"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                 

Şəkililər onun getməsini istəyirlər... - ŞİKAYƏT VAR
Tarix: 25-01-2016, 10:22 | Çap et
Şəkililər onun getməsini istəyirlər...
DİA.AZ: - Redaksiyamıza bur qrup Şəki ziyalısı adından müraciət daxil olub. Həmin müraciəti DİA.AZ olaraq diqqətinizə təqdim edirik: "Başçı vaxtının çox hissəsini biznes işlərinə ayırır. Camaatın problemləri, sıxıntıları icra başçısını zərrə qədər də olsun maraqlandırmır. Elxan müəllim əmək fəaliyyəti dövründə uzun müddət bizneslə məşğul olub. O icra başçısı postuna təyin olunandan sonra da biznes işlərini davam etdirib. 2011-ci ildən rayona rəhbərlik edən məmur bir sıra qanunsuz yollara əl ataraq şəxsi sərvətini artırmağa müvəffəq olub. Şəkinin yalnız mərkəzi hissələrində, tarixi abidələrin mövcud olduğu ərazilərdə göz oxşayan mənzərələr mövcuddur. Ucqarlarda isə vəziyyət tamamilə fərqlidir. Kəndlərdə yaşayan insanların sosial durumu olduqca ağırdır. Camaat dolana bilmir. Şəkidə işsizlik böyük problemə çevrilib. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Yeni açılan iş yerlərində isə iş yoxdur. Çünki həmin müəssisələrdə ya icra başçısına, ya da digər yerli məmurlara yaxın olan şəxslər işləyir. Buna görə də əhalinin bir hissəsi qazanc üçün ətraf rayonlara, həmçinin paytaxta üz tutmaq məcburiyyətində qalır.

Nəzərinizə çatdırım ki, rayonun yol infrastrukturu da bərbad gündədir. Yolların təmiri və yenidən tikintisi məqsədilə dövlət büdcəsindən, digər maliyyə qaynaqlarından ayrılan vəsaitlər məqsədyönlü şəkildə xərclənmir. Yol tikintisi üçün ayrılan külli miqdarda vəsait bir qrup məmur tərəfindən mənimsənilir. Elə bu səbəbdən Şəkinin yollarında vəziyyət qənaətbəxş deyil. Rayon mərkəzini ətraf kəndlərlə birləşdirən yollar istifadəyə yararsız hala düşüb. Sakinlər bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir".

Müraciət müəlliflərinin dediyinə görə, Elxan Usubov İcra Hakimiyyətinə başçı keçəndən sonra Şəkidə kommunal xidmət sahəsində problemlər xeyli artıb. Onlar bildirir ki, rayonun bir çox kəndlərində əhalinin mavi yanacaq, elektrik enerjisi və içməli su ilə təminatı normal səviyyədə deyil: "Bildiyiniz kimi, qış fəsli Şəkidə çox sərt keçir. Buna baxmayaraq, rayonda qışa hazırlıqla bağlı müvafiq tədbirlər görülmür. Mavi yanacaq yalnız mərkəzi hissələrdə var. Ətraf kəndlərdə isə qaz yoxdur. Şəkinin elə kəndləri var ki, orda yaşayan insanlar ümumiyyətlə mavi yanacağın nə olduğunu bilmir. Dövlət büdcəsindən rayonun sakinlərinin tam şəkildə qazlaşdırılması üçün kifayət qədər vəsait ayrılıb. Amma ortada real iş yoxdur. Elektrik enerjisinin verilməsində də problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Belə ki, elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Əhalinin su problemi də uzun müddətdir həllini tapmır. Vətəndaşlar hələ də palçıqlı su içir. Təhsil və səhiyyə sistemində də vəziyyət kritikdir. Müəllimlər və həkimlər maaşlarını vaxtında ala bilmir. Aidiyyəti qurumların rəsmiləri isə əməkhaqlarının gecikdirilməsini özlərinə xas şəkildə izah edirlər. Onlar müxtəlif bəhanələr gətirib səhiyyə və təhsil işçilərinin haqqını pozurlar".

Elxan Usubovun dövlət büdcəsindən rayonun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilmədiyini vurğulayan narazılar onu da qeyd edirlər ki, bu səbəbdən ayrı-ayrı vaxtlarda dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait müxtəlif yollarla mənimsənilib: "İcra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. Elxan müəllim rayonun icra başçısı vəzifəsinə keçəndən sonra maliyyə imkanlarını xeyli genişləndirib. Əgər belə olmasaydı, o Bakıda bahalı evlər və ticarət obyektləri ala bilməzdi. Niyə soruşan yoxdur ki, ay məmur sən Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərini, M.F.Axundov prospektindəki yerləşən "Şəki" hotelini, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" hotelini hansı pullarla əldə etmisən. Və ya niyə soruşan yoxdur ki, sənin gənc övladın "AA" seriyalı bahalı maşını hansı pullarla alıb? Elxan Usubov vəzifədə qaldığı müddətdə Şəki bundan da pis günə düşəcək. Bir şey ki, Şəki İcra Hakimiyyətində vaxtilə dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxs vəzifə tutur, bundan nə gözləmək olar? Həmin şəxs Nizami İsmayılovdur. İcra başçısı onu Ağstafadan özü ilə Şəkiyə gətirib. Nizami İsmayılov hazırda Şəki İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi işləyir. İcra başçısı dövlət çevrilişinə cəhddə iştirak edən, hətta buna görə həbs edilən şəxsə vəzifə verməklə rayonun uçuruma aparılmasının təməlini qoyub. Odur ki, Şəki Şəhər İcra Hakimiyyətində təcili olaraq kadr islahatları aparılmalı, ilk olaraq isə Elxan Usubovla Nizami İsmayılov vəzifədən kənarlaşdırılmalıdır".

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru