“QADINLARA QARŞI HƏSSAS OLMALIYIQ”
Tarix: 27-02-2012, 11:43 | Çap et
CƏMİYYƏTİMİZİN BU MƏSƏLƏDƏ CİDDİLİYİNƏ EHTİYAC VAR
Cəmiyyətimiz qadın və uşaq problemlərinə daima həssas və qayğı ilə yanaşmalıdır. Çünki, qadın bəşəriyyətin var olma səbəbidir, uşaq isə bəşəriyyətin gələcəyidir. Bunu "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Əliyeva mətbuata açıqlamasında bildirib.
"Azərbaycan cəmiyyətində qadına, uşağa və yaşlıya hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir", - deyən Kəmalə Əliyeva vurğulayıb ki, insanlara qarşı hər bir zorakılıq halı, o cümlədən, məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.
"Bununla əlaqədar olaraq, biz müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara, uşaqlara və yaşlılara qarşı məişət zorakılığı ilə mübarizə edirik. Biz anlayırıq ki, ilk növbədə, zorakılıq qurbanlarının müdafiəsi, onlara dəstək və yardım, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır" o deyib.
İctimai birliyin sədri söyləyib ki, onlar tərəfindən qaçqın və məcburi köçkün uşaqların, eləcə də, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz uşaqların sosial problemlərinin həllinə yönəlmiş müxtəlif layihələr də həyata keçirirlər.
"Biz bu layihələr çərçivəsində ölkəmizin demək olar ki, şimal zonasında yerləşən bütün rayonlarda olmuşuq, ictimai dinləmələr keçirmişik, həmin insanlar arasında maarifləndirici çap materialları paylamışıq, layihənin sonunda isə konkret təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etmişik. Bununla yanaşı, bu qəbildən olan uşaqların istedadlarının üzər çıxarılması istiqamətində də işlər görmüşük. Ötən il biz Gürcüstanda qaçqın və məcburi köçkün uşaqların rəsm sərgisini də təşkil etmişdik" Əliyeva əlavə edib.
Kəmalə Əliyeva söyləyib ki, bu gün vətəndaş cəmiyyətinin qurulmasında dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının uğurlu əməkdaşlıq modelinin mövcud olması sevindiricidir:
"Hazırda təşkilatımız bir çox dövlət və qeyri-hökumət qurumları ilə sıx əməkdaşlıq edir. Xüsusilə də, biz qadın və uşaqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir, keçirdiyimiz maarifləndirici tədbirlərdə Komitənin resurslarından səmərəli istifadə edirik. "Qadın və Uşaq Problemlərinin Araşdırılması" İctimai Birliyi 2010-cu ildə rəsmi olaraq qeydiyyatdan keçib, ancaq biz daha əvvəlcədən fəaliyyət göstərirdik. Təşkilat qadın və uşaqların problemlərinin araşdırılması, ana və uşaqların mühafizəsi, bu sahədə bacarıqların artırılması, ictimai həyatın bütün səviyyələrində qərar qəbuletmə proseslərində qadınların və kişilərin bərabər iştirakının və qender bərabərliyinin təmin edilməsi prinsiplərinə nail olmaq üçün yaradılıb. Əsas məqsədlərimiz qadın və uşaqlarla bağlı müvafiq informasiya bazasını təşkil etmək, bu sahədə olan problemlərin həllini müvafiq dövlət qurumlari ilə əlaqəli sürətdə həyata keçirmək, dövlət siyasətinin ictimai səviyyədə dəstəklənməsini təmin etmək, müxtəlif yerli və beynəlxalq donorlarla birgə müxtəlif layihələr həyata keçirmək və bu sahənin inkişafına dəstək vermək, qaçqın və məcburi köçkün ailələrin, ailə başçısını itirmiş, şəhid ailələrin, uşaqların, xüsusilə də, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli istiqamətində çalışmaq, qadın və uşaqların hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, həmçinin, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir".
Onun sözlərinə görə, bu gün inkişaf etmiş ölkələrdə bu problemlə ciddi şəkildə mübarizə aparılır. Eləcə də, bizim ölkəmizdə istər dövlət siyasəti kimi, istərsə də sosial inistitutlar, vətəndaş cəmiyyəti səviyyəsində bu problemlə hərtərəfli məşğul olunur:
"Zorakılıq halları respublika miqyasında epidemiya vəziyyətini alıb və bütövlükdə, bu, Azərbaycanın bütün regionlarında cəmiyyətin, ailənin, uşaq və qadınların fiziki, emosional, sosial və maliyyə statusuna mənfi təsir göstərir. Bizim təşkilat xüsusilə, regionlarımızda aktual problemə çevrilmiş ailədaxili zorakılıqla bağlı müxtəlif formalarda maarifləndirici tədbirlər - təlimlər, görüşlər keçirir. İstər hər hansı layihə çərçivəsində, istərsə də gündəlik iş prosesimizdə qarşımızda duran ən əsas məsələlərdən biri də məhz zorakılıqla mübarizədir. "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabineti "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı"nın təsdiq edilməsi və digər qanunvericiliklə nəzərdə tutulan məsələlərin həllində dövlət siyasətinə dəstək olmaq əsas məqsədlərimizdəndir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Bu gün, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Bu gün, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
|