Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                 

Gədəbəydə icra başçısına söykənən özbaşınalıq - Və icra başçısına güvənən özbaşına məmurlar...
Tarix: 4-11-2014, 12:58 | Çap et
Gədəbəydə icra başçısına söykənən özbaşınalıq
Gədəbəy rayonunda səhiyyə və təhsil sahələrinin xüsusilə bərbad durumda olmalarına dair kifayət qədər materiallar dərc etmişdik. Ən azından bizə belə gəlirdi ki, dərc olunan materiallar bu sahələrin əsaslı şəkildə yoxlanması və gərəkən tədbirlərin görülməsi üçün kifayət etməlidir. Lakin yeni aldığımız şikayət məktublarında sakinlər hər iki sahənin getdikcə daha biabırçı, dözülməz bir duruma düşdüyünü bildirirlər. Məlumatlarda vurğulanır ki, rayonun icra başçısı Ramiz Yediyarov bütün ölkədə prioritet sahələr kimi dövlətin xüsusi diqqət və qayğı ilə əhatə etdiyi təhsil və səhiyyə sistemlərini iflic vəziyyətə gətirməklə, əslində Gədəbəy sakinlərinin qəsdinə durub. Rayonun digər sahələrində mövcud olan neqativ hallar səhiyyə sistemindən də yan keçməyib. Çünki Rayon Səhiyyə Şöbəsinin müdiri Ramiz Pirverdiyev Gədəbəy səhiyyəsini birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında idarə etməkdədir. Bu qaydalar isə yalnız bir məqsədə, mümkün qədər çox pul toplanmasına xidmət edir. Məhz bu səbəbdən rayon əhalisi əksər hallarda profilaktik müalicə üçün Gəncədə fəaliyyət göstərən pullu səhiyyə ocaqlarına üz tutur. Rayonda yaşayan əlillər də onlara pulsuz verilməli olan dərmanları çox zaman əldə edə bilmirlər.


Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında da anoloji vəziyyət, daha doğrusu, qanunsuzluqlar hökm sürür. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, Zərifə xanım Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalıqlar vətəndaşları boğaza yığıb. Vurğulanır ki, məhz Ramiz Yediyarovun tələbi ilə RMX-nın baş həkimi bütün personala xəstələrdən məcburi qaydada rüşvət yığılmasını tapşırıb. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkirlər. Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları verilmir. Xəstələrdən özləri üçün evdən yemək gətirmələri və xəstəxananın yaxınlığında olan aptekdən dərman almaları tələb olunur. Bütün bunlar azmış kimi, bir müddət bundan əvvəl RMX-nın əsas girişi də bağlanaraq, xəstəxananın aşağı tərəfindən başqa giriş açılmışdır. Binanın ətrafına dolanaraq xeyli yol getmək məcburiyyətində qalan xəstələrin şikayətinə isə əlbəttə ki, heç kəs qulaq vermir. Bu vəziyyətin yaranmasına isə səbəb Zərifə xanım Əliyevanın adını daşıyan xəstəxananın girişi önündə “Nur” yeməkxanasının açılması olub. Bu növbəti qanun pozuntusu da icra başçısının “ali göstərişi” əsasında baş verib. Rayon sakinlərinin ümumi rəyinə görə Gədəbəy rayon Mərkəzi Xəstəxanası bu gün baş həkim Ramiz Pirverdiyevin super marketinə çevrilib. Ramiz Pirverdiyev o qədər maddi imkana sahib olub ki, hətta Səhiyyə Nazirliyindən göndərilən məktublara belə cavab verməyi özünə borc bilmir. Məsələn, sağalmaz milom xəstəliyinə tutulmuş Ocaqverdiyev İlqar Cəfər oğlu dərman preparatlarının olduqca baha olması ilə ələqədar ona maddi köməklik edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib. Bu barədə nazirlik tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına göstəriş verilməsinə baxmayaraq bu günə qədər həmin xəstə bu dərmanları ala bilmir. Düz altı aydır ki, həmin xəstəyə heç bir köməklik göstərilmir. Rayon əhalisinin əksəriyyəti bilir ki, Gədəbəy rayon xəstəxanasına gələn pulsuz dərman preparatları Ramiz Pirverdiyev tərəgindən satılır. Pulunu da öz cibinə qoyur. Bunun nəticəsidir ki, bu qədər dərman preparatları yeyintisi olan rayonda ziyalı övladı olan İlqar Ocaqverdiyevə yardım etmək müşkül məsələyə çevrilib.


Gədəbəyin əksər kəndlərində yerləşən tibb məntəqələrinin fəaliyyət göstərməməsi üzündən əhaliyə ilkin tibbi yardım göstərmək olmur. Tibb məntəqələrinin bağlı olmasının səbəbi isə həmin binaların yararsız vəziyyətdə olması və tibbi avadanlıqların qıtlığıdır. Maraqlıdır, görəsən, rayonun səhiyyə sahəsinə ayrılan vəsait hansı istiqamətə xərclənir? Əlbəttə ki, bu suala Ramiz Pirverdiyev və digər rəhbər şəxslər cavab verməlidirlər. Bəlkə o zaman Gədəbəyin səhiyyə və təhsil obyektlərinin ərzaq təminatı həvalə olunmuş 6 MMC-nin də əsil sahiblərinin kimliyinə aydınlıq gətirilər. Əslində bu şəxslərin kimliyi hamıya məlumdur. Ərzaq təminatından başqa səhiyyə müəssisələrinə dərman preaparatları və tibbi avadanlıq, orta məktəblərə isə partalar, yazı lövhələri və digər ləvazimatlar “alan” bu ilğım-müəssisələr əslində yalnız kağız üzərində mövcuddurlar. Bununla belə rayon rəhbərliyi davamlı olaraq məhz bu “altılığın” xidmətlərindən istifadə etməyə üstünlük verir. Məhz bu müəssisələrin vasitəsilə bir xəstəyə ayrılan gündəlik 5 manat ərzaq pulu və xəstələrə pulsuz verilməsi nəzərdə tutulmuş dərmanların alınması üçün rüblük ayrılan 80 min manat vəsait Ramiz Yediyarov tərəfindən mənimsənilir.Gəbədəyin ən ağrılı problemlərindən birinin də təhsillə bağlı olduğunu deyən şikayətçilər bildirirlər ki, son illər adıçəkilən rayon ali məktəblərə qəbul faizinə görə ölkədə sonuncu yerlərdən birini tutur: "Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində isə icra başçısı Ramiz Yediyarovla birgə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin də misilsiz "xidmətləri" var. İcra başçısı təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin müdirilə iş birliyinə girib və onların fəaliyyətləri nəticəsində gədəbəyli gənclər normal təhsil almaqdan məhrum olublar. Baxış Nağıyev icra başçısının bütün tapşırıqlarına can-başla əməl etdiyindən Ramiz Yediyarov ona bütün lazımi şəraiti yaradıb. İş o yerə çatıb ki, icra başçısı rayonun dövlət qurumlarında uzun müddət çalışan ixtisaslı kadrları əsassız yerə vəzifəsindən azad edib yerinə yaxın adamlarını yerləşdirir. Əvvəlki icra başçıları əhalini diqqətdə saxlayır, onlara müəyyən yardımlar edirdilər. Lakin Ramiz Yediyarov rayona icra başçısı təyin ediləndən sonra yalnız insanların hüquqlarını pozmaqla məşğuldur". Sakinlər tərəfindən təqdim olunan açıqlamalarda bu da bildirilir ki, hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil. Təəssüflər olsun ki, Gədəbəy rayonunda problem təkcə bununla bitmir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların gündəlik sayı ilə jurnalda adları qeyd olunanlar arasında böyük fərq var. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bütün bunlara baxmayaraq, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevə “gözün üstə qaşın var” deyən yoxdur. Çünki onu himayə edən şəxs birbaşa Ramiz Yediyarovdur. Buna görə də heç kim Baxış Nağıyevin işinə müdaxilə etmir, onun yol verdiyi bir sıra ciddi nöqsanlara göz yumurlar. Bununla yanaşı, mənbə iddia edir ki, Baxış Nağıyevi nə təhsilin, nə də təhsil alan şagirdlər üçün nəzərdə tutulan məktəb binalarının durumu maraqlandırır. Elə buna görə də bu gün rayonun kənd məktəbləri uçma təhlükəsilə üz-üzə qalıb: “Gədəbəydə tez-tez güclü küləklər olur. Və günlərin birində kənd məktəblərindən birinin şagirdlərin başına uçacağı təhlükəsi hər gün mövcuddur. Buna çarə tapmaq əvəzinə Baxış Nağıyev məktəblərin təmirinə ayrılan vəsaitin təyinatdankənar xərclənməsinə şərait yaradır.” Baxış Nağıyevin vəzifəsindən gəlir mənbəyi kimi istifadə etdiyini deyən mənbənin sözlərinə görə, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri icra başçısının mühafizəsi və himayəsi altında olduğundan rayonda ürəyi istədiyi kimi hərəkət edir. Bundan başqa, Baxış Nağıyevin məktəblərə yersiz direktor təyinatları ucbatından rayonda gələcək üçün savadlı kadrların yetişməsinin qarşısına sədd çəkilir. Buradan da belə qənaətə gəlmək olar ki, Gədəbəy təhsilinin bərbad hala düşməsinə səbəb Baxış Nağıyevin əməlləridir. Mənbənin bildirdiyinə görə, vaxtilə öz ziyalıları və alimlərilə fərqlənən rayon bu gün təhsil səviyyəsinə görə ölkə üzrə ən geridə qalmış rayonlardan biridir.Ən acınacaqlısı isə budur ki, bu gün icra başçısının və digər məmurların ədalətsiz münasibətindən bezən insanların bir hissəsi isə Gədəbəyi tərk etmək məcburiyyətində qalıblar. Təxminən, 100 min nəfərə yaxın əhalisi olan və Ermənistanla üzbəüz mövqedə yerləşən rayonda əhalinin sosial vəziyyəti getdikcə pisləşir. Bütün bunları nəzərə alaraq, öz növbəmizdə biz də rayon sakinlərinin çoxsaylı müraciətlərinə qoşularaq ölkənin Təhsil Nazirliyindən, Səhiyyə Nazirliyindən, bu günlərdə rayonda yoxlama aparan Maliyyə Nazirliyindən və digər əlaqədar qurumlardan Gədəbəydə bu gün gedən prosesləri dərindən araşdırmağı və getdikcə dərinləşən tənəzzülün qarşısını almağı artıq dərəcədə xahiş edirik.
\\ Bizimdovr.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru