Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                     Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... .....                     Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. .....                     Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir .....                     DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? .....                     Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                     İran parlamentinin nümayəndə heyəti İrəvandadır .....                     Naxçıvanda qanun-manun hərləyən yoxdur... .....                     `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? .....                     Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                 

Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...
Tarix: 29-12-2022, 09:14 | Çap et
Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə REKTOR PROBLEMİ... - NAZİRİN NƏZƏRİNƏ...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bizim hesablamalarımıza görə rektor Vilayət Vəliyevin əməkdaşlıq haqqında memorandum imzaladığı universitet və müəssisələrin sayı artıq 200-ü keçib, biz artıq bunların sayını da itirmişik. Əvvəlcə Azərbaycan universitet və müəssisələrindən başladı, Azərbaycanda müəssisə qurtardıqdan sonra keçdi Türkiyə universitetlərinə, indi də keçib Avropa universitetlərinə. Imzalanan memorandumların sayına baxmayaraq, ortalıqda heç bir real iş, heç bir əməkdaşlıq yoxdur, hər şey yalnız kağız üzərindədir. Hər memorandumun imzalanma mərasimdən də dərhal fotolar çəkilib, AzTU saytında yerləşdirilir ki, hamı görsün, rektor fəaliyyətdədir, görün necə işləyir, yəni müasir ifadələrlə desək, özünə piar yaradır. Onun bütün “fəaliyyəti” buna istiqamətlənib.

V.Vəliyevin əməkdaşlıq haqqında memorandum imzaladığı universitet və müəssisələrin sayı artıq 200-ü keçib. Hər memorandumun imzalanma mərasimdən də dərhal fotolar çəkilib, AzTU saytında yerləşdirilir ki, hamı görsün, rektor fəaliyyətdədir.

Rektorun bu “fəaliyyəti” tələbələrin də diqqətindən yayınmayıb. Tələbələrdən biri müəllimdən soruşub ki, ”rektor niyə bu qədər memorandum imzalayır, bəyəm o, xarici işlər naziri-zaddır?”.
AzTU-ya gələn gündən V.Vəliyev buradakı texniki təhsil sisteminə qarşı mübarizə aparmağa başladı, bu mübarizə bu günə qədər davam etməkdədir. Tədris planlarını götürüb baxır, soruşur, “filan fənn nəyə lazımdır eee?”. Gərək hər fənnin müdafiəsi üçün onunla mübarizə aparasan, izah edəsən, başa salasan (o isə təbiidir ki, bunları çətin başa düşür), sübut edəsən... Buna da hər adamın cəsarəti və səbri çatmır. Guya ki, özünü müasir göstərərək soruşur, “indi bu fənləri tədris etmək lazımdırmı?”. Gərək Türkiyə universitetlərinin tədris planlarını tapasan, ona sübut edəsən ki, Türkiyədə də bu fənni tədris edirlər. O, Türkiyə universitetlərini özü üçün etalon hesab edir. Bir sözlə, bəhanə axtarır ki, texniki fənləri ixtisar edib, onların yerinə özünə sərf edən fənlər daxil etdirsin. “Özünə sərf edən” nə deməkdir, bunu da izah edək. Məsələ ondadır ki, o, öz adamlarının çoxunu adını və profilini dəyişdirdiyi “İqtisadiyyat və idarəetmə” fakültəsinə yığıb, onlar üçün dərs yükü lazımdır axı. Həmin fakültədə öz yaxın qohumları, heç kafedra müdirliyi üçün təlimata uyğun olaraq elmi-pedaqoji stajı çatmayan Arzu Süleymanovu kafedra müdiri, Fərqanə Musayevanı isə dekan vəzifələrinə yerləşdirib və onları da hamıya “nümunə” göstərir. Rektorun göstərişi ilə AzTU-da hazırlanan BÜTÜN İXTİSASLARIN tədris planlarına ixtisas üzrə seçmə fənlərindən birinin əvəzinə “Layihə menecmenti” adlı qondarma bir fənn daxil edilib və təbiidir ki, bu fənnin tədrisi də Arzu Süleymanovun müdir olduğu kafedraya həvalə edilib.
V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə” və iqtisadiləşdirməyə” başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Yəqin ki, 2019-cu ilin oktyabr-noyabr ayları olardı, Texniki Universitetdə texniki tədrisin əsaslarını dibindən vuran bir qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri ixtisar edilərək, 4 tədris ili müddətində yalnız 2 kurs işi saxlanılsın ki, onlar da məcburi deyil, yəni tələbə bu işi təhvil versə, müvafiq bal alacaq, verməsə, almayacaq. O cümlədən, bu qərar mühəndis qrafikası (yəni rəsmxətt) fənnindən verilən qrafiki işlərə də şamil edildi. Bundan bir qədər sonra isə daha da “irəliyə gedərək”, qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri üçün müəllimlərə tədris yükü verilməsin və onlar bu yükü öz iş vaxtları hesabına yerinə yetirsinlər (???). Ancaq anlamırlar ki, əgər bu işlər üçün tədris yükü bölüşdürülmürsə, və konkret bir müəllimin tədris yükünə daxil edilmirsə, bəs bu işi hansı müəllimin “boynuna qoymaq” lazımdır? Bu məsələ də indiyə qədər açıq qalıb və tələbələr çox asan çıxış yolu tapıblar – sadəcə olaraq, bu işləri yerinə yetirməmək və təhvil verməmək. Bunun üçün veriləcək 10 balı da heç istəmirlər, vəssalam. O vaxt Tədris hissəsinin müdiri olan “İbtidai sinif müəllimi” ixtisası üzrə təhsil almış Qəmər İsayeva iclasdan sonra sevincək halda elan etmişdi ki, universitet üzrə görün neçə min saat tədris yükünə qənaət etdik. Ancaq, o özünün ibtidai sinif müəllimi düşüncəsi ilə anlamırdı ki, bu vəsaitə qənaət etməklə, tələbələrə verilən çox mühüm mühəndis biliklərinə qənaət etmiş olurlar. Ancaq, əlbəttə ki, bu qərar onun qərarı deyildi, Vilayət Vəliyevin qərarı idi. Belə xırda şeylər isə onu narahat etmir. Bundan əlavə, qərar qəbul edildi ki, tədris qruplarında tələbələrin sayı 30 nəfərə qədər olarsa, laboratoriya dərslərində qruplar 2 yarımqrupa bölünməsin. İndi isə hətta tələbələrin sayı 30-dan çox olduqda da qrup bölünmür. Buna qədər isə, qrupda tələbələrin sayı 22-dən çox olduqda qrup 2 yarımqrupa bölünürdü və hər yarımqrupa ayrı-ayrı müəllimlər dərs keçirdi. Bu da müəllimlərə hər tələbə ilə ayrıca, fərdi məşğul olmaq imkanı verirdi. Məlumdur ki, texniki fənlərdən praktiki biliklərin mənimsənilməsi üçün laboratoriya dərslərini əhəmiyyəti nə qədər böyükdür. 30 nəfərlik qrupda tələbələr heç laboratoriyada təcrübə qurğusuna yaxın gəlib, onu əməlli görə də bilmirlər, nəinki qurğuda müstəqil işləmək. Müəllimlər də hamıya bal yazaraq, bu boyda toplumu başdan edirlər ki, onlara irad olmasın. Ancaq AzTU-nun “iqtisadçı və hüquqşünas” rəhbərliyi və rektorun gətirdiyi “yeni kadrlar” belə şeyləri başa düşməzlər. Bu “reformalar” ona gətirib çıxardı ki, Texniki Universitetin bəlkə də ən əhəmiyyətli kafedrası olan “Mühəndis qrafikası” kafedrasının tədris yükü 2 dəfə azaldı, müəllimlərin hamısı kütləvi şəkildə YARIMŞTATA keçirildi və bu, indi də davam edir. Sonra isə həmin kafedra ləğv edilərək, başqa kafedralarla birləşdirilərək, aradan çıxdı. Vəssalam. Bu da tədrisdə “yenilikçi reforma”. Nəticədə isə onu görürük ki, son 3 ildə AzTU-ya qəbul edilən tələbələr nəinki çertyoj çəkə bilmirlər və çertyoju oxuya bilmirlər (yəni çertyoju başa düşmürlər), adicə boltun çertyojunun nə olduğunu başa düşmürlər. Budur Vilayət Vəliyevin hazırladığı mühəndislər, ancaq, son nəticədə əlbəttə ki, dərs deyən müəllimlər günahkar sayılacaq ki, onlar yaxşı dərs keçməyiblər. Əlbəttə ki, belə tələbələr buraxılış işi layihəsini də işləyə bilməyəcəklər. Bu, həm tələbələri, həm də dövləti aldatmaq deməkdir. Bizim bildiyimizə görə, ölkəmizin heç bir mühəndislik universitetində kadr hazırlığı səviyyəsi bu qədər aşağı düşməyib. Son zamanlar V.Vəliyev bir neçə dəfə iclaslarda yerli, yersiz deyib ki, “mühəndis hazırlığı üçün mühəndis qrafikası, kurs işləri, kurs layihələri, çertyoju bilmək çox vacibdir, bunsuz mühəndis olmaz, buna diqqət vermək lazımdır”. Yəqin ki, o, bunu bizim əvvəllər də yazdıqlarımızın təsiri ilə, özünü sığortalamaq üçün deyir. Bunlar boğazdan yuxarı deyilmiş sözlərdir. Biz də ona deyirik, cənab rektor, vəziyyəti düzəltmək üçün sizin özünüzün qəbul etdirdiyiniz qərarları ləğv edib, əvvəlki vəziyyəti bərpa etməyə sizə nə mane olur ki?
Təbii olaraq, belə “reformalar” şəraitində təhsil almış tələbələr 3-4 vərəq qrafik hissədən və hesabat hissəsindən ibarət olan buraxılış işi layihəsini də yerinə yetirə bilməyəcəklər. Çıxış yolu isə yenə də kəsmək, ləğv etməkdir. Əvvəllər AzTU-nu mühəndis ixtisasları üzrə bitirən bakalavrların hamısı son kursda yekun dövlət attestasiyası olaraq, buraxılış işini yerinə yetirməli və onu Dövlət attestasiya komissiyası qarşısında müdafiə etməli idilər. Buraxılış işi layihə formasında, hesabat hissəsindən və 3-4 çertyoj vərəqi həcmində qrafik hissədən ibarət olurdu. Son iki ildə isə yekun dövlət attestasiyası kimi tələbələrə buraxılış işi və ya dövlət imtahanından birini seçmək hüququ verilir. Tələbələr isə bacarmadıqları layihə üzərində bir semestr müddətində işləməkdənsə, əlbəttə ki, yarım saatlıq dövlət imtahanını seçirlər. Hər fakültədə yüzlərlə tələbədən yalnız 3-5 nəfər ağıllı, öz gələcəyini fikirləşən tələbə buraxılış işini seçir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru