"Çingiz adlı həkim məndən pul istədi ki"... - etiraz var
Tarix: 20-01-2016, 10:44 | Çap et
Ölkəmizdə sosial müdafiəyə ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsi, hər kəsin üzləşdiyi problemin həlli, zaman-zaman dövlət-hakimiyyət orqanlarının diqqət mərkəzində olub. Başlıca məqsəd, həmin şəxslərin dövlət qurumlarına olan inamını daha da artırmaq, vətəndaş giley-güzarını aradan qaldırmaqdır. Amma, təəssüf doğuran hal odur ki, Tovuz rayonu Qovlar şəhəri Sabir küçəsi ev-14 ünvanında yaşayan 2-ci qrup əlil, hansı ki, daha çox sosial müdafiəyə ehtiyacı olan Quliyev Ədalət Məmməd oğlu da, bu gün elə bir olayla üz-üzə qalıb ki, gəl görəsən. O, üzləşdiyi problemin həllinə hələ də nail ola bilmədiyi üçün, bir neçə gün bundan əvvəl redaksiyamıza üz tutmağa məcbur olur və ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 1999-cu ildə həqiqi hərbi xidmətə getdim və həmin ilin oktyabr ayında Füzuli rayonunun 5-ci post adlanan ərazisində qolumdan güllə yarası da aldım. Baş verən hadisədən sonra, məni Bakı şəhəri “Papanin” adı ilə tanınan ərazidəki hospitala göndərdilər və orada onbir ay müalicə də aldım. Üzünmüddətli müalicədən sonra hərbi hissəyə qayıtdım və çox keçmədi ki, məni evə buraxdılar. Az sonra isə, Tovuz rayon TSEK-dan mənə 3-cü qrup əlillik dərəcəsi verdilər. Həmin vaxt komissiyanın Çingiz adlı həkimi məndən pul istədi ki, “gəl sən razı ol, sənə 2-ci dərəcə əlillik verək. Pul verməsən, o halda sənə həmin dərəcəni verə bilməyəcəyik” dedi. Çingiz həkimin istədiyi pulu verə bilmədiyim üçün, komissiyanın qərarı ilə mənə 2007-ci ildə 3-cü dərəcə əlillik verdilər. Amma, bir-iki il keçdikdən sonra, daha dəqiq desəm 2009-cu ildə isə mənə 2-ci qrup əlillik dərəcəsi verdilər. 2012-ci ildə təkrar komissiyadan keçərkən 2-ci qrup əlillik dərəcəmi yerində saxladılar. 2013-cü ilə gəldikdə isə, Tovuz TSEK-nın üzvü olan Şəfəq xanım, məndən 400 manat pul istədi və bildirdi ki, “sən istənilən pulu ver, sənin 2-ci qrup əlillik dərəcəni bərpa edək”. Pulum olmadığı üçün, həmin vaxt istənilən məbləği verə bilmədim və belə bir səbəb üzündən də, təkrar mənə 3-cü qrup əlillik dərəcəsi verdilər. 20 dekabr 2015-ci il tarixdə, Tovuz rayon TSEK-dan məni Bakı şəhərinə komissiyaya göndərdilər. Elə ki, Bakı şəhərində komissiyada oldum, o halda bildirdilər ki, “hələ sənin sənədlərin bizə gəlməyib”. 05 yanvar 2016-cı ilə qədər gözləsəm də, təkrar bildirdilər ki, “hələ də sənədlərin gəlməyib”. Elə ki, 06 yanvar 2016-cı il tarixdə təkrar komissiyada oldum, o halda mənə bildirdilər ki, “sənə beş illik 3-cü qrup əlillik dərəcəsi verilib”. Hansı ki, mən təkrar komissiyadan keçməli idim və səhətimdəki problemim də müəyyən olunmalı idi. Mənə bir kimsə baxmadan və çöldən-çölə komissiyanın qərarı ilə 3-cü qrup əlillik dərəcəsi yazıblar. Hansı ki, mən vaxtilə başımdan travma, qolumdan isə güllə yarası aldığım üçün, bu gün də özümü olduqca pis hiss edirəm. Həqiqi hərbi xidmətdə olarkən soyuq yerlərdə o qədər yatmışam ki, hal-hazırda həmin günlərin ağrı-acısını çəkirəm. Yəni böyrəklərim, orqanizmimin çox hissəsi ağrıyır. Hərbi xidmətdə olarkən aldığım güllə yarası ilə bağlı əməliyyat olunduğumdan, üç dəfə “narkoz” qəbul etmişəm və dörd gün ərzində ayılmamışam. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda danışığımda müəyyən qüsurlar da əmələ gəlib. İndi istəyim ondan ibarətdir ki, məni təkrar müayinədən keçirsinlər və 2-ci qrup əlillik dərəcəmi bərpa etsinlər. Onu da qeyd edim ki, əlillik dərəcəsi olanlar on il müddətinə komissiyadan keçdikdə, həmin şəxslərə ömürlük əlillik dərəcəsi verilir. Mən isə düz 15 ildir ki, təkrar komissiyalardan keçirəm, amma mənə belə bir dərəcəni vermirlər. İndi anlaya bilmirəm ki, təkrar komissiyadan keçmədən çöldən-çölə mənə 06 yanvar 2016-cı il tarixdə beşillik 3-cü qrup əlillik dərəcəsini niyə veriblər”. Bütün bunlar sağlamlığını bu Vətən, bu torpaq uğrunda itirən Quliyev Ədalət Məmməd oğlunun etdiyi giley-güzarıdır. O, “axı, mən nə etmişəm? Bəziləri həqiqi-hərbi xidmətdən yayınmağa çalışanda, mən könüllü hərbi xidmətə yola düşmüşəm və mənfur qonşumuz olan erməni əsgərləri ilə üz-üzə də dayanmışam. Çünki, mənim qəlbimdə xalqıma, torpağıma bağlılıq hissi, bir Vətən sevgisi var. Mən həmin sevgini, həmin istəyi heç vaxt gizlədə bilməzdim” deyir. Tovuz TSEK-nın “insaflı komissiya üzvləri”, mənə verilən 2-ci qrup əlillik dərəcəsini mənə çox gördülər, həmin dərəcəni əlimdən də aldlar”. Bundan əlavə o, onu da qeyd edir ki, “sağlamlığımı bu Vətən yolunda itirsəm də, bu Vətənin Qovlar şəhərindəki yerli vəzifə sahibləri, mənim torpaq sahəsi, yaxud da mənzillə təminatıma hələ də biganə yanaşmaqdadırlar. Düzdür, şəhər bələdiyyəsinin rəhbərliyi mənzillə təminatıma söz versə də, onun vəd etdiyi günlər hələ ki qurtarmaq bilmir. Artıq indi başa düşürəm ki, onun vədləri məni aldatmaqdan başqa bir şey deyil”. Bəli, bu bir Vətən övladının üz-üzə qaldığı problemlər, yaşadığı anlardır. Axı, biz niyə belə olmalıyıq? Niyə, bu torpağı sevəni, bu torpağı bağrına basanı qapılarda, vəzifə sahiblərinin qəbullarında gözlətməliyik? Odur ki, sualı bizdən, cavabı isə Qovlar şəhərinin bəzi vəzifə sahiblərindən... Problemin varlığını diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|