Hacıbala Abutalıbovun müavini torpaq oğuruluğunda ittiham olundu - Əlilin haqqı yeyilir
Tarix: 21-02-2014, 11:58 | Çap et
Qarabağ müharibəsi veteranı Müşfiq Firuz oğlu Əhmədli və birinci qrup əlil Rüstəm Əli oğlu Əliyev şəxsi mülkləri olan torpaq sahəsindən məhrum ediliblər. Belə ki, Müşfiq Əhmədlinin 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə başqası sahib çıxıb.
Qarabağ müharibəsi veteranı Mərdəkan qəsəbəsindəki keçmiş bağlar ərazisindən qızının adına 5,6 sot torpaq alıb. 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış (“kupça”) əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb. “Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun baçısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər” - şikayətçi «axar.az» saytına belə deyib.Qeyd edək ki, mübahisəli torpaq sahəsinə qarşı bir necə dəfə məhkəmədə iddia qaldırılıb və onlar təmin edilib. Bu haqda danışan torpaq sahibi Rüstəm Əliyev mübahisəli torpaq sahəsinin onun atasına verildiyini bildirib: “Hələ 1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim”. Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci ilin fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib. Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb.2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi E.Vəliyevanın iddiasını təmin etsə də, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir sərəncamı ortaya çıxıb. Həmin sənəddə E.Abdullayevaya verilən bağ sahəsinin uzun müddət istifadəsiz qalması əsas gətirilərək 2005-ci ilin oktyabrında 2549 saylı bağ sahəsi onun sərəncamından geri alınıb. Sonradan başçının müavini R.Pənahovun göstərişi ilə həmin sahə məhkəmə qaydasında R.Əliyevə verilib. O da əmlakının bir hissəsini qanuni sənədlərlə M.Əhmədliyə satıb. Son sənədi yenidən məhkəməyə təqdim edərək hüquqlarının tanınmasını tələb edən R.Əliyev bu problemlə üzləşməsində Rauf Pənahovu günahlandırıb.Onu da deyək ki, R.Əliyev hazırda iki ayağından məhrum olub və birinci qrup əlildir. Onun torpaq satdığı Müşfiq Əhmədli isə Qarabaq müharibəsinın iştirakçısı olub. Əsassız yerə əmlakları əlindən alınan hər iki vətəndaş ölkə rəhbərliyinə müraciət edərək bu ədalətsizliyə son qoyulmasını istəyiblər. Onu da deyək ki, dünən Bakı Apellyasiya Məhkəməsində R.Əliyevin qaldırdığı torpaq iddiasına baxılmalı idi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|