“Elçibəyin düşüncələri İlham Əliyevin siyasətləri ilə tam fərqlidir” – Fars-molla rejimi hələ də əndişə içindədir
Tarix: 30-05-2014, 11:25 | Çap et
DİA.AZ: - İrandakı fars-molla rejimi hər zaman Azərbaycan türkünün bütövlük hədəfindən qorxub və qorxacaq da. Bunu hətta İran-Azərbaycan siyasi münasibətlərinin indiki – qaydasında olduğu dönəmdə belə görmək mümkündür.
DİA.AZ bildirir ki, Tehran dövlətinin (onlar bizi “Bakı dövləti” adlandırırlar –red.) Azərbaycandakı səfiri Möhsin Pakayin özünün sonuncu mətbuat konfransında da əslində fars-molla rejiminin əndişəsini ortaya qoymuş oldu.
DİA.AZ «AranNews» portalına istinadən həmin mətbuat konfransından olan reportajın tam mətnini olduğu kimi təqdim edir: «İranın Azərbaycandakı səfiri Bakıdakı az sayda olan irqçi bir qrupun fəaliyyətinə işarə edərək deyib: "Biz bu dəstənin fəaliyyətini tam izləyirik. Onların sayı 50 nəfərdən çox deyil. Onların fəaliyyətindən İranın milli təhlükəsizliyinə qarşı heç bir narahatlığımız yoxdur". Səfir əlavə edib: "Bu qrupun üzvləri elə də çox sayda deyil və siyasi baxımdan da elə bir təsirli fəaliyyətləri yoxdur. Lakin onlar ABŞ konqresindən maliyyə maddi və mənəvi dəstəyi ilə öz media mövqelərini artırmağa çalışırlar". Möhsin Pakayin, Azərbaycan dövlətinin bu irqçi dəstəni dəstəkləməməsinə də toxunaraq deyib: "Bakı dövləti hətta, belə bir məsələnin bu ölkədə ortaya atılmasına də razı deyil". M. Pakayin bu millətçi qrupun əsas söykənəcəyinin sabiq prezident Əbülfəz Elçibəyin təfəkkürləri ilə bağlı olmasını da vurğulayıb. Səfir artırıb: "Onun (Ə. Elçibəy) düşüncələri İlham Əliyevin siyasətləri ilə tam fərqlidir". O, Azərbaycanda son dəfə keçirilən prezident seçkisinin millətçi qrupların təsirsiz olmasına bir nümunə olmasını da qeyd edərək vurğuladı: "Bu qrupdan iki nəfər nümayəndə seçkilərdə iştirak etməsinə baxmayaraq özlərinə səs toplaya bilmədilər". Azərbaycan Respubllikasının dərslik kitablarında getmiş bəzi təhriflərin araşdırılması üçün iki ölkə arasında xüsusi komitənin yaradılmasını xəbər verən səfir deyib: "Bu komitənin iclası hələ keçirilməyib, amma onun keçirilməsinə və şübhələrin həll olunmasına çalışırıq". Eurovision, İran və Azərbaycan münasibətlərində soyuqluq yaratdı İranın Bakıdakı səfiri 2012-ci ildə Eurovision müsabiqəsinin keçirilməsini İran-Azərbaycan münasibətlərində yaranan soyuqluğun səbəbi adlandırıb. O deyib: "Son 20 ildə İran-Azərbaycan münasibətlərində eniş-yoxuşlar yaşanıb. Lakin son bir ildə siyasi və iqtisadi münasibətlərə müsbət və bəyənilən proseslər hakimdir. Ümid edirik ki, bu proses daha sürətlə davam edəcək". "Mən iki ölkə əlaqələrin gələcək prespektivinin daha yaxşı səviyyədə olacağına inanıram, ona görə ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İrana sonuncu səfəri iki ölkə arasıdna əməkdaşlığın inkişafı sahələrini daha əlverişli edib",- deyə Pakayin bildirib. O, iki ölkə arasındakı güclü iqtisadi, siyasi və ticarət imkanlarına da toxunaraq deyib: "İkitərəfli əməkdaşlığın daha da artırılması üçün bu geniş imkanlardan yetərincə istifadə etmək lazımdır". Azərbaycan tərəfindən viza rejiminin ləğvini hər iki ölkənin xarici işlər nazirliyinin ən öndə duran məsələlərindən adlandıran səfir deyib: "Azərbaycan tərəfi İran vətəndaşları üçün viza rejimini ləğv etməyə meyillidirlər. Lakin bəzi gömrük məsələləri və sərhəd strukturları bu mövzunun təxirə salınmasına səbəb olmuşdur". İran İslam Respublikasının hədəfi Qarabağ münaqişəsini həll etməkdir M. Pakayin, Dağlıq Qarabağ münaqişəsinin həll olunması İranın xarici siyasətinin əsas hədəflərindən biri olduğunu bildirib. M.Pakayin deyib ki, heç şübhəsiz bölgənin təhlükəsizliyinin təmini İran üçün çox önəm daşıyır və elə buna görə çalışırıq Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın. "Bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Azərbaycan və Ermənistan arasında qarşıdurma bu iki ölkənin xeyrinə deyil və əlbətdə İranında xeyrinə deyil", -deyə Pakayin bildirib. O, əlavə edib ki, İran bəlli bir zaman çərçivəsində Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edib. "Lakin hazırda elə görsənir ki, münaqişə tərəfləri Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllini istəyirlər. Minsk qrupu 20 ildir fəaliyyət göstərir, lakin münaqişənin həlli üçün heç bir addım atmayıb", -deyə Pakayin bildirib. Pakayin deyib ki, ATƏT-in Minsk qrupuna üzv ölkələr Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bakı həbsxanalarında olan 35 İran vətəndaşı İrana təhvil veriləcək İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq-deyə səfir bildirib. O əlavə edib: "Bu il başlanandan bəri Azərbaycan həbsxanalarında cəza çəkən 4 nəfər İran vətəndaşı artıq İrana qaytarılıb". Pakayin, Azərbaycanda həbs olunan İran vətəndaşlarının çoxunun narkotik maddələrlə bağlı olduğunu bildirərək deyib: "Ölkəmizin vətəndaşları getdiyi ölkənin qanunlarını bilmədikləri ucbatından belə həbslərə düşürlər". O, artırıb: "Ola bilsin ki, İranda bəzi dərmanları qəbul etmək qanun baxımından qadağan olmasın. Amma həmin dərmanların Azərbaycan Respublikasında qadağan olması mümkündür. Bu üzdən bəzi vətəndaşlarımız həbs və mühakimə olunurlar"».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
|