“FREEDOM HOUSE”UN VİTSE PREZİDENTİNDƏN ŞOK AÇIQLAMALAR
Tarix: 26-01-2012, 18:04 | Çap et
“NEFT VƏ QAZI OLAN ÖLKƏLƏR ƏRKÖYÜNDÜR”
Freedom House-un araşdırmalar üzrə vitse-prezidenti Arç Paddinqton Turanın Vaşinqton müxbirinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində cari vəziyyəti təhlil edib.
Sual: Təşkilatınızın “Dünyada azadlıq” adlı son məruzəsi göstərir ki, 2011-ci ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşib. Sizin fikrinizcə, ölkə bu göstəricilərlə haraya gedir və niyə beynəlxalq qurumların və qərb hökumətlərinin tənqidi vəziyyəti yaxşıya doğru dəyişmir?
Cavab: İraq və Meksika kimi insan hüquqlarının hökumətin təsir dairəsində olmayan bir sıra ölkələrdə cinayətkar qruplar və dini ekstremistlər çox güclüdür.
Lakin Azərbaycanda Əliyev hökuməti ölkəyə tam nəzarət edir və bu sahədə vəziyyətin pis olmasına görə cavabdehdir.
On il əvvəl Azərbaycan Freddem House-un təsnifatına görə qismən azad ölkələr sırasında idi. Həmin vaxtdan vəziyyət durmadan pisləşib və İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu proses daha da sürətlənib.
Azərbaycanın demokratik normaları pozması demək olar ki, hər yerdə pislənib, amma hökumətlərin, o cümlədən Birləşmiş Ştatların diqqətini çox az çəkib. Bu, Azərbaycanda enerji resurslarının çox olması ilə əlaqədardır.
Neft və qaz sayəsində Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan, bir qayda olaraq, nefti və qazı olmayan ölkələrdən fərqli standartlarla mühakimə olunur.
Azərbaycan pozuntuları demokratik ölkələr tərəfindən ya diqqətə alınmayan, ya da kiçildilən ölkələrdən biridir.
Sual: 2012-ci il üçün proqnozlarınız necədir?
Cavab: Prezident İlham Əliyev öz ünvanına tənqidi azaltmaq, rəqiblərinin KİV-ə çıxışını məhdudlaşdırmaq üçün böyük resurslar ayırır.
Əliyev müxalifətin zəif olduğunu, dağınıq olduğunu və onun rejimi üçün ciddi problem yaratmaq iqtidarında olmadığını nümayiş etdirir. Lakin ötən yazda Bakıda etiraz aksiyalarının yatırılması üçün istifadə olunan repressiyalar Misirdə olsaydı, bütün dünya qəzəblənərdi. Lakin Azərbaycanda enerji resurslarının olması sayəsində bu repressiyaları heç kim “görmədi”.
2012-ci il üçün proqnoz verməkdə çətinlik çəkirəm, amma deyərdim ki, ərəb baharı ən repressiv şəraitdə belə insanların gec ya tez ayağa qalxdığını və dəyişikliklər tələb etdiyini göstərdi. Bu, Azərbaycanda da baş verəcək, sadəcə məhz nə zaman olacağını bilmirik.
Sual: İnsan hüquqları haqqında danışan Azərbaycan məmurları adətən bütün ittihamları təkzib edir, bun “ölkənin gənc olması” ilə əsaslandırırlar. Eyni zamanda, ciddi insan hüquqları pozuntuları olduğu halda, ölkə bu il BMT-nin Təhlükəsizlik Şurasına seçilib və “Eurovision”u qəbul edəcək. Bu ziddiyyəti necə izah edərdiniz? Azərbaycanın dünyadakı real imici necədir?
Cavab: Azərbaycan enerji resurslarına görə dünyada xeyli müsbət nüfuz qazanıb. Bundan başqa, hökumət ABŞ və digər demokratik ölkələrlə müsbət münasibətləri stimullaşdırmaq üçün enerjidən istifadə edir. Rejim repressiyaları “şüurlu” şəkildə tətbiq edir və özünü Belarusda Lukaşenko kimi aparmır.
Əliyev Putinin Rusiyada etdiyi kimi digər ölkələri qıcıqlandırmır. Azərbaycan mümkün olduğu hər yerdə mübahisələrdən qaçır. Bu, Dağlıq Qarabağ məsələsində də baş verir. Baxmayaraq ki, Əliyev Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq niyyətində olduğunu aydın söyləyir.
Sual: Ərəb baharında İnternet və sosial şəbəkələr hansı rolu oynadı? Azərbaycanda “onlayn” hərəkatın perspektivlərini necə səciyyələndirərdiniz? Hökumətin veb-səhifələri bağlaması və fəal blogerləri həbs etməsi kimi təhlükə var.
Cavab: Əliyev hökuməti İnternet-kontentlə mübarizə səylərini gücləndirib. Bununla belə, veb-saytlar, bloqlar və sosial media alternativ fikirlərin ifadə olunması üçün mühüm alətdir.
Əliyev hökuməti yeni idarəetmə elementləri tətbiq etməyə və cinayət mühakiməsi sistemini dəyişməyə çalışır. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, hakimiyyətin yeni medianın senzurası üçün böyük resurslar xərcləməyə hazır olduğu Çindən başqa, bir qayda olaraq, İnternetlə mübarizə səyləri effekt vermir.
Blogerlər Adnan Hacızadə və Emin Millinin azad olunması insan hüquqlarının pozulması ilə bağlı hökumətə qarşı beynəlxalq tənqidlərin yumşalmasına gətirib çıxardı.
Lakin blogerlərə və sosial mediada iştirak edənlərə qarşı repressiyaların bərpa edilməsi, şübhəsiz, beynəlxalq təzyiqi gücləndirəcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
|