Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
Tarix: 16-05-2024, 11:40 | Çap et
 İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq. Bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır. "Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır", - Murad Məmmədov adlı taksi sürücüsü bildirib.
O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib. "1999-cu ildə istehsal olunan "Çeşka" adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan "Opel" və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir", - sürücü bildirib. AYNA-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. "Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır", - AYNA-dan bildirilib.
Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, ANNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır: "Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq". Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00 |
|
|
|
|