Təhsilimiz nə vaxt ağ günə çıxacaq? – Ziddiyyətlər toqquşması
Tarix: 21-10-2022, 10:33 | Çap et
Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin sertifikasiya imtahanları ilə bağlı söylədiyi fikirlər cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Nazirin “Sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir” bəyanatı fonunda, Nazirliyin də idarəetmə böhranı yaşadığı barədə tənqidlər tirajlanmağa başlayıb.
İddiaçılar hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin regional idarələri və onların nəzdində olan rayon təhsil sektorları faktiki fəaliyyətsizdir. Dərs cədvəllərinin hazırlanmasında meydana çıxan problemlər, onların gecikdirilməsi, təhsil səviyyəsinin yüksəldilməsindən danışan nazirlik rəsmilərinin buna həyata keçirə bilməməsi tənqid olunur.
Nazirin “Çox ciddi problemlə üz-üzəyik” açıqlaması da diqqətdən yayınmır: “Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək? İmtahanda iştirak edən 2 min müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”.
DİA.AZ-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov AYNA-ya açıqlamasında deyib ki, iki min müəllimin sertifikasiya imtahanlarında biabırçı nəticə göstərməsi uzun illər təhsil sektorunda mövcud olmuş rüşvətlə əlaqədardır: “Bilirsiniz ki, mən Elm və Təhsil Nazirliyinin rəsmi işçisi deyiləm. Bu nazirliyə yalnız ictimai bağlılığım var. Bir ictimai fəal və vətəndaş olaraq elm və təhsil naziri Emin Əmrullayevin fikirləri ilə tam razıyam. Uzaq olmayan keçmişdə təhsil, səhiyyə və digər sektorlarda rüşvətxorluq faktları olub və bunun nəticəsidir ki, bu gün bəzi müəllimlər çox aşağı nəticə göstərirlər”.
“Lakin bununla yanaşı, peşəkar pedaqoqlarımız da az deyil və “Azərbaycanda müəllimlərin səviyyəsi aşağıdır” iddiası ilə də çıxış etmək olmaz. Hər bir valideyn istəyər ki, övladı sağlam və keyfiyyətli təhsil alsın. Kim istəyər ki, öz fənnini bilməyən müəllim övladına dərs desin?! Yəqin ki, bunu istəyən yoxdur. Nazir də bu problemi qabardıb və burada qeyri-adi məqam axtarmağa da dəyməz. Çox təəssüf ki, sosial şəbəkələrdə bununla bağlı müzakirələr əsasən qeyri-ciddi səviyyədədir və təhsildən anlayışı olmayan adamlar da bu məsələyə rəy verirlər”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin fəaliyyətində həllini gözləyən problemlər var: “Təhsil strateji bir sahədir. Elə bir ailə yoxdur ki, bu sahəyə hər hansı formada aidiyyəti olmasın. Təbii ki, problemlər mövcuddur və bu, nazir səviyyəsində də etiraf olunur. Lakin Regional təhsil idarələrinin fəaliyyəti ilə yaxından tanış olan, onların rəhbərlərini tanıyan biri kimi deyə bilərəm ki, təhsil məmurları problemləri həll etməyə çalışırlar. Yəni, son illər neqativ yollarla bu sahədə vəzifəyə yüksələn məmurların olduğunu söyləyə bilmərik. İşə qəbul prosesi ədalətli formada aparılır”.
“Düzdür, iddialar var ki, bu sektorda yalnız təhsil işçiləri çalışmalıdır. Lakin təhsil ictimaiyyətinin nümayəndəsi, bir pedaqoq olaraq bu fikirləri bölüşmürəm. İdarəetmə menecerləri müxtəlif sahələrdə çalışmalı və onların potensialından istifadə edilməlidir. Hesab edirəm ki, təhsildə islahatlar aparılır və bunun real nəticələrini görmək üçün zamana ehtiyac var. Təkcə ümumtəhsil məktəblərində deyil, ali və orta ixtisas məktəblərində də problemlər mövcuddur”, - deyə Orucov vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov isə fərqli düşünür. Nazirin son açıqlamasını AYNA-ya şərh edən ekspert söyləyib ki, nazirlik rəsmiləri məsuliyyəti sələflərinin üzərinə atmaq istəyirlər: “Onların dediyindən belə anlaşılır ki, bütün problemlər sabiq təhsil naziri Misir Mərdanovun günahı üzündən baş verib. Düzdür, onun dövründə ciddi problemlər mövcud olub. Müəllimlərin işə qəbulu zamanı ciddi qanunsuzluqlara yol verilib. O dövrdə diplomların elektron formada yoxlanılması mümkün olmayıb. Təhsildə kifayət qədər ciddi böhran yaşanıb”.
“Bunu başa düşdük, qəbul etdik. Bəs siz bu 10 ildə nələr etmisiniz? Bəlkə, bunun hesabatını verəsiniz?.. Axı bu illər ərzində 80 min müəllim işə qəbul etmisiniz”, - deyə müsahibimiz bildirib.
Əsədov iddia edir ki, ötən 10 il ərzində böyük miqdarda dövlət vəsaiti təhsilin inkişafı adı ilə xərclənib: “Amma nə dəyişib? Hansı dəyişikliklər baş verib? Əgər bu gün nazir özü təhsildən çox ciddi problemlərin olduğunu elan edirsə, deməli, dəyişən heç nə yoxdur. Daha nə qədər illər keçməlidir ki, Azərbaycan təhsili “ağ günə” çıxsın? Bəlkə, bundan danışasınız, cənablar! Bu müddətdə hansı kompleks yoxlamalar aparmısınız? Hansı zəruri islahatlar həyata keçirmisiniz? Əvvəlcə öz üzərinizə düşəni edin, sonra tənqid edin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
|