Afrin əməliyyatı - kiçik ərazidə oynanan böyük oyun
Tarix: 23-01-2018, 09:42 | Çap et
Yanvarın 22-də Türkiyə ordusu və müttəfiq qüvvələrin Suriyanın Afrin vilayətinə qarşı əməliyyatı davam etdirilib. “Zeytun budağı” adı verilmiş əməliyyat çərçivəsində müxalif “Azad Suriya Ordusu” (ASO) qüvvələri Afrinin içərilərinə doğru 7,5 kilometr irəliləyib.
Qeyd edək ki, əməliyyatın ikinci günündə Türkiyə Silahlı Qüvvələri 32 təyyarə vasitəsilə 45 hədəfi məhv edib. “Habertürk” kanalının məlumatına görə, əməliyyatın ikinci günü ASO bölmələri Azez-Gülbaba sərhəd xəttindən Afrin ərazisinə daxil olub. Qeyd edək ki, bəzi iddialara görə, əməliyyatda 25 min ASO və digər müxalif qruplardan olan döyüşçülər və 6400 nəfərlik Türkiyə hərbi qüvvələri qatılıb. Türkiyə ordusu ikiqat sürətlə irəliləyərək 4 günlük yolu iki günə keçib və 48 saat ərzində 7.5 kilometr Azez içərilərinə daxil olub.
Bu arada məlum olub ki, Afrinin mərkəzindən mülki əhali qaçır. Rusiyanın Suriyadakı əməliyyat qərargahından verilən məlumata görə, son 24 saat ərzində 1000 min nəfərdən çox qadın və uşaq Afrini tərk edib. Əhali Tel Acar yaşayış məntəqəsinə doğru qaçır. Əhalinin bir qismi isə oradan Hələb şəhərinə doğru gedir.
Bu arada məlum olub ki, Türkiyə ordusunun Baş Qərargah rəisi, general Hulusi Akar “Zeytun budağı” əməliyyatının gedişini izləmək üçün qoşun komandirləri ilə birlikdə Hatay vilayətinə gedib.
BBC-nin məlumatına görə, Fransa hökumətinin tələbi ilə yanvarın 22-də axşam Bakı vaxtı ilə saat 19-da BMT Təhlükəsizlik Şurası Türkiyənin Afrin əməliyyatını müzakirə edib. Fransa xarici işlər naziri bildirib ki, Afrin əməliyyatı ilə bağlı türkiyəli həmkarı ilə danışıqlar aparıb və Suriyadakı vəziyyətlə, Quta, İdlib və Afrindəki olaylarla bağlı BMT TŞ-nin toplantısını onlar çağırıblar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğli isə bəyan edib ki, Afrin əməliyyatını BMT TŞ-nin müzakirəsinə çıxaran ölkəni “müttəfiq” deyil, “terrora dəstək verən ölkə” olaraq görəcəklər. Yeri gəlmişkən, BMT TŞ-nin 5 daimi üzvündən biri - ABŞ Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı qayğılarının olduğunu, Rusiya isə ABŞ-ın təktərəfli Suriya siyasətinin “Ankaranı qəzəbləndirdiyini” bəyan edib.
Qeyd edək ki, Türkiyə uzun müddət sərhədlərində möhkəmlənən PYD/YPG terror qruplaşmasını sərhədlərindən təmizləmək üçün şənbə günü saat 11-də əməliyyata başlayıb. Əməliyyatda 25 min nəfərə yaxın əsasən ASO, “Levlek əş-Şam” və digər qrupların birləşməsi və Türkiyə ordusu iştirak edir. Əməliyyatın əsas məqsədi YPG-ni Afrin rayonundan çıxarmaq, bölgədə Türkiyə və müttəfiqlərinin nəzarətini təmin etmək, təhlükəsizlik bölgəsi yaratmaqdır. Baş nazir Binəli Yıldırım bildirib ki, əməliyyatın əsas hədəfi Türkiyə-Suriya sərhədindən 30 kilometr içərilərə doğru təhlükəsizlik zonası yaratmaqdır.
Ötən ay Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində təmizləmə əməliyyatları başladıb. Rusiya və İranın dəstək verdiyi bu əməliyyat hazırda davam edir və hökumət qüvvələri vilayətin böyük bir qismini müxaliflərdən azad edib. Türkiyə hakimiyyəti daha öncədən mövqeyini ortaya qoyaraq Afrin kimi sərhəd rayonundan kürd silahlılarının çıxarılmasını tələb edib.
