İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                 

Vasif Talıbovu NİYƏ HƏBS ETMİRLƏR? - "Bu, dövlətin ŞƏRƏF MƏSƏLƏSİDİR..."
Tarix: 26-01-2023, 10:16 | Çap et
Vasif Talıbovu NİYƏ HƏBS ETMİRLƏR?
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefaya məcbur edildikdən sonra onun və tayfasının bu diyarda insanlara hansı dəhşətləri yaşatmaları barədə saysız-hesabsız faktlar ortaya çıxır.

Talıbov və sülaləsi MR-də qapalı rejim, xanlıq yaratmaqla, milyardları mənimsəməklə kifayətlənməyiblər, naxçıvanlıları faktiki olaraq dədə-baba yurdlarından didərgin salıblar, orada əli iş tutan adamların yaşamasına imkan verməyiblər.

Bakıda özünə gün-güzəran quran xeyli sayda naxçıvanlını isə oğurlayaraq MR-ə aparıb, orada dəhşətli işgəncələrə məruz qoyublar, var-dövlətini son qəpiyinədək əlindən alıblar.

Son günlərdə bir neçə şəxs artıq başına gələnləri ictimailəşdirib. Keçmiş gömrükçü, kiçik sahibkar olmuş Faiq Rzayevdən sonra iş adamı İsgəndər Cabbarovun da eyni ssenari ilə oğurlanaraq başına müsibətlər gətirildiyi ictimailəşdirilib.

Gələn məlumatlar onu deyir ki, belə şəxslərin sayı yüzlərlədir. Ancaq onların əksəri hələ də susur. Nədən çəkinirlər? Vasif Talıbov xofu hələ də aradan qalxmayıb, yoxsa onun əlaltılarının növbəti təxribatlarına məruz qalacaqlarından ehtiyatlanırlar?

İndi əsas sual odur ki, soyğuna məruz qalmış şəxslərin əllərindən alınmış var-dövləti onlara qaytarılacaqmı? Faktiki olaraq hələ nə Vasif Talıbov, nə də oğlanları məsuliyyətə cəlb edilməyib. Rəsmi ittiham olmasa onlardan taladıqlarını vətəndaşlar necə geri ala bilər?..

Mümkündür ki, Naxçıvandakı yoxlamalar bitdikdən, kadrlar yeniləndikdən sonra bu məsələlər rəsmi şəkildə araşdırılacaq.

Hələlik isə Naxçıvanda “xanın” kadrlarının təmizlənməsi və ayrı-ayrı sahələr üzrə yoxlama prosesi gedir.

Son olaraq gələn məlumatlara diqqət edək:

Yanvarın 24-də Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat olub.

İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O buna qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Bu arada Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

Prosesi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri aparır.

Kompleks yoxlamalar barədə yaxın günlərdə geniş məlumat veriləcəyi bildirilib.

Görünən budur ki, Vasif Talıbovun Muxtar Respublikadakı 30 illik dəhşətli əməllərini qısa bir müddətdə sonlandırmaq və nizam yaratmaq mümkün deyil. Bu, müəyyən bir müddət tələb edir. Sonunda isə elə faktlar, xainlikləri üzə çıxa bilərmi ki, ona ali rəhbərlik keçmişdəki xidmətlərinə görə heç bir güzəşt etməsin və həbsə alınsın?

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və övladlarının qandallanması zamana bağlıdır: “Vasif Talıbovun cinayətlərinin açıq şəkildə dilə gətirilməsi, müzakirə olunması onu göstərir ki, proseslər məntiqi sonluğuna çatdırılacaq. Bu həm də hakimiyyətin məsələyə obyektiv yanaşmasını göstərir. Bu qədər dəhşətli hadisələr, xəyanətlər üzə çıxıb, ifşa olunub. Bunlardan sonra Vasif Talıbov azadlıqda qala bilməz. Hesab edirəm ki, Vasif Talıbov mütləq həbsxana qapısı görəcək. Ona hansı maddə ilə ittiham veriləcəyi də maraqlıdır. Əslində Vasif Talıbov vətənə, dövlətə xəyanət maddəsi ilə ittiham olunub qandallanmalıdır. Mümkündür ki, Vasif Talıbov rüşvətxorluq və korrupsiya maddələri ilə cəlb olunsun, bundan sonra ona digər maddələrlə ittiham verilsin”.

Siyasi şərhçi Vasif Talıbovun övladlarının da istintaqa cəlb edilərək həbs olunacaqlarını istisna etmir: “Bu gün əsasən Seymur Talıbovun həbsi, istintaqa cəlb olunması müzakirə mövzusudur. Rza Talıbov da həbs oluna bilər. Çünki Rza Talıbov Seymurdan daha çox xəyanətkarlıq edib. Qardaşlar arasında ilk cinayətlər edən Rza olub. Lakin Seymur daha acgöz olduğundan daha dərin cinayətlər edib. Talıbov qardaşlarının da cəzası həbs olmalıdır”.

Siyasi şərhçi deyir ki, Talıbovların cinayətləri cəzasız qalarsa, dövlətin əsasları sarsılar: “Dövlətin vəzifəsi ədalət prinsiplərini bərqərar etmək, vətəndaşların bir-birinə qarşı cinayətkarlığına son qoymaqdır. Dövlət öz vəzifəsini yerinə yetirməli, qanunlara hörmət etməlidir. Əks halda dövlət sarsıla bilər. Mustafa Kamal Atatürk deyib ki, ”Ədalət mülkün təməlidir". Yəni dövlətin təməli ədalətdir və dövlət ədaləti təmin etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti imicini qorumaq naminə mütləq Talıbovları cəzalandırmalıdır. Bunların əməlində vətənə xəyanət cinayətinin əlamətləri var. Vətənə xəyanəti dövlət kimsəyə bağışlaya bilməz".

Siyasi şərhçi deyir ki, Vasif Talıbova loyal münasibət sərgilənməsi onun üçün təhlükəli ola bilər: “Bu adam 10 illər ərzində dövlətin gücündən istifadə etməklə insanlaırn bizneslərini çökdürüb, ev-eşiklərini, iş yerlərini dağıdıb, Naxçıvandan nəsillikcə didərgin salıb. Bu gün Vasif Talıbov vəzifədə deyil və dövlətin gücündən istifadə edə bilmir. Vaxtilə həyatlarını zəhərə döndəriyi, alt-üst etdiyi adamlar da 1 deyil, 2 deyil. Bu adamlar küçədə Vasif Talıbovu görsələr, onu dişləri, dırnaqları ilə parçalayarlar. Bu baxımdan da Vasif Talıbovun həyatını qorumaq üçün həbsə göndərilməsi vacibdir. Onun da yaşamaq haqqı var. Dövlət onu həbsə almaqla ədaləti bərqərar etmiş olmaqla yanaşı, onun yaşamaq haqqını da təmin etmiş olacaq. Nə olursa olsun, Vasif Talıbovun da yaşamaq haqqı var. Onu ömrünün axırına qədər bir hücrəyə salıb saxlamaqla yaşamasını təmin etmək olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru