Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Tarix: 29-11-2017, 09:09 | Çap et
Astana Mərkəzi Asiya dövlətlərinin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, sammitin keçirilməsi üçün yaz bayramı - martın 21-i tarixi seçilib. Görüşün keçirilməsi regional problemlərin həlli və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək zərurətindən doğub. Tədbirə rəhbərliyi də Nursultan Nazarbayev həyata keçirəcək. Ekspertlər hesab edirlər ki, nəticəli dialoq iki istiqamət əsas götürülərsə mümkündür. Bu istiqamətlər isə sərhəd və su-enerji əməkdaşlığıdır. "Bu gün Mərkəzi Asiyada ənənəvi dostluq və qardaşlıq münasibətlərinin konsolidasiyası müşahidə edilir. Və biz bütün qonşularımızla Mərkəzi Asiya liderlərinin qeyri-formal məsləhətləşmələrində əldə olunan təşəbbüsləri həyata keçirmək üzərində işləyəcəyik. Hesab edirik ki, ən gözəl tarix yaz bayramı – Novruzdur. Bu tarix Mərkəzi Asiya liderlərinin bizim liderimiz Nursultan Nazarbayevin sədrliyi ilə müvafiq toplantısının keçirilməsi üçün simvolik fon rolunu oynaya bilər”, - deyə Qazaxıstan xarici işlər naziri Kayrat Abdahmanov ölkənin ilk prezidenti günü ilə bağlı keçirilən beynəlxalq parlament konfransında bildirib.
Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev qeyd edib ki, birinci regional sammitin keçirilməsi barədə təşəbbüsün məhz Qazaxıstan tərəfindən irəli sürülməsi böyük rezonans doğurub. Bu ölkə müxtəlif inteqrasiya layihələrinin keçirilməsinin qızğın tərəfdarıdır. Özbəkistanın mərhum prezidenti İslam Kərimov belə təşəbbüslərə laqeyd yanaşır, region dövlətlərinin "birləşməsi”nə biganə idi. İndiki rəhbərlik isə əksinə, belə layihələri dəstəkləyir. Məsələn, prezident Şafkat Mirzoyeyev hətta Mərkəzi Asiya dövlət başçılarının Məsləhətçi Şurasının təsis edilməsini təklif edib. Onun qənaətincə, bu, regional problemləri ən yüksək səviyyədə müzakirə etməyə və onların həllinin axtarıb tapmaq yollarını tapmağa imkan verər. Özbək lideri qeyd edib ki, söhbət yeni beynəlxalq təşkilat və yaxud inteqrasiya strukturunun yaradılmasından getmir. Onun sözlərinə görə, yeni platformanın fəaliyyəti sırf problemlərin həllinə yönələcək.
Daşkəndin Məsləhətçi Şuranın təsis edilməsin təklifinə ilk reaksiya verən elə onun qazax həmkarı olub. Sonradan digərləri də təklifi dəstəkləyiblər.
Yeri gəlmişkən, regionda müxtəlif vaxtlarda müxtəlif inteqrasiya təşəbbüsləri irəli sürülüb. Məsələn, 2007-ci ildə N. Nazarbayev Mərkəzi Asiya dövlətləri İttifaqının yaradılması təşəbbüsünü irəli sürmüş və bildirmişdi ki, region daxili imkanları ilə özünü ərzaq və enerji resursları ilə təmin edə bilər. Lakin bu təklif elə layihə olaraq da qaldı. Qazax ekspertin qənaətincə, Özbəkistan liderinin təklifi regionda pozitiv reaksiya doğurub. "Qazaxıstan inteqrasiyanın tərəfdarıdır və bu cür təşəbbüsləri dəstəkləyir. Özü də Astana və Daşkənd regionda əhəmiyyətli strateji tərəfdaşdırlar. Astana Daşkəndlə tək dövlət başçıları səviyyəsində deyil, hərtərəfli sıx münasibətlər qurmağa can atır”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, ideya bir sıra aspektlərdən maraqlıdır. Ən əsası, dövlətlər və yaxud ölkələrin blokları arasında siyasi bəyanatlar deyil, konkret biznes maraqları durmalıdır. Əgər dövlətlərarası qarşılıqlı münasibətlərdən söhbət gedirsə, burada daha çox diqqət sərhəd məsələlərinə ayrılır. Onun qənaətincə, əgər Qazaxıstan və Özbəkistan yaxınlaşma siyasətinə başlasalar, sonra əsas məsələ regionun ən problemli ölkəsi hesab edilən Tacikistanı birliyə cəlb etmək olacaq: "Qırğızıstana gəldikdə, bu ölkə ilə də bağlı problem var. Bişkek siyasi oyunları deyil, iqtisadi praqmatizmi rəhbər tutub inteqrasiyaya yaxınlaşacaqmı? Bu ölkə son vaxtlar siyasi məsələlərə daha çox yer ayırır”. İndi bütün diqqət Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekovun atacağı ilk addımların nədən ibarət olacağına yönəlib. Ekspert də hesab edir ki, perspektivdə regional blokun yaradılması yalnız iki istiqamət üzrə inkişaf edərsə mümkündür – sərhəd və su-enerji əməkdaşlığı varsa.
Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr əmindir ki, regionda fikir ayrılıqları olub və çox güman ki, bundan sonra da olacaq. "Bu, qaçılmazdır – ölkələr müxtəlifdir. Bu yarımərkəzləşmiş regiondur. Lakin əsrlər boyu onlar bir-biri ilə sıx tellərlə bağlanıb. Bir-biriləri ilə qarşıdurma vəziyyətində olduqları dövrlər isə geridə qalıb. İndi onlar dayaq nöqtəsi axtarışındadırlar və bu da müsbət qiymətləndirilməlidir”, - deyə amerikalı ekspert vurğulayıb. Onun qənaətincə, əgər region dövlətləri Əfqanıstanı da özlərininki hesab etsələr, onda uğur daha böyük ola bilər. "Əfqanıstanı Mərkəzi Asiyanın qonşu dövləti kimi deyil, bir hissəsi kimi nəzərdən keçirmək gərəkdir. Bu ölkənin sakinlərinin böyük bir hissəsi islam dininin radikal kəsiminin təmsilçiləridir. İndi bu ölkənin yaxşı imici mövcud deyil. Lakin gələcəkdə uğurlu ölkəyə çevrilməsi mümkündür. Konkret olaraq Cənubi Koreya nümunəsi var. Onun təbii resursları mövcud deyildi, ali təhsilli insanları da az idi. Lakin Koreya uğur qazanmağa müvəffəq oldu. Əfqanıstanın isə təbii resursları və ideal coğrafi imkanları var. Bu ölkə Mərkəzi Asiyanın tən ortasında yerləşir. Ən nəhayət, Əfqanıstan vasitəsilə nəqliyyat marşrutları inşa ediləcək və əfqanlar da ticarət aparmağın yollarını yaxşı bilirlər”, - deyə ekspert bildirib. Öz növbəsində Dosım Satpayev hesab edir ki, xarici oyunçular istənilən təşəbbüsü dəstəkləməyə hazırdırlar. "Əgər həmin təşəbbüslər Mərkəzi Asiyada regional təhlükə və siyasi risklərin tempini aşağı salmağa xidmət edəcəksə, onda niyə də dəstək almasın”, - deyə qazax ekspert bildirib.
Beləliklə, əsas olan odur ki, ilk baxışdan cəlbedici və dəstəklənməli olan sammit təşəbbüsü ortaya atılıb və bir neçə dövlət də ona dəstək verib. Sözsüz ki, bu təşəbbüs reallaşarsa, region dövlətləri arasında inteqrasiya və problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Qalır sadəcə, təşəbbüsü digər dövlətlərin də ciddi şəkildə dəstəkləməsi. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|