Senatda Tramp gərginliyi
Tarix: 10-06-2017, 10:01 | Çap et
Trampın ABŞ prezidenti seçilməsiylə qalmaqalların artacağı barədə ehtimallar özünü doğrultmaqdadır. Prezidentliyinin ilk günündə gah onu Rusiya ilə sıx münasibətlərdə ittiham etdilər, gah da müşavirləri istefa verdi. Bu dəfə isə onun impiçmenti məsələsi gündəmə gətirilib. Qərb mətbuatının yaydığı məlumata görə, Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ qanunvericiləri qarşısında ifadə verib. Federal Təhqiqat Bürosunun sabiq direktoru Trampın fevral ayının 14-də Maykl Flinnin təhqiqatına dair "burax bu məsələni” deməsi barədə də danışıb. O deyib ki, Trampın bu sözlərini bir göstəriş kimi qəbul edərək, hədsiz dərəcədə narahat olub. Onun Trampla görüşünün mətbuata necə sızmasına dair sualın cavabında Komi bunu yaxın dostu ilə bölüşdüyünü və məlumatı mətbuata verməsini istədiyini bildirib. Komi prezidentə 3 dəfə onun təhqiqata alınmadığını dediyini bildirib. Lakin bəzi müxalif demokratlara görə, Trampın Komidən təhqiqatdan əl çəkməsini istəməsi 1974-cü ildə sabiq prezident Riçard Nikson kimi onun da impiçment edilməsinə əsas verir. Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Flinni 24-cü iş günü vitse-prezident Mayk Pensə Rusiya səfiri ilə görüşü barədə yalan məlumat verdiyinə görə işdən çıxarıb. Kominin ifadə verdiyi dinləmələr son illər Vaşinqtonda keçirilən ən böyük Konqres dinləməsi olub.
Beləliklə, bütün dünyanın həyəcanla gözlədiyi dinləmələri bir neçə aparıcı telekanal canlı yayımlayıb. Xəbər verildiyi kimi, Ceyms Komi dinləmələrdən əvvəl ifadəsini yazılı təqdim edib və bu mətn mətbuatda yayılıb. Keçmiş FTB direktoru ifadəsində prezident Donald Trampla iki təkbətək görüşü və bir neçə telefon danışığı haqda detalları çatdırıb. Trampın ona vəzifədə qalmaq üçün milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı təhqiqatı dayandırmağı təklif etdiyini deyib. Habelə Tramp Komiyə təzyiq göstərib ki, ictimaiyyət qarşısına çıxıb, onun Rusiya məsələsinə görə təhqiqat altında olmadığını bəyan etsin.
C.Kominin dindirilməsi 3 saata yaxın davam edib, senatorlar onu sual yağışına tutublar. C.Komi ifadəsinin əvvəlində deyib ki, onu Konqres on il müddətinə FTB direktoru vəzifəsinə təyin etmilşdi: "Lakin mən indi başa düşürəm ki, prezident məni hər hansı səbəbdən və ya səbəbsiz olaraq işdən kənarlaşdıra bilərmiş”. Suallara cavab verərkən, C.Komi Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxiləsinə tam əmin olduğunu bildirib. Keçmiş direktor deyib ki, belə bir müdaxilənin mövcudluğunu ilk dəfə 2015-ci ilin yayında bilib. Komi Trampın onu guya işinin öhdəsindən yaxşı gələ bilmədiyinə görə vəzifədən çıxarmasına dair iddiasını rədd edib. Deyib ki, prezident onu işinin öhdəsindən gələ bilməməkdə ittiham edərək kollektiv qarşısında nüfuzdan salmaq istəyib. "Bu sözlər məni sarsıtdı, bunu təhqir kimi qəbul etdim”, - deyə keçmiş direktor bildirib. Komi əlavə edib ki, Tramp özü daha sonra FTB direktorunun Rusiya təhqiqatına görə işdən azad edildiyini etiraf edib. C.Komi deyib ki, əvvəllər prezident Obama ilə hər hansı danışıqlarının qeydiyyatını aparmasa da, prezident Tramp-a söhbətlərinin qeydiyyatını aparıb, çünki başa düşüb ki, Tramp bir gün bu söhbətlərin məzmunu barəsində yalan danışa bilər.
Keçmiş FTB direktorunun sözlərinə görə, prezident ona Rusiyaya dair təhqiqatın dayandırılması barədə birbaşa göstəriş verməyib. Bununla belə, prezident Maykl Flinnə dair təhqiqatın qurtarmasına ümid etdiyini bildirib. C.Komi deyib ki, o, bunu hərəkət üçün istiqamət kimi başa düşüb. Keçmiş direktorun sözlərinə görə, prezidentin onu vəzifədə saxlaması müqabilində nəsə gözlədiyini hiss edib.
Nə üçün prezidentin Rusiya təhqiqatına və Kominin ona sədaqətli olmasına dair söhbətlərinin qanunsuz olduğunu prezidentin dərhal və açıq şəkildə nəzərinə çatdırmadığına dair suallara cavab verərkən keçmiş direktor sarsıldığını, lakin qətiyyətli reaksiya vermədiyini etiraf edib. Keçmiş FTB başçısı deyib ki, vəzifədən Rusiyaya dair araşdırmanı apardığına görə çıxarıldığını düşünür. Kominin bildirdiyinə görə, vəzifədən çıxardılanadək Tramp onun işi barəsində heç bir tənqid və narazılıq bildirməyib. Komi Trampın seçki komandası ilə Rusiya rəsmiləri arasında kommunikasiyalara dair suallara açıq dinləmədə cavab verə bilməyəcəyini deyib.
Dindirmə başa çatdıqdan sonra ABŞ Senatı Kəşfiyyat Komitəsinin sədri Riçard Barr bəyan edib ki, dinləmələr az sonra bağlı qapılar arxasında davam etdiriləcək.
Ceyms Kominin ifadəsi ona görə kritik hesab olunurdu ki, Konqres keçmiş direktorun danışdıqlarına əsasən Trampın barəsində ədalətə müdaxilə ittihamı ilə impiçment prosedurunu başlada bilər. Doğrudur, Ceyms Komi dindirmə zamanı Trampın ona Rusiya ilə bağlı təhqiqatı dayandırmaq barədə birbaşa təzyiq etmədiyini deyib. Lakin onun Maykl Flinnə bağlı xahişi və FTB direktoruna vəzifədə qalmaq naminə Rusiya təhqiqatını dayandırmaq barədə eyhamlar vurması kifayət qədər ciddi məsələdir. Bu, prezident Trampın düşdüyü vəziyyəti qat-qat mürəkkəbləşdirir. Hələlik Tramp özü Kominin ifadəsini şərh etməyib, köməkçiləri onu Tvitter-dən təcrid etməyə çalışıblar. Bununla belə, Trampın vəkili Mark Kasovits bildirib ki, onlar Kominin özünə qarşı təhqiqatın başladılmasına çalışacaqlar. Çünki keçmiş FTB direktoru prezidentlə özəl söhbətinin detallarını birtərəfli qaydada mətbuata sızdırıb. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|