Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

AZƏRBAYCANIN "YAMAQ" BAYRAMI
Tarix: 13-02-2012, 13:41 | Çap et
AZƏRBAYCANIN "YAMAQ" BAYRAMI

VALENTİN GÜNÜ İLƏ BAĞLI NEYNƏMƏLİ?

Azərbaycanda Valentin Gününün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı deyib.

O hesab edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Valentin Gününün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər. Bu bayram müəyyən biznes qurumlarının öz gəlirlərinin artırılmasına xidmət edən bayramlardan biridir.

Sosioloq bildirib ki, milli və dini baxımdan Valentin Gününün Azərbaycanın mədəniyyəti, ənənələri ilə, eyni zamanda, dinimizlə heç bir bağlılığı yoxdur. Bu bayram xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür.

"Xristian dünyasının özündə də bu bayrama qarşı artıq təpkilər var. Onlar da dərk edirlər ki, Valentin Günü daha çox maddi maraqların ön plana çəkildiyi bir bayramdır. Azərbaycanda bir qisim insanlar bu bayramı kor-koranə şəkildə qeyd edirlər.
Amma bu, Azərbaycan üçün yamaq və uydurma bayramdır", - Süleymanlı deyib.

Bu bayramın son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsinə təəssüflənən sosioloqun fikrincə, ölkədə Valentin Gününün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bu günu geniş şəkildə təbliğ etdikləri üçün həmin bayram istər-istəməz kütləviləşir və insanların onlara marağı artır.

Bu bayramın gənclər tərəfindən geniş şəkildə qeyd edilməsinin əleyhinə olan Süleymanlının fikrincə, Valentin Gününün ölkədə qeyd edilməsi Azərbaycan gənclərinin şüuruna yad elementlərin təsir göstərməsinə səbəb olur. Valentin Gününü restoranlarda, xüsusi əyləncə yerlərində keçirən gənclər öz "sevgi"lərini göstərə biləcək bəzi əxlaqsız hərəkətlərə də yol verə bilərlər. Bunu yolverilməz hal sayan Süleymanlı hesab edir ki, bayramın keçirilməsi gənclərin xərclərini də artırır. Sadalanan bütün bu amillər isə onu deməyə əsas verir ki, Valentin Gününün Azərbaycanda keçirilməsi çox yanlış addımdır. Onun qeyd edilməsində heç bir müsbət cəhət yoxdur, bu bayramın keçirilməsinin fəsadları daha çoxdur.

"Sevginin xüsusi gününün qeyd olunması özü absurd anlayışdır. Sevgi varsa, bu, 365 günün 365-də də özünü büruzə verəcək, yoxdursa, sevgi hiss olunmayacaq. Əgər kimsə nişanlısı və yaxud həyat yoldaşını sevgisini göstərmək üçün hədiyyə ilə təbrik etmək istəyirsə, maddi yükün altına girir. Bu, özü yolverilməzdir. İnsanlar bu hədiyyəyə görə pul əldə etmək üçün qeyri-leqal yollara baş vura bilirlər. Bütün bunları nəzərə aldıqda görürük ki, bayramın ölkədə keçirilməsi düzgün deyil", - sosioloq əlavə edib.

O deyib ki, son 3-4 ildə bəzi qruplar Valentin Gününin Azərbaycanda keçirilməsinə etiraz etməyə və onun qeyd olunmaması üçün çox ciddi cəhdlər aparmağa başlayıblar. Bu günün Azərbaycanda qeyd olunmasının qarşısını almaq üçün ən effektiv yollardan biri KİV-lər tərəfindən 14 fevral - Sevgililər Günü ilə bağlı təbliğatın dayandırılmasıdır.

"Xüsusi biznes qurumları bu bayramdan xeyir götürdükləri üçün öz təbliğatlarını aparacaqlar. Amma əks-təbliğat olaraq, Valentin Gününün milli mədəniyyətimizə, şüurumuza nə qədər ziyanlı olması da təbliğ edilməli və belə uydurma bayramlara mübarizə aparılmalıdır", - Süleymanlı qeyd edib.

Qeyd edək ki, Qədim Romada 14 fevralda "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıya görə Lupercalia bayramı keçirilməyə başlanılırdı. Bu bayram xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Həmin bayramda romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, oğlanlar bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər.

Romada yaşayan rahib Valentin Roma imperatoru 2-ci Kladiusun qadağasına baxmayaraq, gəncləri gizlicə evləndirirdi. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. O, miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Buna görə də Luperkalianın başladığı gün "Valentin günü" olaraq bayram edilməyə başlanıldı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru