“Burada “yeyilən” hər bir qəpik əsgərin boğazından kəsilir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 22-02-2022, 11:16 | Çap et
Bir neçə ay öncə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsindən azad edilən, polkovnik Məlikməmməd Qurbanov həbs edilib. Respublika Prokurorluğundan daxil olan məlumata görə, ona qarşı Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Qeyd edək ki, bundan bir neçə gün öncə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Hər iki yüksək rütbəli zabit korrupsiyada, milyonlarla vəsaiti qəsb etməkdə ittiham olunur.
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər, soydaşlarımızın bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsi, öz övladlarını müharibəyə, ölümə göndərməsi fonunda Müdafiə Nazirliyinin rəhbərliyində bu cür cinayətlərin baş verməsi ürəkağrıdıcıdır. DİA.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik Ədalət Verdiyev AYNA-ya açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin bu cür ittihamlarla həbs olunan yüksək rütbəli zabitləri ordumuzun imicinə ləkədir: “Mətbuata bundan öncəki şərhlərim zamanı qeyd etmişdim ki, həbs olunan zabitlərin siyahısı genişlənəcək. Bu müsahibədən sonra Quru Qoşunlarının Maliyyə şöbəsinin rəisi, dünən isə bir neçə ay öncə vəzifədən azad edilmiş Satınalmalar və Təchizat İdarəsinin rəisi həbs edildi. Baş verənlər onu deməyə əsas verir ki, qısa müddət ərzində tarixi zəfər əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş tapşırıqlarını yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Çox təəssüf ki, 2014-cü ildən üzübəri vaxtaşırı olaraq bu kimi hallara rast gəlirik”.
Həmsöhbətimizin sözlərinə görə, Müdafiə Nazirliyində kadr seçimləri zamanı ciddi qüsurlara yol verilib: “Vicdan azlığından əziyyət çəkən insanların acgözlüyü heç bir halda ordumuzun və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Bu həbslər Azərbaycan Ordusunun güclənməsi, neqativ halların aradan qaldırılması baxımından müstəsna əhəmiyyətə malikdir və korrupsiyaya bulaşmış, vicdan hissini itirmiş digər zabitlər barədə də oxşar addımlar atılmalıdır”.
“Nəhayət, ordumuzda da geniş islahatlar aparılmalı, mənəviyyatdan kasad hərbçilər “dəmir barmaqlıqlar” arasına göndərilməlidir. Canı-qanı bahasına düşmən ordusunu darmadağın edən, onu diz çökdürən əsgərlərimizin payını oğurlayan məmurlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşıya bilməzlər”, - deyə polkovnik vurğulayıb.
Verdiyev əlavə edib ki, Azərbaycan Ordusuna və Ali Baş Komandana xəyanət edənlər ən sərt formada cəzalandırılmalıdır: “Bu, həm də bir örnək olacaq ki, gələcəkdə bu cür neqativ hallar baş verməsin. Ordu kifayət qədər həssas təbəqədir və imkan vermək olmaz ki, burada kələkbazlar və fırıldaqçılar at oynatsınlar”.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də eyni fikirdədir. O, AYNA-ya şərhində deyib ki, Azərbaycanda ordu quruculuğu priroitet istiqamət elan olunub: “Cənab Prezident İlham Əliyev bununla bağlı öz qəti mövqeyini nümayiş etdirib. Bu sahənin inkişafı üçün dövlət tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Bu qayğını hərbi qulluqçularımız daim öz üzərində hiss ediblər. Müharibənin barıt qoxusu hələ çəkilməyib, şəhidlərimiz, qazilərimiz var. Müharibə böyük maliyyə tələb edən bir əməliyyatdır. Belə bir dövrdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin bu cür yeyintilərə yol verməsi korrupsiya satatusunu belə aşır”.
“Burada “yeyilən” hər qəpik və hər bir manat əsgərin boğazından kəsilir. O əsgərin, o hərbi qulluqçuların ki, onlar Azərbaycanın tarixi qələbəsi üçün öz canlarını fəda etdilər”, - deyə müsahibimiz söyləyib.
Qeyd edib ki, bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində sərgilədiyi strateji və taktiki əməliyyatların üstünlüklərindən danışır: “ABŞ, Rusiya kimi dünya gücləri Azərbaycan Ordusunun döyüş əməliyyatlarını öyrənməklə məşğuldur. Belə bir şəraitdə bu vicdansızların soyğunçuluq, quldurluq, oğurluqla məşğul olması ordumuzun nüfuzuna ciddi zərbə vurur”.
“Bir Azərbaycan vətəndaşı, ehtiyatda olan zabit kimi baş verənlərdən xəcalət çəkirəm. Bu hadisələri dövlətimizin, dövlət başçımızın, xalqımızın imicinə vurulan zərbə olaraq qiymətləndirirəm. Tərtər hadisələri və bu kimi cinayətlərə adekvat reaksiya verilməlidir. Böyük ehtimalla, bu, zəncirvari bir proses olaraq davam edəcək. Nazirlikdə kadr dəyişiklikləri ehtimalı çox yüksəkdir. Yəqin ki, həbslər də davam edəcək. Bütün hallarda nazirlikdə kardinal dəyişikliklər aparılmalıdır və şübhəsizdir ki, bu baş verəcək”, - deyə Rüstəmli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
|