Tovuzda TALANAN DÖVLƏT BÜDCƏSİ... - İTTİHAM VAR!
Tarix: 22-05-2023, 09:27 | Çap et
Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra onu çox ehtiyac duyduğu “baldan şirin dillə” qarşılayan, qılığına girən məmurların korruptiv fəaliyyəti üçün münbit şərait yaratdı, bəzilərinin də vəzifədə irəli çəkilmələrinə təqdimat verdi. M.Məmmədov müəmma doıo rayon rəhbərlərindən biridir. Belə ki, onun vikipediya məlumatları belə demək olar ki yoxdur. Yazılan yalnız budur: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur. İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib…? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..? Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Tovuzun Qaraxanlı kəndində anadan olmuş Məmməd Məmmədov Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən, «Zəhər Mamed” ləqəbi ilə tanınıb. Bundan başqa o, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Yeri gəlmişkən, özünün bu məsələyə münasibəti belə olub: “Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin, ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz”. Onu da bildirək ki, M.Məmmədov rayon rəhbəri təyin olunandan sonra daha əvvəl başçılıq etdiyi “AQROKİMYA” MMC-də boşaltdığı kürsüyə oğlunu oturtdu, bir sözlə, “zəhərli” işlərinin başını buraxmayıb. Onun Tovuz rayon torpaqlarının bir qismini, Şəmkir, Tərtər, Agstafa, Kürdəmir, Saatlı və İmişli rayonlarında da yüz hektarlarla xam torpaqları ələ kecirib müxtəlif adamların adına sənədləşdirərək istifadə etdiyi, həmin torpaq sahələrinin əkilib — becərilməsi ücün ayrılan subsidiya vəsaitlərini nagd yolla əldə etməklə külli miqdarda dövlətə ziyan vurduğu, Tovuz fermerlərindən ucuz qiymətə aldığı toxumu istehsal olunmuş kimi siyahıya saldıraraq baha qiymətə rəsmiləşdirdiyi və dövlətdən bu təyinatla ayırılan maliyyə vəsaitini silib mənimsədiyi barədə çoxsaylı informasiyalar yayılıb. Yeri gəlmişkən, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşı olduğu bildirilir. Məlumat üçün bildirək ki, iqtisad elmləri namizədi olan Cahan Məmmədov 2008-ci ildən Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri vəzifəsində işləyir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi “Azəraqro-təchizatmexanikləşdirmə” Respublika İstehsalat Birliyində sədrin birinci müavini, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.
Araşdırma qrupumuz sual edir ki, sonuncu təyinatla Tovuzda inkişafa dair hansı nümunə var. İ.Əliyevin kadr islahatlarının mahiyyəti ondan ibarətdir ki, yerlərdəki idarəçilik optimallaşsın, bürokratik əngəllər aradan qalxın, sosial şərait düzəlsin, sahibkarların və əhalinin narazılıqları həllini tapsın, bölgələr abadlaşsın. Lakin M.Məmmədovun təyinatı Tovuz bölgəsində sosial-iqtisadi, mədəni-təhsil, infrastruktur, nəqliyyat, aqrar sektorlarda bir qarış irəliləyişlə nəticələnməyib. Prezident Administrasiyasındakı təhlil şöbəsi də yerlərdə vəziyyətlə bağlı vaxtaşırı araşdırma aparır, müqayisələr edir, kadr islahatlarının hansı effekt verdiyini analiz edirlər. Sonra qovluq şəklində prezidentin masasına qoyulur və məruzəyə istinadən nəticələr çıxarılır, qərarlar verilir. Bu zona ilə bağlı müşahidələr, araşdırmalar, şikayətlər göstərir ki, Tovuz Gəncə, Şəmkir, Gədəbəy və s. qonşu rayonlarla müqayisədə çox geri qalıb, rayon və onun kəndləri bərbad vəziyyətdədir, acınacaqlı şərait hökm sürür. Prezidentin etimadını doğrultmayan M.Məmmədovun gördüyü işə, fəaliyyətinə ilin sonunda qiymət veriləcək. 2020-yə Azərbaycan yeni siyasi-iqtisadi kursla keçid edəcək və dövlətin proqramında əyalətlərlə əlaqədar siyasətə də xüsusi diqqət ayrılacaq. Bu mənada prezident yerlərdə edilən kadr dəyişikliklərinin hansı müsbət və mənfi təsirlərinin olduğunu təhlil etməklə 2020 qərarını açıqlayacaq. Heç şübhəsiz ki, Tovuz rayonunun kuratorunun məruzəsi, mövqei bu məsələdə böyük əhəmiyyətə malik olacaq. İndi isə gəlin, Tovzudakı fövqəladə sosial vəziyyətlə tanış olaq: Cumhuriyyet.az xəbər verir ki, rayonda iş adamlarının fəaliyyətinə şərait yaradılması, sahibkarların problemlərinin həll olunması, dəstək göstərilməsi, fermerlərə yardım olunması istiqamətində Tovuz İH-nin və başçısı M.Məmmədovun heç bir təsiri olmayıb. Apardığımız sorğular biznesmenlərin və fermerlərin problemlər girdabında boğulduğunu, kredit və borc içində əziyyət çəkdiyini deməyə əsas verir. İcra başçısı tərəfindən onlara bir dəstək yoxdur. Tovuzun mərkəzinin, hətta İH-nin ətrafının baxımsız, abadsız olduğunu da yaxşı bilirsiniz. Ötən reportajda ətraflı yazmışıq, faktlar göstərmişik. RİH-nin qabağındakı fontanı belə natəmiz saxladıqlarını işıqlandırmışıq. Hər gün burdan keçib işə gedən M.Məmmədov isə maraqlanmır ki, niyə bu cür antisanitariyadır, rayon toz-tozanaq, bərbad haldadır. Bu dəfəki araşdırmalarımız təkcə Tovuzun özündə deyil, kəndlərində də fəlakətli bir mənzərə olduğunu üzə çıxarıb. Məlum olur ki, kəndlər kommunikasiyadan uzaq, sosial problemlər məngənəsində can verir. Əhali qaz, işıq üzünə həsrətdir, infrastruktur yararsızdır, qaz boruları satılıb, kəndlərdə evlər donur, qışa tədarük üçün meşələr talanır, elektrik xətləri sıradan çıxıb, köhnəlib, elə bu səbəbdən tez-tez işıqlar sönür, yollar darmadağındır, telefon xətləri yoxdur. Bir sözlə, sanki Tovuz kəndlərində həyat dayanıb, dünyanın axırıdır, bütün aləmdən təcrid olunublar. Amma bu problemlərin heç biri rayon icra başçısını maraqlandırmayıb.
…Məmməd Məmmədov Tovuz Rayon ərazisində bir “beton zavod”, 2 Şadlıq sarayı, və restoranlar şəbəkəsi, meşə zonasında istirahət mərkəzi, bundan başqa, Mərkəzi Aran Rayonlarında kənd təsərrüfatının inkişafına dəstək adı altında ayrı-ayrı şəxslərin adına mmc-lər təsis etdirərək yeni qazanc ünvanı tapıb. Məsələn, araşdırmalarla öyrəndim ki, o, Ölkə Prezidenti Cənab İlham Əliyevin regionlarda kənd təsərrüfatı məsullarının bolluğunun yaradılması proqramının əksinə gedərək dövlət tərəfindən fermer və pay torpaq sahiblərinə dövlət tərəfindən əkinçiliyin inkişafı üçün ayrılmış birdəfəlik subsidiyaları (dərman preparatları, gübrə, mazut və sürtkü yağları və s. üçün) müxtəlif yollarla ələ keçirməkdədir. Məmməd Məmmədov qanunsuz hərəkətlərini Tovuz Rayon ərazisindən başqa Yevlax, Ağstafa, İmişli, Beyləqan, Sabirabad və Saatlı Rayonları ərazilərində də geniş miqyasla həyata keçirmişdir. İcra Hakimiyyəti başçısının yüz hektarlarla torpaq sahələrini əldə etməsindən başqa Goranboy və Samux Rayonları ərazisində də ayrı-ayrı şəxslərin adına yüz hektarlarla torpaq sahələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahiblənməsinə nail olmuşdur. Məmməd Məmmədovun Gəncə şəhərində fəaliyyət göstərən un dəyirmanları, Kürdəmir Rayonu ərazisində yem istehsal edən zavodu, Saatlı, Beyləqan, İmişli rayonları ərazisində hər birinin ərazisi iki yüz əlli kvadrat metrdən çox olan soyuducu anbarları vardır. Bunu da qeyd etmək yerinə düşər ki, Məmməd Məmmədova məxsus olan ayrı-ayrı şəxslərin adına sənədləşdirdiyi mmc və fabrikalar dövlət vergisini ödəmir, İqtisadi İnkişaf Nazirliyinin serftikat və lisenziyasını almır və bundan başqa, dövlət içərsində dövlət kimi hərəkətlər etməkdədir. Məmməd Məmmədovun qanunsuz hərəkətləri, dövlət əmlakını mənimsəməsi, əhalinin həssas hissəsi olan kənd əhalisini və fermerlərin haqqlarını ələ keçirməsi və dövlət başçısına, onun daxili siyasətinə zidd hərəkətlər etməsini analiz edərkən təəssüflənməmək mümkün deyil. //http://cumhuriyyet.net//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|