Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                 

“YAŞADIQLARIMI YENİDƏN YAŞAMAQ İSTƏMƏZDİM”
Tarix: 17-02-2012, 14:07 | Çap et
“YAŞADIQLARIMI YENİDƏN YAŞAMAQ İSTƏMƏZDİM”

RAFİQ ƏLİYEVLƏ MARAQLI SÖHBƏT

Məlum olduğu kimi, fevralın 10-da Azərbaycanın dünya şöhrətli alimi akademik Rafiq Əliyevin 70 yaşı tamam oldu. 70 illik yubileyini də özünəməxsus sadəlik və təvazökarlıqla doğmalarının əhatəsində qeyd edən, sanki bununla hər cür dəbdəbə və təmtəraqdan ucada dayandığını diqqətə çatdıran hörmətli akademik, bütün çıxışlarında olduğu kimi qəzetimizə bugünkü müsahibəsində də maraqlı fikirlər səsləndirdi. İnanırıq ki, hədsiz səmimiyyəti və yalnız R.Əliyevə məxsus heyrətamiz məntiqiliyi ilə diqqət çəkən bu müsahibə bizə sevimli alimimizi daha yaxından tanımaqda kömək edəcək, gənc və yeniyetmə nəsillər üçün isə həm də yüksək əxlaqi-mənəvi dəyərlərə çağırış rolunu oynayacaqdır.

- Rafiq müəllim, fevralın 10-da 70 illik yubileyiniz tamam oldu. Maraqlıdır, 70 illik ömür yoluna nəzər salan Rafiq Əliyev bu ömrü bir neçə kəlmə ilə necə xarakterizə edə bilər?

- Deyə bilmərəm ki, sıfırdan yetmişə kimi keçən həyat traektoriyam optimal olub. Yəni, bütün mümkün olan traektoriyalar içərisində, yaşamlar içərisində özüm və cəmiyyət üçün ən əlverişlisi olubdur. Bir onu bilirəm ki, bir neçə vacib həyat atributlarında səhvə yol verməmişəm. Birincisi, peşə seçimində. Zaman maşınını geri qaytara bilsəydim, yenə də bu peşəmin üstündə dayanardım, elm yolu ilə gedərdim və idarəetmə, kibernetika sahəsini seçərdim. İkincisi, həyatda bir şeydə də səhv etmək olmaz – həyat yoldaşının seçilməsində. Tanrıya minnətdaram ki, mənə gözəl həyat yoldaşı və layiqli ailə bəxş etdi. Üçüncüsü, bir şeydə səhv etməmişəm ki, xəyanətdən, məddahlıqdan, nəfsə qul olmaqdan özümü qoruya bilmişəm. Həmişə çalışmışam ki, xalqımın, millətimin mənafeyini daha üstün tutum, həqiqətin yanında olum. Səhvsiz həyat olmur. Ölkəmizin parçalanmasında, cəmiyyətimizin indiki durumda olmasında bütün Azərbaycan vətəndaşları kimi mən də özümü günahkar sayıram. Optimallıq prinsipinə görə zamana görə həyatın gərək bütün mərhələləri optimal olsun. Ömür vəfa eləsə, çalışacam ki 70-dən sonrakı mərhələ də xalqımın, millətimin mənafeyi meyarı baxımından optimal və ya optimala yaxın olsun.

- Şübhəsiz ki, yubileylə bağlı sizə saysız-hesbsız təbriklər ünvanlandı, haqqınızda xoş sözlər səsləndirildi. Bütün bu təbriklər arasında elə bir təbrik oldumu ki, sizə bu təbrik mənən qalan bütün təbriklərdən daha çox lazım idi və belə bir gündə məhz həmin insan tərəfindən xatırlanmanız sizi daha çox məmnun etdi ?

- Mən heç bir yubiley tədbiri keçirmədim. Fevralın 10-u qabağı bir mərasimdə yazıçı və jurnalist dostlarımla görüşəndə, dəyərli dostumuz Qabil Abbasoğlu ilə də görüşdüm. Mənə həyatım boyu olan təbriklər içərisində hafizəmdə həkk olunmuş Qabil Abbasoğlunun təbrikini bir daha ona və oradakı dostlarıma xatırlatdım. O təbrik belə idi: “Rafiq müəllim arzu edirəm ki, dünyanızı dəyişəndə övladlarınızın çiynində Qarabağda, Ağdamda Novruzlu qəbirstanlığına gedəsiniz.”
Bir də, ayın 10-da səhər-səhər həyat yoldaşımın məzarı üstünə gedəndə onun gözlərindən oxuduğum təbrik idi, ruhunun təbriki.

