Gürcüstandakı seçkilərə sözardı: bizi nə ayırır, nə birləşdirir?... - TƏHLİL
Tarix: 3-11-2020, 08:43 | Çap et
Bəli, zaman göstərdi ki, elə məqamlar var, onlar hətta koronavirus pandemiyasından da qat-qat üstün və güclüdür. Məsələn, kimsə fərz edə bilərdimi ki, azərbaycanlılar üçün otuz illik Dağlıq Qarabağ müharibəsinin ən uğurlu fazası məhz elə koronavirus dövrünə təsadüf edəcəkdir?..
Eyni sözləri qonşu Gürcüstan haqqında da demək mümkündür. Bir çox siyasi müşahidəçilər düşünürdü ki, bu ölkənin hakim partiyasi pandemiyadan istifadə edərək ya seçkiləri ümumiyyətlə qeyri-müəyyən müddətə təxirə salacaq, ya da ən yaxşı halda başqa bir vaxta keçirəcək.
Amma di gəl, bunların heç biri olmadı. Əksinə, ötən şənbə KİV -lər bəyan etdi ki, Gürcüstanda seçkilər baş tutubdur. Bəli, seçicilər pandemiyaya baxmayaraq məntəqələrə gəliblər, hakim partiya isə, ən azı ilkin məlumatlara görə, seçkilərə mane olacaq bir hərəkət etməyibdir.
Ümumilikdə götürdükdə, indi seçkilər baş tutubdur, amma bir neçə dairədə təkrar seçkilərin keçiriləcəyi də istisna olunmur. İstisna deyil ki, nəticələr tam rəsmi elan olunanda hakim partiyanın da ünvanına hansısa ittihamlar səslənəcəkdir. Amma düşünürük ki, ciddi pozuntular olsaydı müxalifət artıq elan edərdi -gürcü müxalifətinin bunları elan etmək üçün gücü və resursları vardır.
Bu seçkilər nə ilə diqqəti çəkirdi? Əvvəlcə qeyd edək ki, onlar əsasən proporsional sistem üzrə keçirildi -belə ki, deputatların əksəriyyəti məhz bu sxem üzrə seçildi.
Amma biz həmişə demişik ki, seçkiləri onların hansı sistem üzrə keçirilməsi demokratik etmir, onların demokratik olması üçün namizəd və seçicilər üçün bərabər imkanlar yaradılmalı, seçkilərin açıqlığı təmin olmalı və ən əsası da səslər düzgün hesablanmalıdır.
Bir çoxu da düşünürdü ki, bəs son illərdə Gürcüstanın avropalaşması formal və yaxud görüntü xarakteri daşıyır, burada da seçkilər proporsional və ya majoritar qayda ilə yox, köhnə sovet və ya post-sovet qaydası ilə keçiriləcək, çünki gürcülər də Avropa qiyafəli olsalar da hələ də əsasən sovet adamları, yəni homo-sovetikuslar olaraq qalırlar.
Odur ki, son seçkilər Gürcüstan üçün bir növ sınaq və yaxud da ki, imtahan idi. Əlbəttə, qarşıdan gələn günlərdə tamam mümkündür ki, biz başqa bəyanatlar da eşidəcəyik, çünki müxalifət də özünün yekun mövqeyini bəyan etməlidir. Amma müxalifətlər həmişəmi doğru danışır? Təəssüf ki, buna heç də həmişə “hə” cavab vermək olmur, çünki köhnə sovet siyasi mentaliteti onlara da yad deyildir.
Ona görə də hamı, post-sovet məkanının hakim partiyaları və müxalifətləri də çalışmalıdırlar ki, heç kimin seçkilərin keçiriməsinin sisteminə, seşkinin, necə deyərlər, texniki tərəflərinə bir iradı olmasın.
Bir baxın, Avropada, məsələn, Fransa, Almaniya və yaxud da Britaniyada heç kimin ağlına belə gəlmir ki, hakim partiyaları seçkiləri qeyri-düzgün keçirməkdə ittiham etsinlər.
Düzdür, son illərdə müxtəlif ölkələrdə keçirilən seçkilərə kiber-hücumlardan da danışılır. Məsələn, D.Trampı hələ də ittiham edirlər ki, guya ruslar seçkilərin nəticələrini onun xeyrinə dəyişiblər. Amma bunu, kiber-müdaxilələri təsdiq edəcək inandırıcı dəlillər hələ ki, yoxdur...
Gürcüstan mövzusunu digər aspektlərinə gəldikdə, bu ölkənin bizim üçün çox böyük önəmi var və bu qarşılıqlıdır, baxmayaraq ki, gürcülərin heç də hamısı bunun fərqində deyil.
Burada da güman ki, dini amillər və yaxud stereotiplər rol oynayır, hərçənd, Gürcüstançün də təhlükə onunla qonşu olan müsəlman ölkələri yox, “xristian” Ermənistandır, çünki əsasən ermənilər yaşayan Cavaxeti bölgəsi potensial separarizm yuvası və yaxud ünvanıdır.
Bəzi təhlilçilər belə bir detala diqqət yetirirlər ki, Azərbaycanla Gürcüstan fərqli geosiyasi müstəvidədir - Bakı hərbi bloklara qoşulmamaq siyasəti yürüdür, Tiflis isə NATO-ya can atır. Amma bu zahirən belədir və əsas odur ki, Ermənistandan fərqli olaraq, Bakı və Tiflis müstəqil siyasət yürüdür və onların cəmiyyətləri üçün ölkələrinin müstəqilliyi ən əsas dəyər, ən ali prioritet hesab olunur.
Amma başqa nüans da var. Dünyanı hələki geopolitikanın qanunları idarə edir. Amma zaman keçdikcə müxtəlif dəyərlər sisteminin, ilk öncə də demokratik dəyərlərin önəmi artır. Çalışmaq lazımdır ki, Bakı ilə Tiflis arasında dəyərlər uçurumu yaranmasın, çünki təkcə coğrafi və ya tarixi köklər bizi birləşdirmir, “sementləyici” rolunda müasir dünyada siyasi və ictimai mədəniyyət də çıxış edir, siyasi və ictimai institutların yaxınlığı da öz sözünü deyir. “Asiyalı-avropalı” kimi tarixi bölgü artıq aradan qalxır, çünki Asiya ölkələri hətta bəzi Avropa ölkələrini geridə qoymaqdadır. Amma təəssüf ki, bu, əsasən iqtisadi sferanı əhatə edir və Qərblə Şərq arasında siyasi dəyərlərə görə polyarlaşma qalmaqdadır və biz çalışmalıyıq ki, bu, Bakı ilə Tiflis arasında baş verməsin... Hüseynbala Səlimov \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|