Afrinin azad edilməsi əməliyyatı Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ötən il avqustda başlayan “Fırat kalkanı” əməliyyatı nəticəsində Türkiyə ordusu Əziz-Cerablus xəttində 100 kilometrə qədər uzunluğunda 2 min kv.km ərazini İŞİD-dən azad edib. Bu əməliyyatın davamı Afrində olmalıdır ki, Türkiyə sərhədinin bir qismini özü, yəni müttəfiqlərinin nəzarətinə versin. Afrin coğrafi olaraq Türkiyənin ərazilərinə daxil olan bir çıxıntıdır və rəsmi Ankaranın bəyan etdiyi kimi, bir çox terrorçu qruplar Afrini Türkiyəyə keçid məntəqəsi kimi istifadə edirlər.
Rəsmi məlumata görə, Afrinin mərkəzində 50 min mülki insan yaşayır. Ərazidə ümumilikdə 8-10 min arası YPG və müttəfiq qüvvələri var. İlk bombardmanlarda 100-dən çox terrorçu məhv edilib. Ancaq əməliyyatın tezliklə başa çatacağını demək tələsik olardı. Afrin əməliyyatının sonrakı gedişi Türkiyə və ABŞ-ın anlaşmasından asılı olacaq. Əgər amerikalılar kürdlər üçün uyğun variant təklif edərlərsə, kürdlər geriyə - Qamışlı-Raqqa bölgəsinə geri çəkilə bilərlər.
Yox, əgər anlaşma olmasa, kürdlər müqavimət göstərməyə davam edəcək. Bu isə o deməkdir ki, savaş uzanacaq. Çünki ərazinin şəraiti mürəkkəbdir, Kobanidə və Raqqada olduğu kimi küçə döyüşləri olacaq. Bu isə yorucu və ağır müharibə deməkdir. Məsələnin daha bir mənfi tərəfi kürdlərin Kobanidə və digər şəhərlərdə vuruşan kürdlərin ciddi döyüş təcrübələri və həm də amerikalı təlimatçıların öyrətdiyi döyüş taktikaları var. Ötən ilin yayında Vaşinqton kürdlərə 300 milyon dollarlıq silah-sursat verib.
Kürdlərdən fərqli olaraq ASO-nun bu qədər təcrübəsi və savaş bacarığı hələ ki müşahidə olunmayıb. Bu da “Fırat Kalkanı” əməliyyatında olduğu kimi, gücün Türkiyə ordusunun üzərinə düşəcəyinə işarədir. Bu o deməkdir ki, Afrin əməliyyatı uzana bilər. Ancaq istənilən halda Türkiyə üçün geri yol yoxdur, Afrin azad edilməlidir.
Kürdlər rusları, ruslar isə amerikalıları
Maraqlıdır ki, artıq bəzi kürd aktivlər Rusiyanı onları satmaqda ittiham edib. Rusiya mediası isə kürdlərin növbəti dəfə amerikalılar (Qərb) tərəfindən aldadılaraq yalnız qoyulduğunu yazır. Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın kürdləri Dəməşqlə dialoqdan uzaqlaşdırdığını və onları separatçılığa təhrik etdiyini iddia edib.
Lavrov eyni zamanda deyib ki, kürdlər gələn ay keçiriləcək Suriya Milli Dialoq Konqresinə dəvət olunanlar siyahısındadır. Rusiya XİN rəhbəri bildirib ki, ABŞ kürdlərin əli ilə provokasiyaları davam etdirir.
Hazırkı vəziyyəti mürəkkəbləşdirən ən önəmli detal kürdlərin gələcək taleyinin Afrindəki əməliyyatdan asılı olmasıdır. Əgər Afrin sürətli şəkildə həll olarsa, o zaman növbəti ünvan Raqqa və digər kürd (SDQ) bölgələri olacaq. Bunu indi hər kəs yaxşı anlayır. Bu mənada Suriya kürdlərinin gələcək taleyi həm də Ankaradan asılıdır. Formal olaraq Ankaranın müttəfiqləri olan Rusiya və İran Afrin əməliyyatına qarşı çıxış ediblər. O cümlədən rəsmi Dəməşq də Afrin əməliyyatını ərazi bütövlüyünə təhdid adlandırıb. Ancaq aydın məsələdir ki, bu daha çox beynəlxalq sənədlər üçün edilən formallıqdır. İstənilən halda hazırda Suriyanın 30 faizə yaxın ərazisinə nəzarət edən kürdlərin cəzalandırılması həm Dəməşq, həm də onun müttəfiqləri olan Rusiya və İran üçün göydəndüşmədir. Üstəlik, kürdlər indi amerikalılarla birgə hərəkət edir.
Beləliklə, Yaxın Şərqdə daha bir mürəkkəb hərbi-siyasi kampaniya artıq start götürüb. Afrin kiçik bir ərazi olsa da, bölgənin taleyi üçün önəmi çoxdur. Bu əməliyyat həm də Suriya kürdlərinin gələcək taleyi ilə bağlı cavabsız suallara aydınlıq gətirəcək. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Bu gün, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Bu gün, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Bu gün, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Bu gün, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Bu gün, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
|