Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                 

Camaat Əkbər Hacıyevin işindən narazıdır... - "Azəriqaz" isə "problem yoxdur" deyir...
Tarix: 16-11-2018, 10:05 | Çap et
Camaat Əkbər Hacıyevin işindən narazıdır...
Havaların bir qədər soyuqlaşması Azərbaycanda qaz təchizatı ilə bağlı məsələni yenidən aktuallaşdırıb. Artıq bir neçə gündür sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı müzakirələr başlanıb. Müzakirələrdən aydın olur ki, Sumqayıt və Xırdalan şəhərləri, Sumqayıt və Bakı ətrafındakı yaşayış məntəqələrindən narazılıq daha çoxdur. İnsanlar qazın təzyiqinin artırılması üçün qış rejiminə keçidin gözləndiyini, buna görə evlərdə qazın zəif yandığını bildirirlər.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev “Yeni Müsavat”a deyib ki, qurum qış rejiminə keçidi gözləmir: “Deyirsiniz, sosial şəbəkələrdə müzakirələr, narazılıqlar var. Orada narazılıq edən şəxslər müraciət etsinlər Birliyin qaynar xəttinə, qeydiyyatdan keçsinlər, bizim əməkdaşlarımız gedib yerində yoxlasınlar vəziyyəti. Sosial şəbəkədə yazmaqdansa, bu addımları atsınlar və əgər qaz təchizatında problem varsa, onun aradan qaldırılmasına çalışsınlar. Bunun qaydası budur”.

“Azəriqaz” İB-nin rəsmisi qeyd edir ki, qaz təchizatı ilə bağlı kütləvi narazılıq yoxdur: “Ayrı-ayrı fərdi qaydada narazılıqlar varsa, onların da həlli yolunu mən dedim. Bu gün ölkənin qazla yüksək səviyyədə təchizatı üçün bütün imkanlar var. Buna görə də biz havalar soyuyub, tələbat artan kimi şəbəkəyə verilən qazı da artırırıq. Təkcə dünəndən bu günə ölkə üzrə qaz verilişini 661 min kubmetr artırmışıq. ”Azəriqaz" İstehsalat Birliyi qazla təchizatı tələbata uyğun həyata keçirir, yay-qış rejimi şərti məsələdir. Yay aylarında ölkə üzrə gündəlik sərfiyyat 5-10 milyon kubmetr olursa, qışda bu göstərici 30 milyon kubmetri keçir".

Maraqlıdır ki, İ.Kərbəlayev “Azərtac”a xeyli fərqli açıqlama verib. Onun rəsmi informasiya agentliyinə dediyinə görə, qış rejiminə keçidlə əlaqədar noyabrın 15-dən etibarən “Azəriqaz” İB əhali sektoru üzrə sutkalıq təbii qaz sərfiyyatını 1 milyon 664 min kubmetr artırıb: “Hazırda respublikada əhali sektoru üzrə gündəlik təbii qaz sərfiyyatı 22 milyon 632 min kubmetrdir ki, bunun da 13 milyon 19 min kubmetri Bakı, 9 milyon 613 min kubmetri isə regionların payına düşür”. “Azəriqaz” rəsmisi əlavə edib ki, hazırda qurum ölkə üzrə 2 milyon 164 min 319 abonenti fasiləsiz təbii qazla təmin edir: “Qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca "mavi yanacaq"ın verilişində də artım olacaq".

Qeyd edək ki, qış rejiminə keçidin başlanmasından sonra da Sumqayıt və Xırdalan ərazisində qazın təzyiqində ciddi bir artım qeydə alınmayıb.

Rəsmi statistikaya görə, bu ilin 9 ayında ölkədə təbii qazın hasilatında artım qeydə alınıb. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycanda 22 milyard 246,7 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründən 5,5 faiz çoxdur. Hasil olunan qazın 13 milyard 833,8 milyon kubmetri əmtəəlik olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən qeyd olunan dövrdə Azərbaycandan xaricə 5 milyard 262 743.40 min kubmetr qaz satılıb.

Daxili istehsalla yanaşı, Azərbaycan 2017-ci ilin noyabrından Rusiyadan da qaz alır. Bununla bağlı müqavilə ötən ilin noyabrında SOCAR-la “Qazprom” arasında imzalanıb. Müqaviləyə əsasən bu ilin sonunadək Azərbaycan Rusiyadan 1,6 milyard kubmetr qaz almalıdır. Ötən il bunun 349 milyon kubmetri, bu il isə 900 milyon kubmetrdən çoxu idxal olunub. SOCAR-dan verilən açıqlamaya görə, ilin sonunadək müqavilədə nəzərdə tutulan həcmin tədarük edilməsi mümkündür.

2016-cı ildən etibarən Azərbaycan İran üzərindən Türkmənistandan da qaz alır. Rəsmilər Rusiya və Türkmənistandan qazın daxili tələbatı ödəmək üçün alındığını bildirirlər. Bəzi məlumatlara görə, bu ilin 8 ayı ərzində Türkmənistandan 700 milyon kubmetr qaz alınıb.

Artıq 3 ildir Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracına dair müqavilələrini vaxtında icra etmək üçün əlavə qaz həcmlərinə ehtiyac duyur. Məsələn, bu ilin əvvəlindən etibarən Gürcüstan bütünlüklə Azərbaycan qazı ilə təmin olunur. Bu barədə razılaşma ötən ilin sonlarında əldə olunub. Buna görə də daxili tələbatın bir hissəsi xaricdən alınan qaz hesabına təmin edilir. Bu alqı-satqı nəticəsində SOCAR-ın üzləşdiyi zərər isə dövlət büdcəsi hesabına örtülür. Belə ki, xaricdən alınan qaz daxildəki istehlakçılara satış qiymətindən baha başa gəlir. 2016-cı ildə SOCAR-ın üzləşdiyi zərəri qarşılamaq üçün 2017-ci ilin büdcəsindən 250 milyon manat ayrılıb. 2018-ci ildə isə enerji istehsalı müəssisələrinə ucuz satılan qaza görə SOCAR-a büdcədən 300 milyon manat veriləcəyi nəzərdə tutulur.

Qeyd olunanlar göstərir ki, reallıqda Azərbaycan əhalisini qazla təmin etmək sahəsində ciddi bir problem olmamalıdır. Hətta xaricdən almaqla da olsa, dövlətin verdiyi dəstək sayəsində qışın soyuğunda insanları şam alovuna möhtac qoymamaq olar.

Çox təəssüf ki, “Azəriqaz” rəsmiləri əhalinin qazın azlığından əziyyət çəkməsini heç vaxt etiraf etmirlər. Belə ki, bu etirafın arxasından problemin səbəblərinin izahı, əsaslandırması gəlməlidir. Əhali bilməlidir ki, soyuq havalarda pulunu ödədiyi halda niyə keyfiyyətli qaz təchizatı əldə edə bilmir?

Bölgələrdən redaksiyamıza edilən şikayətlərdə isə bildirilir ki, əhali əksər kənd və qəsəbələrdə (hansı ki onlar sənəddə qazlaşdırılıb - D.S.) odun sobalarından istifadə edirlər.

Mövzunu davam etdirəcəyik.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru