İSMƏT ABBASOVUN ADAMININ ŞÜBHƏLİ MAXİNASİYALARI
Tarix: 4-12-2013, 16:44 | Çap et
ƏLİ BAYRAMOV NECƏ OLDU Kİ, “PÖHRƏLƏNDİ”?
DİA.AZ: - Kəndə təsərrüfatı sistemində yeni nazir Heydər Əsədovun ciddi problemlərlə üzləşməsi haqda informasiyalar yayılıb. Bu haqda DİA.AZ-a ilginc məlumatlar daxil olub. Bilgili qaynaqlardan verilən məlumatlara görə, KTN-də köhnə nazir İsmət Abbasovun əsas dayaqlarından biri kimi tanınan və adı bir sıra maliyyə maxinasiyalarında hallanıdırılan “Aqrolizinq” ASC-nin rəhbəri Əli Bayramov yeni nazir Heydər Əsədova ciddi problemlər yarada bilər.
Qeyd edək ki, bu gün «Aqrolizinq» ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin cəmiyyətin rayon filiallarının fəaliyyəti də yerli sahibkarlar tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, filial rəhbərləri texnikanın fermerlərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanırlar. Mənbələr xəbər verir ki, rayonlarda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Fermerlərin dediyinə görə, «Aqrolizinq» ASC-nin rayonlardakı filiallarında istənilən kənd təsərrüfatı texnikasını tapmaq mümkün deyil: «Əgər fermer taxıl səpən istəyirsə, bəhanə gətirirlər ki, Şəkidə taxıl səpən olmadığından fermer cəmiyyətin Ucar regionlararası təchizat bazasına getməlidir.
Müəyyən vəsait xərcləyib Şəkidən Ucara gedən fermer orada çoxsaylı problemlərlə üzləşir. Əgər taxıl səpənin qiyməti 6 min manatdırsa, fermer bu texnikanı lizinq yolu ilə almaq üçün sənədləşdirmə işlərinə ən azı 1000 manat pul xərcləyir. Texnikanı anbardan çıxarmağa əlavə 100 manat, qaldırıcı kran vasitəsilə maşına yükləmək üçün 50 manat, maşınla texnikanı gətirmək üçün məsafədən asılı olaraq müəyyən məblərdə pul çıxır. Beləcə, bir texnikang lizinq yolu almaq üçün ilkin mərhələdə fermer 1500 manata qədər rüşvət verməlidir».
Maraqlıdır, görəsən uşaqdan-böyüyə hər bir vətəndaşa məlum olan bu prosedurlardan Əli Bayramovun xəbərdar olub-olmadığı barədə suala ASC sədri özü necə cavab verərdi? Əgər xəbərdardırsa, nəyə görə bütün bunların qarşısı alınmır? Yox, əgər xəbərdar deyilsə, o zaman hansı əsaslarla hazırda tutduğu kürsüdə əyləşib?«Aqrolizinq» ASC-nin filiallarında mütəmadi yer alan korrupsiya halları barədə məlumatlar ölkə mətbuatında kifayət qədər işıqlandırılan mövzudur.
Məsələn, hələ 2008-2009-cu illər üzrə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123 min manat dövlət vəsaitinn mənimsənildiyimüəyyən edilmişdi. Nəicədə Qusar rayon filialının o vaxtkı müdiri buna görə doqquz il azadlıqdan məhrum edilmiş, Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilmişdi. Həmçinin «Aqrolizinq»in Bərdə filialının rəhbəri də bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə həmin filialda nə az, nə çox, düz 160 min manat dövlət vəsaitinin mənimsənilməsinin aşkara çıxması olumuşdu. Sual oluna bilər, bəs bütün bu filial rəhbərliyinə verilən cəzalardan ASC-nin bilavasitə rəhbərliyi nəyə görə hər dəfə yan keçə bilir? Axı mənimsənilən milyonların böyük bir hissəsinin məhz Əli Bayramovun şəxsi büdcəsinə axdığına dair heç kəsdə şübhə yoxdur. Ən azından «Aqrolizinq» rəhbərinin Bakının «Vorovski» kimi tanınan qəsəbəsində 3 milyonluq mülkü, Novxanıdakı dəbdəbəli imarəti, Bilgəhdə dəniz sahilində yerləşən villası, ailə üzvlərinin xidmətində olan üç ədəd bahalı, son model «Lexus» markalı avtomobilləri bu rüşvət axınının varlığı barədə bar-bar bağırırlar!
Təsadüfi deyil ki, fevral ayının əvvəllərində keçirilmiş məlum müşavirədə ölkə prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi məsələsinə də xüsusi toxunaraq, fermerlərə qarşı yol verilən qanunazidd əməllərlə bağlı bəzi məmurlara olduqca kəskin xəbərdarlıqlar ünvanladı: “Yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Amma göz dikənlər var...
Bu xüsusda kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda da ciddi ittihamlar irəli sürülür: “ASC-nin rəhbəri Əli Bayramov yalnız əldə olunan gəlirlərlə maraqlanır. Onun üçün fermerin pulsuz və ya texnikasız qalması önəmli deyil. Həmçinin o, xaricdən bahalı inəklər almaqla fermerlərə yardımçı olmaq əvəzinə, özünün fermasını zənginləşdirməklə məşğuldur...”Bir müddət əvvəl isə araşdırmalar nəticəsində məlum olmuşdu ki, «Aqrolizinq» ASC 2012-ci ildə bir sıra tenderlər keçirib və bu əsasla 13 milyon manatdan artıq vəsait sərf olunub. Həmin pulların hara xərcləndiyi ilə bağlı məlumatlar isə daha böyük maraq doğurur. Rəsmi məlumatlarda vurğulanır ki, öətn il «Aqrolizinq» 5 ədəd kombaynın təmir olunması üçün 39 min 50 manat pul ayırıb. Bu işləri görmək üçün keçirilən tenderin qalibi isə “Servis-Reklam LTD" MMC olub.
Elə buradan aydın görünür ki, «Aqrolizinq» rəhbərliyi bir kombaynın təmiri üçün 8 min manata yaxın pul xərcləyib. Halbuki həmin pulla yerli bazardan işlənmiş kombayn belə almaq mümkündür. Aydın məsələdir ki, rəqəmlərin bu şəkildə şişirdilməsi məqsədli xarakter daşıyır. Son məqsədin isə məhz mənimsəmələrə şətaitin yaradılması da heç bir şübhə doğurmur.Bu kimi misalları çəkməklə mövzunu əlbəttə ki, hələ çox uzatmaq da olar. Lakin bu, problemin həlli baxımından çıxış yolu anlamına gəlmir. Çıxış yolu ilk növbədə «Aqrolizinq» ASC-nin fəaliyyətində və xüsusilə büdcə vəsaitlərinn xərclənməsi prosesində tam şəffaflığın təmin olunmasındadır. Bunun üçün isə ASC rəhbərliyinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından bu posta uyğunluğu məsələsi müvafiq dövlət qurumları tərəfindən tam ciddiliyi ilə araşdırılmalıdır.
Təbii ki, son nəticədə bütün bu ittihamlar Heydər Əsədova da ünvanlana bilər. Çünki problem köhnə də olsa, tədbir görməməsi ilə yeni nazir həm də problemə sahiblənmiş olur. Yəni sabah bu ittihamlar Heydər Əsədovun ünvanına səslənəcək...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|