UÇDU GÖYLƏRƏ BİZİM PEYKİMİZ...
Tarix: 14-02-2012, 11:48 | Çap et
AZƏRBAYCAN ORBİTƏ 3 PEYK ÇIXARACAQ
Azərbaycanın telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi və texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcək.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur: «Bundan başqa, ilk telekommunikasiya peykinin hazırlanaraq «Kuru» kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır».
Ə.Abbasov qeyd edib ki, bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi bu il həll olunmalıdır: «Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılıb və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcək. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılıb və bu proses bu il də davam etdiriləcək».
Nazir həmçinin bildirib ki, hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. «Azerspace» peyki Malayziya hökumətinə məxsus və Malayziyanın «Measat Satellite Systems» şirkəti tərəfindən şərq uzunluğu orbital mövqeyinə çıxarılacaq: «Peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək».
Nazir onu da bildirib ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur: «Bu baxımdan Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin ölkə ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir. Buna görə də Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağını düşünürəm».
Qeyd edək ki, «Azerspace» peyki orbitə buraxılandan sonra Naxçıvan ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və «e-səhiyyə» kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Dünən, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Dünən, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Dünən, 08:51 |
|
|
|
|