyac var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru