Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR
Tarix: 18-03-2021, 10:30 | Çap et
Ötən gün Baş Prokurorluğun Mətbuat xidməti bir məlumat yaydı. Məlumatda deyilirdi ki, “Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.
Aparılan istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Cahangir Ramiz oğlu Əliyevin Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2 039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib”. Və qeyd edilən hərəkətlərə görə Cinayət Məcəlləsinin 4 maddəsi ilə çinayət işi açılıb. Təhqiqat işləri yekunlaşdırılaraq cinayət işi aidiyyatı üzrə məhkəməyə göndərilib.
İlk baxışdan burda təəccüblü heç nə yoxdur. Normal hüquqi prosedurdur. Amma mənim diqqətimi çəkən başqa məsələdir. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin radikal mövqeyidir. Hamının bildiyi kimi, uzun illərdir ki, ölkəmizin meşə örtüyü vəhşicəsinə məhv edilir. Bu gün ölkəmizin hansı güşəsinə üz tutsan, meşələrdə iri otellərə, istirahət komplekslərinə rast gələrsən. Hələ villaları demirəm. Harda mənzərəli bir meşə örtüyü varsa, orda hökmən hansısa məmurun imarətinə rast gəlmək mümkündür.
Halbuki qanunvericiliyə görə, meşə örtüyü sahələrində, xüsusilə də Milli Parklarda və Dövlət Qoruqlarında əsaslı tikinti aparmaq qadağandır. Qanunla meşə sahələri istisna hallarda ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilə bilər. İcarəyə verilən sahədə isə bir mərtəbədən artıq tikili inşa etmək olmaz. Çünki bu, əsaslı tikinti sayılır. Di gəl ki, Astaradan tutmuş Cəlilabada qədər, Mərəzədən tutmuş Balakanə qədər, Xızıdan tutmuş Qusara qədər və Tərtərdən tutmuş Qazaxa qədər bütün meşə zolaqlarında son illərdə N qədər istirahət kompleksləri, restoranlar və fərdi yaşayış evləri tikilib və bu gün də tikilməkdə davam edir. Axtarsan çoxunun da Dövlət Reyestr Xidmətindən çıxarışı da var. Son illərdə meşələrə qənim kəsilən şirkətlərdən də biri “Cənnət bağı” istirahət kompleksləri şəbəkəsidir. Ölkəmizin bir çox gözəl guşələrində bu şəbəkənin ayrı-ayrı istirahət kompleksləri var.
Onlardan biri də Altıağac Milli Parkında yerləşir. On hektarlarla ərazidə inşa edilmiş nəhəng istirahət kompleksində iki-üç mərtəbəli binalar və 5 mərtəbəli nəhəng otel inşa edilib. Özü də indi yox, neçə illər öncə. Bu isə icarə müqaviləsinə tamamilə ziddir. Quba rayonundakı “Cənnət bağı” istirahət kompleksi də meşənin ənginliklərində salınıb. Və burda da 4 mərtəbəli mehmanxana inşa edilib. Necə, hansı əsasla? Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi bilir. Bilinənsə odur ki, Altıağacdakı “Cənnət bağı”ndakı özbaşınalığa görə cinayət işi açılıb. Amma nəyə görəsə Nazirlik qarşı tərəflə olan müqavilənin ləğvi barədə heç bir iddia qaldırmayıb. Bunun özü də onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemi kompleks həll etməkdə maraqlı deyil.
Sadəcə, kimlərəsə gözdağı vermək istəyir. Yada salaq ki, “Cənnət bağı” istirahət mərkəzləri kompleksi “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəyliyə aiddir. Və o Ramiz Mehdiyevin yaxın adamı kimi tanınır. Bir çağırış da deputat oldu. İndi isə işlərinin heç də yaxşı getmədiyi deyilir. Hətta bir müddət əvvəl “Sədərək” ticarət mərkəzinin onun əlindən alındığı söylənilirdi. Amma sonradan bu, təkzib olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son təşəbbüsü isə onu göztərir ki, arxasız qalan Yusif Qədimbəyliyə hücumlar davam etməkdədir. Altıağacdakı obyektdəki son olay da bunun təsdiqidir.
Baxmayaraq ki, cinayət işi “xozeynə” deyil, direktora qarşı açılıb. Bu da Azərbaycan reallığıdır. Hamı bilir ki, o direktor quru maaşa oturub. Amma neyləməli… Hər bir məmur, hər bir iş adamı hər zaman yanında bir neçə “qurbanlıq quzu” saxlayır. Və lazım gələndə bu “quzu”lar boyunlarına qırmızı lent bağlayıb gedib dururlar qurban istəyən tərəfin qapısında. Eynən mafiya kinolarında olduğu kimi.
Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu təşəbbüsü bir qədər qəribə təsir bağışlayır. Bilmək olmur ki, Nazirlik haqq-ədalət axtarışındadır, yoxsa yağlı tikə peşindədir. Bunu yaxın vaxtlarda biləcəyik. Əgər Nazirlik prinsipiallıq göstərib meşələrin qəniminə çevrilən məmurlar və iş adamları ilə mübarizə aparsa, onda hamı kimi məndə Nazirlik əməkdaşlarına və şəxsən nazir Muxtar Babayevə “halal olsun” deyəcəm.
Yox, tək Yusif Qədimbəyli ilə haqq hesab çəkmək istəyəcəksə, onda ancaq əlimi yellədim keçəcəm. Ona görə də hələlik bizə gözləmək düşür…
Surxay Atakişiyev, KONKRET.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
|