Elton Məmmədov tərəfindən aldadılan sahibkarlar aksiya anonsu verdi... - NARAZILIQ VAR...
Tarix: 22-10-2015, 11:11 | Çap et
Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində sahibkarlara qarşı təzyiqlərin olmasını önə çəkərək bununla bağlı sərt cəzalanmaların olacağını bildirib. Prezident həmin toplantıda açıq şəkildə bəyan etdi ki, yoxlama və təftiş adı altında sahibkarların sıxışdırılması baş verir ki, bütün bunlara da təcili olaraq son qoyulmalıdır. Ölkə başçısının bu sərt tapşırığından sonra bu sahədə inqilabi islahatlara rəvac verilib. Artıq sahibkarlara qarşı qanunsuz əməllər törədənlərin sərt şəkildə cəzalandırıldığının şahidinə çevrilməkdəyik. Bununla yanaşı prezidentin göstərişi ilə sahibkarların yoxlanılması halları 2 il müddətinə dayandırılıb. Belə ki, Nazirlər Kabinetindən verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Layihəyə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda İ.Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Qeyd edək ki, dövlət başçısı tərəfindən verilən sözügedən qərarlar sahibkarlar üçün geniş fəaliyyət üfüqləri açıb. Bütün bunlardan sonra isə prezidentin dəstəyindən ürəklənən sahibkarların qarşılaşdıqları haqsızlıqlarla bağlı açıq şəkildə danışması müşahidə olunur. Əgər bu vaxta qədər sahibkarlar nədənsə çəkinərək onlara olunan təzyiqlərlə bağlı çıxış etməkdən çəkinirdisə artıq indi əks prosesin şahidiyik. Elə “Unikal” qəzetinə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun əməllərini ifşa edən şok müraciətin daxil olması da bu baxımdan maraq doğurur. “Unikal” qəzetinə daxil olan məlumatda bildirilir ki, millət vəkili Elton Məmmədov Bakı Beynəlxalq Avtovağzalında sahibkarlara qanunsuz satdığı yerin pulunu qaytarmaq isəmir və bu da özlüyündə yeni etiraz dalğasının yaranmasına gətirib çıxarıb. Əldə etdiyimiz informasiyaya görə, artıq Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən sahibkarlar üzləşdikləri haqsızlığa etiraz əlaməti olaraq aksiyaya hazırlaşırlar. Bu barədə məlumat verən sahibkarın sözlərinə görə, yüzlərlə sahibkar qanusuz bölgünün qurbanı olub və indi onlar arzuolunmaz durumla qarşılaşıblar. Sahibkarları ayağa qaldıran olayın təfərrüatlarını isə sahibkar belə təsəvür edir: «Avtovağzaldakı ticarət mərkəzi fəaliyyətə başlayanda Elton Məmmədovun sağ əli sayılan və pul yığımı prosesini həyata keçirən Əli adlı şəxs yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan ara yerləri də biznesmenlərə satıb, bəzilərini isə icarəyə verdi. Yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan həmin ara yerlər sahibkarlara 20-30 min manata başa gəlib. Amma yeni rəhbərlik gələn kimi qanunun tələblərinə əsaslanaraq, həmin obyektləri sökməyə başlayıb. Biz isə bir ətək pul verib, obyekt düzəltmişik, buradan ailələrimizin gündəlik ruzisini qazanırıq. Məsələ bundan ibarətdir ki, illərdir bizə obyektimizin qanunsuz olduğunu deməyiblər. Əgər bizim obyektlər doğrudan da qanunsuz idisə, Elton Məmmədov və onun Bakı Beynəlxalq Avtovağzalındakı adamı Əli niyə bu yerləri bizə satırdı? Ona görə də biz pulumuzu tələb edirik. Amma indi ortalıqda nə Əli var, nə də Elton Məmmədov. Əgər qısa müddətdə pulumuzu geri qaytarmasalar, etiraza başlayacağıq”. Cənab prezident sahibkarlara şərait yaradılması üçün bütün lazimi addımları atdığını və bu addımların onlar tərəfindən böyük məmnuniyyətlə qarşılandığını bildirən müraciət müəllifləri baş verənlərə görə Elton Məmmədovun cəzalandırılmasını tələb edirlər: “Hazırda nə edəcəyimizi bilmirik. Elton Məmədov və adamları pulumuzu mənimsəyib aradan çıxmağa çalışır. Müvafiq orqanlardan xahişimiz odur ki, pozulmuş hüququmuzun bərpası üçün bizə yardımçı olsunlar».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
|