Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
Tarix: 30-12-2022, 09:58 | Çap et
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Əvvəli burada: Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...
Daha sonra müəllimlərin müraciətində deyilir: "Bəs keçən tədris ilinin sonunda dövlət imtahanları necə keçirildi? Çox biabırçı vəziyyətdə. İmtahanlar şifahi formatda keçirildi. Tələbələr imtahandan yarım saat əvvəl elektron sistemə daxil olaraq, onlara hansı suallar düşdüyünü öyrənirlər. Bundan sonra imtahan başlayana qədər yarım saat müddətində həmin sualları mühazirə konspektləri materiallarının mobil telefonda və ya çap olunmuş kağızlardakı mətnlərindən oxuyub, öyrənirlər. Sonra imtahana daxil olurlar və həmin materiallar yenə də imtahan getdiyi 2-3 saat müddətində qarşılarında stolun üstündə açıq şəkildə qalır və bunu heç kim onlara qadağan etmir (???). Bu 2-3 saat müddətində heç nəyə hazırlaşmayan tələbə də ona düşən 5 sualı oxuyub, əzbərləyə bilir. Tələbə yalnız cavab vermək üçün ayağa qalxdıqda bu materiallardan ayrılır. Ancaq elə hallar olub ki, tələbələr komissiya qarşısında cavab verməkdə ikən deyirlər ki, müəllim, yadımdan çıxıb, olar bir də telefonumu götürüb baxım? Komissiyanın sədri də deyir, “bala, niyə olmur, olar, götür bax”. Belə imtahandan kim inciyər ki? Buna heç hazırlaşmaq da lazım deyil, nəinki 4 ay çalışıb, buraxılış işi layihəsini işləmək. Qəribəsi odur ki, bütün bu biabırçılıq “innovativ metodlardan” istifadə etməklə, yəni video kameraların çəkilişi şəraitində baş verir və imtahan zamanı tələbələrin istədikləri materiallarının qarşılarında olmaları və onlardan istifadə etmələri də çəkilişə düşür. Tələbələrlə şəxsi söhbətdə soruşanda ki, “bəs bu ixtisaslara həvəsiniz yoxdursa, niyə bu universitetə daxil olmusunuz?”, çoxu cavab verir ki, “ona görə ki, deyirlər ki, burada oxumadan da universiteti bitirmək olur”. Həqiqətən, Texniki Universitetin iki fakültəsindən başqa qalan fakültələrə abituriyentlər qəbul imtahanında toplanılan 200 balla daxil olurlar. Buna görə də təəccüblü deyil ki, AzTU-da tələbələrin əvəzinə müəllimləri “yenidən oxudurlar”, tələbələrdən isə yalnız dərsə gəlib-getmək, görüntü yaratmaq tələb olunur. Müəllimlər rəhbərlik tərəfindən hədsiz mənəvi təzyiqlərə məruz qalırlar, onları sübut edilməmiş “cinayətkar keçmişləri” ilə hədələyərək, şantaj edirlər, üzüyola olmağa məcbur edirlər. Bu kompaniyaya tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli də yaxından qoşulub. O da professional tədris işçisi deyil, baxmayaraq ki, nominal olaraq bir neçə il ADNSU-də kafedra müdiri işləyib (unun tərcümeyi-halından görünür ki, o yer qalmayıb ki, orada işləməsin). Nurəli Yusifbəyli AzTU-da imic qazanmaq üçün özünü bürokrat kimi göstərməyə çalışır. Tədris prosesində sillabus adlanan bir sənəd vardır ki, bu da sadəcə olaraq, fənn üzrə tədris olunan mövzuların təqvim planı deməkdir, vəssalam. Əvvəllər 3-4 səhifədən ibarət olan sillabusları indi N.Yusifbəyli 20-25 səhifəyə çatdırıb. Sillabuslar hər semestr başlayanda təsdiq edilməlidir. N.Yusifbəyli və onun tədris personalının “diqqəti” nəticəsində isə bunlar semestrin sonuna qədər də təsdiq edilib qurtara bilmir və dəfələrlə yenidən çap edilir. Kafedralarda onlarla kiloqram yararsız sillabuslar qalaq-qalaq yığılıb, qalır. Sillabus təsdiq etdirmək indi AzTU-da bir epopeyaya çevrilib. N.Yusifbəyli özünə zəhmət verib, sillabuslardakı saysız-hesabsız cədvəl və rəqəmlərin necə hesablanması haqqında bir göstəriş də hazırlayıb, kafedralara vermir ki, başa düşsünlər ki, o nə istəyir. Yeri gəlmişkən bir məsələni də qeyd edək. Hər tədris ili başlanana qədər müəllimlərin illik tədris yükü planları təsdiq edilməlidir. Əvvəllər belə də olurdu. Son üç ildə isə tədris ilinin yarısı keçir, tədris yükü təsdiq edilmir ki, edilmir, dəfələrlə dəyişdirilir. Bu il dekabr ayının ortalarına qədər dəqiq bilirdik ki, hələ bu ilin tədris yükü təsdiq edilməmişdi, baxmayaraq ki, tədris ilinin yarısı keçmişdir. Bunda N.Yusifbəylinin də “xidmətləri” az deyildir. Dərs vaxtı tələbələrdən dərs soruşduqda, görürsən ki, onların bir çoxu nəinki soruşulan fənni bilmir, heç öz doğma dilində əməlli danışa bilmir, ən adi məsələlərdə fikrini izah edə bilmir, cümləsinin mübtədası ilə xəbəri bir birinə uyğun gəlmir, uzlaşmır. Sanki bunlar 21-ci əsrdə Azərbaycanda orta məktəb təhsili almayıblar, Babilistandan gəliblər. Bu da bizim orta məktəb sistemimizin acınacaqlı vəziyyəti ilə əlaqədardır. Bununla əlaqədar bir məsələni də xatırlatmaq yerinə düşər. Bu il avqust ayının axırlarına yaxın ölkəmizin bir çox kütləvi informasiya vasitələrində Dövlət İmtahan Mərkəzinin verdiyi məlumat getdi ki, Azərbaycanın hər rayonunda neçə-neçə orta məktəb məzununun adicə yazmaq-oxumaq bilmədiyi aşkar edilib, və belələrinin rayonlar üzrə sayının göstərildiyi cədvəl də nümayiş etdirildi. Təsəvvür edirsinizmi, 21-ci əsrdə gənc adam 11 il məktəbə gedib-gəlir, 32 hərfi, adicə yazmaq-oxumağı öyrənmir? Qayıdaq öz universitetimizə. Bu günlərdə AzTU-ya Elm və Təhsil Nazirliyinin akkreditasiya komissiyası gəldi. Məlumdur ki, bu komissiyanın vəzifəsi universitetdə təhsilin və tədrisin vəziyyətini, universitetin fəaliyyətinin tələblərə uyğunluğunu yoxlamaq və universiteti yeni müddətə akkreditasiya etməkdir. Adətən əvvəllər belə komissiya universitetə gəldikdə bəzi fənlərdən tələbələrin biliklərini də yoxlayar, bu məqsədlə yüngül səviyyədə test imtahanları da keçirərdilər. İndi isə heç tələbələrin təhsilinin nə səviyyədə olduğu yoxlanmadı, yalnız sənədlər, yəni kağız-kuğuz yoxlandı. Yəni kağız-kuğuz yerindədirsə, təhsil də qaydasındadır. Görünür, onlar tədris məsələsini “tərpətməyə” qorxdular, özləri bilirlər niyə. Bundan əlavə, akkreditasiya komissiyası hələ gəlməzdən əvvəl onlar yoxlama üçün hazırlanmalı olan sənədlərin siyahısını göndərmişdilər. Texnik Universitetdə həmin siyahıya baxıb, başa düşməyə çalışırdılar ki, komissiya filan adla nəyi, hansı sənədi nəzərdə tutur. Çünki, çox hallarda məlum tədris sənədlərinin adları elə tərzdə yazılmışdı ki, onları başa düşmək olmurdu, tapmaca tapmaq lazım gəlirdi. Bu da bizim nazirliyimizdəki mütəxəssislərin səviyyəsi, onlar heç sənədlərin düzgün adlarını bilmirlər, bunların yoxlaması nə olacaq? V.Vəliyev Texniki Universitetin təcrübəli, öz sözünü deyə bilən (onların sayı az olsa da, var) ömrünü Texniki Universitetə həsr etmiş müəllimlərini, əsasən də ixtisas kafedralarının texniki profilli müəllimlərini özünün əsas rəqibləri hesab edir. Yəqin ki, o, elə buna görə 3 ildir ki, onlara düşmən kəsilib və onları hər vasitə ilə dağıtmağa, buradan uzaqlaşdırmağa çalışır. Məlumdur ki, ali təhsil müəssisələri haqqında əsasnamədə göstərilir ki, professor-müəllim heyəti üçün yaş həddi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Nazirlər Kabineti isə hələ ki, belə bir yaş həddi müəyyən etməmişdir. Buna baxmayaraq, rektor V.Vəliyev AzTU-ya gələn kimi öz yanından yaş həddi müəyyən etmişdir. O elmi şurada qərar qəbul etdirmişdir ki, “70 yaşdan yuxarı professor-müəllim heyəti 1 ştatdan artıq, 75 yaşdan yuxarı isə 0,5 ştatdan artıq akademik yük apara bilməz”. Əvvəla, bu qərarın özü Nazirlər Kabinetinin qərarı olmadan qanunsuzdur. İkincisi isə, rektor bu qərarı kafedra müdirlərinə də tətbiq edir. Məlumdur ki, kafedra müdiri vəzifəsi akademik yük deyil, inzibati vəzifədir. Kafedra müdirlərinin demək olar ki, hamısı tam ştatda müdirlikdən əlavə, həm də 0,5 ştat dosent və ya professor vəzifəsi tutmaqla dərs deyir, yəni cəmi 1,5 ştatda işləyir. Lakin, bu 1,5 ştat akademik yük deyil, bunun 1 ştatı inzibatı vəzifə, 0,5 ştatı isə akademik yükdür. Buna görə də yuxarıda qeyd olunan qərar buna şamil edilə bilməz, çünki, kafedra müdiri 0,5 ştat akademik yük aparır. Rektor isə bu sadə həqiqəti başa düşmür. Hər il tədris yükü bölgüsü olanda, o, 70 yaşdan yuxarı kafedra müdirlərinə hətta 0,5 ştat dərs aparmağa da icazə vermir ki, bu cəmi 1,5 ştat olacaq. Bu isə ali təhsil müəssisələri haqqında əsasnamənin yuxarıda göstərilən qaydalarına ziddir. Məlumdur ki, texniki universitetdə pedaqoji kadrların çatışmazlığı var, gənclər müəllimliyə gəlmir, indi texniki təhsil populyar deyil. Ancaq rektor hazırda universitetdə işləyən yaşlı və təcrübəli kadrlardan səmərəli istifadə etmək, onları gənc müəllim kadrların hazırlanmasına həvəsləndirmək əvəzinə, olanları da qaçırıb dağıdır. Ümumiyyətlə, hiss olunur ki, o, müəllimlərə patoloji nifrətlə baxır. Müəllimlərə nifrət isə pis tələbələrə məxsus xüsusiyyətdir. Görünür, V.Vəliyev özü universitetdə təhsil alan zaman zəif tələbə olub, zəif tələbələrin isə müəllimlərə münasibəti məlumdur. Son iki ildə V.Vəliyev 75 yaşına çatmış müəllimləri 0,5 ştata keçirir və qəribədir ki, o həmin müəllimləri məcbur edir ki, dərs ilinin əvvəlində özləri bu haqda xahiş ərizəsi ilə rektora müraciət etsinlər. Sual olunur, əgər rektorun və elmi şuranın bu qərarı qanunidirsə, niyə müəllimlər bu haqda xahiş ərizəsi ilə ona müraciət etməlidirlər? Çünki, V.Vəliyev özü də yaxşı başa düşür ki, onun bu qərarı qanuna ziddir və o, ərizə yazdırmaqla özünü sığortalamaq istəyir ki, bir gün yoxlama gəlsə, ya da müəllimlərdən kimsə məhkəməyə müraciət etsə, o desin ki, mən onları 0,5 ştata keçirməmişəm ki, onların özləri ərizə yazıblar. Ümumiyyətlə, onun buna bənzər rəzil metodlardan istifadəsi başqa sahələrdə də olub. Müəllimlərdən bir hissəsi üzüyola adamlardır və dərhal ərizə yazırlar, bir hissəsi isə dirənir və ərizə yazmaqdan imtina edir. V.Vəliyev onlara qarşı görünməmiş təzyiqlər tətbiq edir, böyük dava-dalaş düşür və hələ ki, son nəticədə onlara bir neçəsi istisna olmaqla, ərizə yazdıra bilib. Biz müəllimlərə müraciət edirik ki, belə hallar təkrar olunarsa, heç vəchlə ərizə yazmasınlar və məhkəməyə müraciət etsinlər, qanun onların tərəfində olacaq".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
|