- Həyatınızda elə anlar olubmu ki, düşünəsiniz ki, bəlkə də sadə bir insan ömrü məni dünya miqyaslı akademik şöhrətindən daha artıq xoşbəxt edə bilərdi?

- Düşünürəm ki, mən çox sadə bir insan ömrü yaşamışam. Siz dediyiniz dünya şöhrətini heç vaxt görməmişəm və görmürəm. Ailədə də, dostlar arasında da, cəmiyyətdə də öz yerimi həmişə ortada, simmetriklik guşəsi olan bir yerdə görmüşəm.

- Ümumiyyətlə, Rafiq Əliyevə görə xoşbəxtlik nədir və o, özünü nə dərəcədə xoşbəxt hiss edir?

- Bu gün dünyada həm bədii, həm də elmi ədəbiyyatda ən çox müzakirə olunan sual, mövzu Sizin qoyduğunuz bu sualdır. Mənim təfəkkür tərzim binar Artistotel məntiqinə yox, kəsilməz mənalı qeyri səlis məntiqə əsaslanır. Bu məntiqin əsas postulatı odur ki, Tanrıdan başqa dünyada hər bir şeyin dərəcəsi var, Tanrı mütləqdir, o, vahiddir. Bu baxımdan xoşbəxtlik anlayışı da ancaq dərəcə ilə səciyyələnə bilər. Mənim internetdə belə bir deyimim var: Allah insanı Pareto-optimal yaradır – kimə, nəyi, nə qədər. Allah bir insana nə qədər onun sevgisinə tuş gəlsə də, hər şeyi verməz. Qısaca desəm ideal xoşbəxt insan yoxdur. Allah birinə çoxlu pul verər, amma o qədər çox zəka verməz, birinə çoxlu zəka verər, amma möhkəm sağlamlıq verməz. Bir neçə il öncə Amerikadan qayıdanda “American Economic Review” jurnalından (bu jurnal dünyanın ən mötəbər elmi jurnallarından biridir) iki məqalə götürdüm. Bu məqalələr dünyanın müxtəlif ölkələrində alimlərin apardığı xoşbəxtlik barədə tədqiqatlarının nəticəsini əks etdirirdi. Ümumi nəticə belə idi: Qərb ölkələrində gəlir, zənginliklə xoşbəxtlik dərəcəsi arasında heç bir korrelasiya yoxdur. Şərq ölkələrində isə, bu korrelasiya çox güclüdür. Pulun, zənginliyin bir balaca artdısa özünü çox xoşbəxt hiss edirsən, bizim məmləkətdə olduğu kimi. Başqa bir elmi tədqiqatda isə xoşbəxtliyə təsir edən əsas faktorlar kimi, aşağıdakı atributlar qəbul olunub: 1.Sənə cəmiyyətdə hörmət hissi; 2.Müstəqillik; 3.Ailə və yaxşı dostlar; 4. İş yeri. Bu tədqiqat 96 ölkədə 100 min adam üzərində ABŞ alimləri tərəfindən aparılmışdır. O ki qaldı mənim xoşbəxtlik dərəcəmə, bu qeyri-səlis məntiqdəki 0-1 şkalasında 0.5-in yanındadır. Mən özümü necə xoşbəxt hiss edə bilərəm ki, vətəndə vətənsizəm, torpağımızın 20%-i işğal altındadı, atamın, anamın məzarını ziyarət edə bilmirəm, cəmiyyətimizin nuru öləziyib. O biri tərəfdən Tanrıya minnətdaram ki, ürəyimcə olan ailəm var, övladlarım və layiqli nəvələrim var. Yaxşı ziyalı dostlarım var, Azərbaycan və dünyanın hər yerində. Azdan-çoxdan elmdə bir şey eləmişəmsə (bunu tarix göstərər), bu məni xeyli sevindirmişdir. Mənim xoşbəxtlik dərəcəm o zaman yüksələcək ki, xalqım, millətim işıqlı gələcəyə qovuşacaq, insanlarımız yüksək rifaha sahib olacaq, cəmiyyətimiz demokratikləşəcək, hər bir fərdi müstəqil olacaq.

- Sizcə elliklə bədbəxtlik və fəlakətin yaşandığı bir cəmiyyətdə hər hansı bir insanın fərd olaraq xoşbəxt olması mümkündürmü?

- Sizin bu sualınıza dəyərli dostum və qohumum, Qarabağ dərdi ilə dünyasını dəyişmiş Famil Mehdinin şeirindən bir parça ilə cavab vermək istəyirəm:
Susacaqsa könül tarım,
Simlərini dartım qırım,
Millətim bədbəxtsə Tanrım,
Sən məni xoşbəxt eləmə.

- Belə bir fikir var ki, bədbəxtlik insanı başqa insanların dərd və problemlərinə daha duyarlı, daha həssas edir. Bu məntiqlə yanaşsaq, söyləmək olarmı ki, əslində hər bir insanın qəlbində xoşbəxtliklə yanaşı müəyyən qədər bədbəxtliyin də məskən salması gərəklidir?

- Əsl insan üçün monoton həyat təsəvvür eləmirəm. İnternetdə professor Zadənin bir yaxşı deyimi var: ”Həyat qızıl güllər içərisindəki çarpayıda keçən ömür deyil.” Real insan həyatı təzadların, əksliklərin vəhdətindədir. Ona görə də, mən öz xoşbəxtlik dərəcəmi müəyyən edəndə 0.5-in yanında dayandım.

- Həyatınızda elə bir an, elə bir gün olubmu ki, məhz həmin anı, həmin günü yenidən yaşamaq üçün bugünə qədər əldə etdiyiniz bütün uğurları, elmi nailiyyətlərinizin sizə qazandırdığı şöhrət və titulları qurban verməyə hazır olasınız?

- Mən zaman maşının geri dönməsinin əleyhinəyəm. Yenidən doğulmaq və yaşadıqlarımı yenidən yaşamaq istəməzdim.

- Bütün bir ömrü elmin inkişafına, yalnız doğma xalqının deyil, bütün bəşəriyyətin rifahına sərf edən Rafiq Əliyevin Azərbaycanla bağlı arzu və istəkləri nədən ibarətdir? R.Əliyevin görmək istədiyi Azərbaycan hansıdır və o, aradığı Azərbaycanı görəcəyinə inanırmı?

- Bu günlərdə “Amerikanın Səsi” radiyosu mənim iştirakımla iki saatlıq canlı forum təşkil etmişdi. Orda mənə verilən suallardan biri belə idi: Azərbaycanın inkişaf düsturunu yaza bilərsinizmi? Mən bədahətən o düsturu yazdım. Sonra onun üzərində çox düşündüm. Gördüm ki məqbuldur. Bu düstur belədir: Azərbaycanın inkişafı = "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”. Burada sözlər üzərində olan bütün hesablama əməliyyatları qeyri-səlis hesab əsasındadır. Bir az geniş izah etsəm, bu düstur onu deyir ki, mənim görmək istədiyim Azəbaycan yüksək demokratikliyə, texnoloji-iqtisadi modelə yəni, xam mala yönəlmiş modelə yox, istehsala yönəlmiş modelə malik olmalıdır və üstəgəl vicdan azadlığı, söz azadlığı, fikir azadlığı və hər bir Azərbaycan vətəndaşının yüksək müstəqilliyi. Ümid axırıncı ölür, Tanrının izni ilə yaxın bir neçə ildə bunu görəcəyik.

- Rafiq müəllim, bugünlərdə ölkə gəncliyinə müraciətiniz dərc olundu. Maraqlıdır, bu müraciət hansı zəruriətdən irəli gəldi və sizcə gəncliyə ünvanlanan bu müraciət müsbət mənada nəyisə dəyişəcəkmi?

- Həyatımız 3 mərhələnin zaman ardıcıllığıdır: dünən - keçmişimiz, bu gün - indimiz və sabah – gələcəyimiz. İndi hamımız üçündür, gənclər, ahıllar üçündür. Dünənimiz əsas bizimdir, yaşlı nəslindir. Bizim keçmişimiz böyükdür, gələcəyimiz dardır. Gənclərimizin isə, keçmişi dar olsa da, çox böyük gələcəyi var, sabahı var. Gənclik sabahdır. Biz o sabahı dəyişmək üçün gənclərə müraciət etdik. Bu o demək deyil ki, məsuliyyət yükünü gənclərin çiyinilərinə atırıq. Biz bir yerdə daha güclüyük, belə halda effektimiz sinergetik effekt olacaq.


Seymur Əliyev










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru