İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                 

AMERİKANIN AZƏRBAYCANDAKI ŞOK CASUS ŞƏBƏKƏSİ
Tarix: 22-11-2013, 10:34 | Çap et
AMERİKANIN AZƏRBAYCANDAKI ŞOK CASUS ŞƏBƏKƏSİ
BİR ZAMANLAR BAKIDA SƏFİR OLAN METYU BRAYZA HAQQINDA NƏ BİLİRİK?

DİA.AZ: - ABŞ bu gün Azərbaycanda zəif düşürükmüş kimi görünsə də, hər zaman regiona olan marağı okeanın o tayındakıları Bakı ilə münasibətlərini qorumağa vadar. Edir. Elə buna görə də, rəsmi Vaşinqtondan fərqli olaraq “Azərbaycanın dostu” kimi tanınan bəzi simalar 9 oktyabr seçkilərində Azərbaycan hakimiyyətinin yanında oldular. Onlardan biri də zamanında Azərbaycanda səfir olmuş Metyu Brayza (Matt J. Matthew Bryza) idi. O, Obamadan fərqli olaraq İlham Əliyevi şəkksiz qələbəsi münasibətilə təbrik etdi ki, bu da əslində Azərbaycan iqtidarına Amerika Birləşmiş Ştatlarının dərin dövlətinin dəstəyi kimi qəbul olundu. Çünki Obamadan fərqli olaraq Metyu Brayza məhz həmin ABŞ “dərinliklərini təmsil edir və bu barədə DİA.AZ olaraq əlimizdə olan faktları diqqətinizə çatdırırıq. Yəni Brayza heç də təsadüfi birisi deyil... O, dünyanın idarə olunmasında ABŞ adına hərəkətdə olan 33 əsas fiqurdan biridir.

Xatırladaq ki, onun Azərbaycanda səfir olmasına erməni lobbisi güclü maneə yaratdı. Hətta nəticədə Brayza 1 ildən artıq səfir postunu tuta bilmədi. Nə baş verirdi? Nədən erməni lobbisi Metyu Brayzanın Azərbaycana təyinatına qarşı idilər? Hər halda, bu sualların cavabı bu vaxta qədər hamımızı düşündürüb. Və əksəriyyətimiz də bu qənaətə gəlmişik ki, Metyu Brayza Türkiyə vətəndaşı Zeyno Barana evli olduğundan erməni lobbisinin hədəfinə çevrilib.

Amma bu arqumentin zəifliyi barədə heç bir zaman düşünməmişik. Çünki Metyu Brayzanın nəinki evləndiyi qadının və hətta özünün belə türk əsilli olması belə heç nəyi dəyişməməli idi. Çünki Amerikanın dövlət siyasətində hansısa şəxsin etnik mənsubiyyəti yox, onun Amerika siyasətinə olan sədaqəti üstün götürülür. Digər yandan, tutalım Metyu Brayzanın özü belə türkdür. Bu zaman da dəyişən heç nə yoxdur. Ona görə ki, onun hansı səviyyədə türkpərəst və Azərbaycanpərəst olmasının ermənilərə heç bir aidiyyatı olmur. Çünki o, Amerikanı Ermənistandan yox, Azərbaycanda təmsil edir.

Əslində isə Metyu Brayzanın nə özü, nə də xanımı etnik baxımdan türk deyillər. Türkiyə vətəndaşı olan Zeyno Baran isə kürd əsillidir. Yəni belədə onun və həm də diplomat həyat yoldaşının bir türk düşməni olmaları lazımdır. Amma yuxarıda da vurğuladıq ki, ABŞ siyasətində etnik kimlik yox, ABŞ dövlətinə olan sədaqət mühüm faktordur.

AMERİKANIN AZƏRBAYCANDAKI ŞOK CASUS ŞƏBƏKƏSİ

O zaman ortaya yenə də həmin sual çıxır: Bəs nədən ermənilər Metyu Brayzanın Azərbaycana təyinatının əleyhinə idilər və bu təyinat iki ilə yaxın müddət ərzində yubandı, Metyu Brayza isə birdəfəlik yox, müvəqqəti olaraq səfir vəzifəsinə gətirildi? İş də bundadır və elə buna görə də DİA.AZ olaraq araşdırmalar aparmaq qərarına gəldik.

Kimdir Metyu Brayza?

İlk öncə bu suala cavab verilməlidir. Və buradan məsələnin əsl mahiyyətini görmək mümkün olacaq. Polyak əsilli Metyu Brayza Amerikanın Stanford universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib. Fletçer Hüquq və Diplomatiya kollecində macistr təhsili alıb. Dörd dil bilir: rusca, polyakca, almanca və ispanca. Təzəlikcə də Türkiyə türkcəsini öyrənməkdədir.

2007-ci ilin avqustunda hələ Stanford Universitetində təhsil alarkən tanış olduğu Zeynao Baranla evlənib. Və onun toy mərasimi İstanbulda baş tutub.

Zeynao Barana gəlincə isə onun Türkiyədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agentlərindən olduğunu hər kəs bilir. Stanford universitetinin iqtisadiyyat və beynəlxalq münasibətlər faklutəsinin məzunu olan Zeynao Baran türkiyəli məşhur iqtisadiyyat adamı Kamal Dərvişlə birgə Dünya Bankı qrupunda təmsil olunub. «CSİS», «Nixon» və «Neo Con Hudson»-da Türkiyə bürolarının rəhbəri olaraq çalışıb. Bildirək ki, Türkiyənin «Vətən» qəzetinin keçmiş sahibi Zəfər Baranın ögey qızı olan Zeyno Baran Amerika CİA-nın agenti olaraq Gürcüstan və Qırğızıstandakı məxməri inqilabların baş tutmasında müstəsna rol onyayıb.
Metyu Brayzaya gəlincə isə o, Azərbaycana səfir təyin olunana qədər böyük bir yol keçib.

AMERİKANIN AZƏRBAYCANDAKI ŞOK CASUS ŞƏBƏKƏSİ

Metyu Brayza ABŞ dərin dövlətinin adamıdır

Metyu Brayza ilə bağlı araşdırma apardığımız zaman çox ilginc faktlara rast gəldik. Məlum olur ki, ABŞ-ın Azərbaycandakı hazırki səfiri postunu tutan bu şəxs heç də sıradan birisi deyilmiş. Bu barədə böyük araşdırma aparmış Türkiyənin məşhur simalarından olan Ərol Bilbilik Metyu Brayzanın adının ABŞ dərin dövlətinin 33 əsas adamının siyahısında olduğunu iddia edir.

Haşiyə: Ərol Bilbilik kimdir? Bu haqda qısa məlumat verək. Ərol Bilbilik 1956-cı ildə Türkiyə Dəniz Hərb Məktəbindən məzun olub. Amerika Birləşmiş Ştatlarında «müdafiə idarəçiliyi» istiqaməti üzrə təhsil alıb. 1971-ci il 9 Mart hərəkatı zamanı həmin dövrdə Türkiyə dəniz qüvvələrində mayor rütbəsində təmsil olunurdu və o hərəkatdan sonra Türkiyə Dəniz Qüvvətləri Qərargahı ilə əlaqələri kəsilir. Həmin proseslər zamanı həbs olunan ərol Bilbilik «Zivərbəy köşkü» kimi tanınan hərbi həbsxanada ağır işgəncələr görüb. Qardaş Türkiyənin «Cümhuriyyət», «Aydınlıq», «Teori», «Yeni Həyat», «Geopolitika» və «Berfin Baharı» kimi mətbu orqanlarında müəllif araşdırma yazıları ilə çıxış edib və etməkdədir.

Ərol Bilbilik iddia edir ki, ABŞ-ın 21-ci əsrdəki dövlət siyasətini Dərin Dünya Dövlətinin 33 əsas adamı müəyyən və icra edir. Bu adamların sırsında isə Metyu Brayza da var. Bildirək ki, həmin siyahıda Azərbaycan vətəndaşlarının da «Qurdlar Vadisi Pusqu» filmindən bir obraz kimi tanıdığı Aron Feller (əslində Graham Edmund Fuller), Madlen Olbrayt, Bill Klinton, Zalmay B. Halilzad kimi ünlü simalar da yer alıb.

Ərol Bilbilik öz araşdırmalarında çox ilginc faktları da ortaya qoyur. Azərbaycan üçün daha vacib olanı isə təbii ki, Metyu Brayza ilə bağlı olanlardır.

Brayza təsadüfi seçilməyib

Gələk Brayzanın karyera yüksəlişi məsələsinə. Beləcə kifayət qədər hazırlıqlı olan Metyu Brayza 1989-91-ci illərdə ABŞ-ın Polşanın Ponzan şəhəridəki konsulluğunda və Varşavadakı səfirliyində yüksək vəzifə tutub. Brayza həmin illərdə Polşa xalqının Milli Müqavimət Hərəkatının yönləndirilməsinə istiqamət verən əsas fiqur kimi diqqətə gəlib. Yəni Lex Valensanın öncüllük etdiyi hərəkata əsas dəstək verən Amerikanı təmsil edən açıq simalardan birincisi olub. Metyu Brayza həmin illərdə eyni zamanda Polşa təhlükəsizlik xidmətlərinin fəaliyyətindən və regional siyasətdən də sorumlu olub.

Bir sözlə Polşadakı fəaliyyəti zamanı çox mühüm bir missiyanı öhdəsinə götürən Metyu Brayza əslində keçmiş SSRİ-nin Şərqi Avropadakı tənəzzülünün memarlarından biri hesab olunmaqdadır. Onun polyakca və rusca danışıq qabiliyyəti də fəaliyyətində yardımçı olub.

SSRİ dağılandan sonra isə artıq missiyası başa çatan Metyu Brayca ABŞ Xarici İşlər Nazirliyində Avropa və Rusiya əlaqələri istiqamətində çalışıb və bu fəaliyyəti də 1991-ci ildən 1995-ci ilə qədərki dövrü əhatə edib.

1995-97-ci illərdə isə artıq yeni görəvə istiqamətləndirilən Metyu Brayza Amerikanın Rusiyadakı səfirliyinə təyinat alır. Və həmin illərdə ABŞ-ın Rusiyadakı səfiri Tomas Pikerinqin şəxsi müşaviri postunu tutur. Və bu postu ona Rusiya Dumasından, Rusiyanın Kommunist Partiyasının fəaliyyətindən, Dağıstan Respublikası və Cənubi Qafqaz respublikalarından sorumlu olması məsuliyyətini yaradır. Yəni bu missiya ilə 2 il ərzində Metyu Brayza Rusiyada fəaliyyət göstərir. Bu isə artıq polyak əsilli Amerika diplomatının Cənubi Qafqaz regionu ilə bağlı ilkin təmsları kimi qiymətləndirilir.

Nəhayətdə 1997-98-ci illərdə Metyu Brayza konkret olaraq Cənubi Qafqaz regionuna təhkim olunur. Həmin illərdə o, ABŞ-ın Qafqaz və Orta Asiya regionunda iqtisadiyyat və islahat proqramları üzrə sorumlu səfiri Riçard Morninqstarın şəxsi müşaviri vəzifəsini tutur.

2001-ci ilin aprel ayında isə Metyu Brayza Türkiyə, Yunanıstan, Kipr, Qafqaz, Orta Asiya və Xəzər enerji siyasətinə nəzarətdən sorumlu olan Beynəlxalq Təhlükəsizlik Şurasının direktoru vəzifəsinə gətirilir. Bu şuranın isə hansı missiyanı daşıdığını artıq Azərbaycanda həri kəs bilir. Buna qədərsə, yəni 1998-ci ilin iyun ayından 2001-ci ilin mart ayına qədər ABŞ prezidentinin, eyni zamanda Amerika Xarici İşlər Nazirliyinin Xəzər bölgəsi və enerji diplomatiyası üzrə özəl müşaviri vəzifəsini tutan Metyu Brayza bu vəzifəsi boyunca Amerika Birləşmiş Ştatlarının Xəzər regionundakı enerji, neft və təbii qaz siyasətini kordinə edib.

Brayzaya erməni antipatiyası

Bir sözlə, təsadüfən görəv başına gətirilməyən Metyu Brayzanın ermənilər tərəfindən «arzuolunmaz şəxs» elan edilməsi də təsadüfi deyil. Hər halda, yuxarıda danışdığımız keçid yolları bu şəxsin hansı əhəmiyyətdə vacib bir fiqur olduğunu təsdiqləyir.

Elə Azərbaycandakı qısa müddətli fəaliyyəti boyunca da Metyu Brayza əvvəlki səfirlərdən çox fərqləndiyini sübutlamaqdadır. O, nə tamahkar Stenli Eksudero deyil, nə də pensioner Rino Harniş. Onun Enn Dörsidən də ciddi fərqləri var. Doğrudur, adını çəkdiyimiz Stenli Eskudero bu gün Azərbaycanda elə tanınır ki, sanki, o artıq Amerika dövlətinə xidmətdən vaz keçərək artıq özünə xidmətlə məşğuldur, yəni pul qazanır. Amma əslində məsələ heç də göründüyü kimi deyil.

Bildirək ki, həm də Amerika-Azərbaycan Ticarət Palatasına rəhbərlik edən ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero Azərbaycanda «McDonalds» restoranlar şəbəkəsinin və bir sıra iqtisadi strukturların sahibi, eləcə də Nardaran sakinlərinin qənimi kimi tanınır. Keçmiş səfirin Nardaran kənd sakinlərinə məxsus böyük pay torpaqlarını qanunsuz olaraq ələ keçirdiyini mətbuatdan hər kəs yaxşı bilir.

Və bu gün elə bir təəssürat yaradılır ki, guya, Stenli Eksudero artıq ABŞ dövlətinin siyasi çevrələri ilə əlaqələrini tam olaraq kəsib. Əslində isə bu, heç də belə deyil. Məlumatlı şəxslər də yaxşı bilir ki, ABŞ dövlətinin az qala simvolu kimi qəbul edilən «McDonalds» restoranlar şəbəkəsi əslində Amerikanın bir tanıtım nişanı, eyni zamanda kamufulyajlı kəşfiyyat bazasıdır. Buna görədir ki, ABŞ əleyhinə çevrilən xalqların ilk hədəflərindən biri də ölkələrindəki «McDonalds» restoranları olur. Elə qardaş Türkiyədə də «McDonalds» restoranlarının ayrı-ayrı filialları bir neçə dəfə terrora məruz qalıb.

Buna görədir ki, bir sıra diplomatik qaynaqlar hələ də Stenli Eskuderonun görəv başında olduğunu, onun Azərbaycanda ABŞ-a xdmət missiyasının bitmədiyini, əslində əbədilik qazandığını iddia edirlər. Yəni Stenli Eskudero iqtisadi fəaliyyət pərdəsi altında ABŞ-ın Azərbaycandakı daimi simasıdır.

Amma buna baxmayaraq, Stenli Eskuderodan daha vacib və səlahiyyətli fiqur olan, Ərol Bilbilik tərəfindən dünyanı yönəldən 33 məşhur simadan biri kimi təqdim edilən Metyu Brayza əslində ABŞ-dakı erməni lobbisi tərəfindən məhz bu kimi keyfiyyətlərinə görə sevilməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru