Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun pardaxlanan tenderləri...
Tarix: 9-03-2024, 17:25 | Çap et
Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi. Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktoru nun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində reallıq necədir? AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır: Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib. Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub. Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir? Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir. Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır. Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir. Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır.
Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır. Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır.
Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib. Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar. Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır. O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir? Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik. Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir. Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|