İRANDAN BAKIDAKI HƏBSLƏRƏ SƏRT REAKSİYA
Tarix: 20-02-2012, 11:54 | Çap et
“BAKI ÇARƏ TAPMALIDIR, MÜXBİRİ HƏBS ETMƏKLƏ ÖRT-BASDIR ETMƏMƏLİDİR”
DİA.AZ: - Məlum olduğu kimi, İran televiziyasının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlı ötən gün Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun qardaşı Eldar Bayramlı bildirib ki, son 20 gündə jurnalisti dəfələrlə polis bölməsinə çağırıblar və siyasi baxışları haqda soruşublar. “5 polis əməkdaşı evə gələrək Anarı aparıb. Onlar saxlama haqqında heç bir sənəd təqdim etməyiblər”, - deyə Eldar bildirib.
Polislər saxlanmanın səbəbləri barədə onun qohumlarına məlumat verməkdən imtina ediblər. “Biz DİN-in “102” saylı növbətçi hissəsinə zəng etdik, oradan da cavab almadıq. Yalnız üçüncü zəngdən sonra bildirdilər ki, Anar qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur və onun üzərindən 4 qram heroin aşkar edilib”, - deyə Eldar vurğulayıb.
Qardaşı əmindir ki, A.Bayramlının üzərinə narkotik maddəni polis bölməsində qoyublar.
31 yaşlı A.Bayramov 5 ildir İran televeziyasında çalışır. O, “Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayıb.
Elə həmin gün Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanılıb. Saxlanmanın səbəbləri barədə məlumat yoxdur. Telekanal nümayəndəliyindən baş verənlərdən təəccübləndiklərini bildiriblər və saxlanmanın səbəbləri barədə məlumatın olmadığını deyiblər. Həbslər barədə İranın Bakıdakı səfirliyinə məlumat verilib.
Öz növbəsində İran səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib ki, səfirlik bu ölkə televiziyasının nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir. İsgəndərinin fikrincə, saxlanılan şəxslər, vicdanlı, düzgün adamlardır və öz işlərində peşəkardır. İsgəndəri hesab edir ki, İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vurulmasına yönəlib.
Onu da bildirək ki, artıq rəsmi Tehrandan bu həbslərə çox sərt reaksiyalar verilib. Yenə də fars-molla rejiminin antiAzərbaycan ruhlu ənənəvi təbliğat maşını Azərbaycanı ənənəvi üsulları ilə hədəfə alıb. DİA.AZ “Arannyus” portalında yer alan həmin materialı diqqətinizə çatdırır:
“Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə təhlilçi Həsən Behiştipur bildirib: Dindarların və İranın Teleradio Təşkilatının Bakıdakı yerli jurnalistlərinin geniş şəkildə həbsi Azərbaycan Respublikası hökumətinə bədnamlıqdan başqa heç bir şey nəsib etməyəcək. Həsən Behiştipur Beynəlxalq Səhər Kanalı ilə müsahibədə deyib: Azərbaycan Respublikası hökumətinin Mossadla və bu təşkilatın terrorçuları ilə əlaqələri məsələsini ört-basdır etməyə və onu inkar etməsinə baxmayaraq, bu əlaqələr icraçılar və həbs olunanlar tərəfindən ifşa olunub. Həbs olunanlarla əlaqədar sənədlər də yetərincə dəqiq və aydındır.
Azərbaycan Respublikası məsələləri üzrə bu tanınmış təhlilçi sonra deyib: İctimaiyyətlərin həqiqətlərini əks etdirmək jurnalist və mediaların vəzifəsidir. Əgər Azərbaycan Respublikası hökuməti bu ölkənin bəzi həqiqətlərinin media və jurnalistlər, o cümlədən İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin yerli müxbiri tərəfindən işıqlandırılmasından narazıdırsa, haqqı da var ki, narazı olsun, lakin medialarla düşmənçilik və mübarizə Azərbaycan Respublikası hökuməti və digər hər bir hökumətə bədnamlıqdan başqa bir şey qismət olmayacaq. Çünki bir medianı məhdudlaşdırmaq əsas problemi həll etmir. Azərbaycan Respublikasının əsas problemi bu ölkə daxilində və hakim siyasətlərdədir. Rəsmi Bakı bunun üçün çarə tapmalıdır, müxbiri həbs etməklə onu ört-basdır etməməlidir.
"Dindarların və siyasi ideyaları olan fəalların geniş şəkildə həbsi də əksəriyyətini müsəlmanlar təşkil edən və hamı, o cümlədən müsəlmanlar üçün hüquqi və siyasi azadlıqları təmin etdiyini iddia edən Azərbaycan Respublikası hökuməti üçün beynəlxalq səhnədə bədnamlıqdan başqa heç bir şeyi yoxdur. Dinə meylli şəxslərin geniş şəkildə həbsi Azərbaycan Respublikasında insan haqları vəziyyətini həddindən artıq məchul bir vəziyyətlə üzləşdirir və bu respublikanın hakimiyyətini repressiyaçı bir rejim kimi tanıtdırır. Başqa bir nəticəsi də yoxdur" –deyə Behiştipur bildirib.
Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə bu təhlilçi əlavə edib: Bu ilk dəfə deyil ki, rəsmi Bakı islamçı fəalların geniş şəkildə həbsi prosesini icra edir. Hərdən bir dəfə bu həbslər Azərbaycan Respublikasında kəskinləşir və beynəlxalq səhnədə bu respublikanın mənfi simasının təqdim olunmasına səbəb olur. Azərbaycan Respublikası hökuməti bilməlidir ki, xalqın etiqad və inancları ilə mübarizə və onun kökünü kəsmək mümkün olsaydı, SSRİ bu işi edə bilərdi. Lakin Azərbaycan Respublikası xalqı kommunistlərin 70 illik repressiyası və təzyiqləri qarşısında öz etiqadını əla formada qorudu və repressiyalar kommunistlər üçün yalnız bədnamlıq, lənət və qarğış gətirdi.
Həsən Behiştipur güclü soyuq hava şəraitində Azərbaycan Respublikasının müxtəlif bölgələrində elektrik və qazın verilməsinin geniş şəkildə dayandırılmasına görə son həftələr ərzində xalqın narazılıqlarını ifadə etməsinin geniş şəkildə həbslərin başlanmasına təsiri barəsində də deyib: Azərbaycan Respublikası xalqı bu məsələyə etiraz edir ki, nə üçün Eurovision mahnı müsabiqəsinin və onun kənarında gey paradın keçirilməsinə tədarük üçün külli miqdarda vəsaitin xərclənməsi yerinə əhalinin elektrik və qazının təmini üçün vəsait xərclənmir? Lakin bir məsələyə diqqət yetirmək lazımdır ki, elektrik və qazın təmini üçün investisiya uzun müddətli və orta müddətli investisiyalardandır. Ötən illərdə Azərbaycan Respublikası xalqının ehtiyac duyduğu elektrik və qazın təmin olunması üçün bu ölkədə qeyri-düzgün idarəçiliyə görə uzunmüddətli və ya orta müddətli investisiya qoyulmayıb. Hazırda gələn aylarda Eurovision mahnı müsabiqəsinin keçirilməsinə tədarükün görülməsi üçün Azərbaycan Respublikası hökuməti külli miqdarda büdcəni istiqamətləndirməzsə və hətta bu müsabiqə keçirilməzsə, ötən illərdə qaz və elektrik qıtlığı problemi qeyri-düzgün funksiyanın kökünə görə belə asanlıqla həll olunmayacaq.
Behiştipur əlavə edib: Azərbaycan Respublikası hökuməti Eurovision mahnı müsabiqəsinin keçirilməsinə tədarük üçün çoxlu vəsait sərf etməklə çalışır ki, özünün "müsbət" imicini dünyada nümayiş etdirsin. Lakin Azərbaycan Respublikasında bu müsabiqəyə və homoseksualların paradına etiraz edənlərin həbsi və repressiyası səbəb olub ki, rəsmi Bakı bu hərəkətinin əks nəticəsini alsın və dünyada özünün çox mənfi simasını nümayiş etdirsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|